13 Fevral 2025 00:56
25696
MSK
A- A+
2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2025-ci il tarixli 49 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2025-ci il tarixli 49 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı


Qərar № 11/63


2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsindən Müşviqabad bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Məmmədov Samir Adil oğlu, Qarayev Babək Mətləb oğlu, Məmmədov Tural Müzəffər oğlu, Ələkbərov Rəhim Rafiq oğlu və Nəzərli Rəşad Zaman oğlu 12 fevral 2025-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsinin hüdudlarında Müşviqabad bələdiyyəsinə seçki keçirilən 47 və 48 saylı seçki məntəqələrinin yaradılmasını və dairə seçki komissiyasının 6 fevral 2025-ci il tarixli 9/23 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və müvafiq tədbirlər görülməsini xahiş etmişlər.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə bağlı müraciət etmiş namizədlərlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir. Qeydə alınmış namizədlər S.A.Məmmədov, B.M.Qarayev və T.M.Məmmədovun araşdırmada və Komissiyanın iclasında iştirakı təmin edilmişdir.

Qeydə alınmış namizədlər müraciətdə 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsindən Müşviqabad bələdiyyəsinə seçki keçirilən 47 və 48 saylı seçki məntəqələrinin yaradılması və harada yerləşməsi barədə məlumatsız olmalarını bildirərək, bunu öz hüquqlarının pozulması kimi qiymətləndirmiş və buna görə də seçki dairəsinin həmin seçki məntəqələri üzrə səslərin etibarsız sayılmasını və səsvermənin nəticələrinin ləğv edilməsini tələb etmişlər. Müraciətə bir ədəd CD-R disk əlavə olunmuşdur.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır.

Müraciətə əlavə edilmiş bir ədəd CD-R diskdə olan 2 videogörüntüyə araşdırmada iştirak edən namizədlərlə birgə baxış keçirilmiş və dairə seçki komissiyasında 29 yanvar 2025-ci ildə çəkilməsi iddia olunan həmin videogörüntülərdə hər hansı qanun pozuntusu müşahidə olunmamışdır. Belə ki, həmin videogörüntülər dairə seçki komissiyasının elanlar lövhəsində Seçki Məcəlləsinin 35.5-ci maddəsinə əsasən səsvermə gününə azı 5 gün qalmış yaradılan seçki məntəqələrinə dair müvafiq məlumatın olmaması faktını göstərmək məqsədilə çəkilmişdir.

Araşdırma ilə müəyyən edilmişdir ki, seçki dairəsi üzrə 47 və 48 saylı seçki məntəqələri 47 saylı Sumqayıt-Abşeron- Qaradağ seçki dairəsi dairə seçki komissiyasının 4 yanvar 2025-ci il tarixli 2/8 saylı qərarı ilə Seçki Məcəlləsinin 35.5-ci maddəsinin tələblərinə uyğun yaradılmış, bu barədə dairə seçki komissiyasının qərarı müvafiq qaydada dərc edilərək ictimailəşdirilmişdir. Həmin seçki məntəqələrinin yaradılması barədə qərarın ictimailəşdirilməsi Müşviqabad bələdiyyəsi üzvlüyünə qeydə alınmış, lakin şeçilməmiş digər namizədlərin izahatları ilə də öz təsdiqini tapmışdır.

Həmçinin dairə seçki komissiyasının sədri, katibləri və üzvlərinin izahatları ilə müəyyən edilir ki, səsvermə günü ərəfəsində digər seçki sənədləri ilə yanaşı mübahisələndirilən seçki məntəqələrinin yaradılması barədə dairə seçki komissiyasının qeyd edilən qərarı da məlumat lövhəsindən çıxarılmışdır.

Beləliklə, 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsinin dairə seçki komissiyası namizədlər S.A.Məmmədov və digərlərinin müraciətinin təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəldiyindən 47 və 48 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin və dairə seçki komissiyasının 6 fevral 2025-ci il tarixli 9/23 saylı qərarının ləğv edilməsi üçün hüquqi əsaslar yaranmamışdır.

Bununla da, namizədlər S.A.Məmmədov və digərlərinin Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2025-ci il tarixli 49 saylı müraciəti təmin edilməməli, dairə seçki komissiyasının mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. 

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin   19.4-cü, 19.14-cü, 28.2-ci, 35.5-ci, 112-ci və 112.1-ci maddələrinə əsasən qərara alır:

1. 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsindən Müşviqabad bələdiyyəsi üzvlüynə qeydə alınmış namizədlər Məmmədov Samir Adil oğlu, Qarayev Babək Mətləb oğlu, Məmmədov Tural Müzəffər oğlu, Ələkbərov Rəhim Rafiq oğlu və Nəzərli Rəşad Zaman oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2025-ci il tarixli 49 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 6 fevral 2025-ci il tarixli 9/23 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir. 


Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov


12.02.2025

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xankəndi, Ağdərə və Xocalıda sükut dəqiqəsi – 20 Yanvar şəhidlərinin xatirəsi anıldı  

12:57
20 Yanvar

İsrailli politoloq: 20 Yanvar təkcə faciə deyil, insanlıq və ləyaqət dərsidir  

12:56
20 Yanvar

Donald Tramp Emmanuel Makronu Fransa şərablarına 200 faizlik rüsumla hədələyib  

12:55
20 Yanvar

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Ağdam şəhərindəki Şəhidlər xiyabanına yürüş keçirilib  

12:51
20 Yanvar

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib  

12:50
20 Yanvar

“TRT Haber”: Qanlı 20 Yanvar hadisələri Azərbaycan xalqının azadlıq və müstəqillik əzmini gücləndirdi  

12:46
20 Yanvar

Qazaxıstan Prezidenti: Aral dənizinin xilası bəşəriyyət üçün aktual məsələdir  

12:31
20 Yanvar

Müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət edib  

12:28
20 Yanvar

20 Yanvar şəhidlərinin əziz xatirəsi Berlində dərin ehtiramla yad olunub VİDEO  

12:21
20 Yanvar

Naxçıvanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO  

12:16
20 Yanvar

Türkiyənin Almaniyadakı səfiri: 20 Yanvar faciəsi Azərbaycanın müstəqillik mübarizəsində mühüm dönüş nöqtəsidir

12:11
20 Yanvar

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib  

12:08
20 Yanvar

Bakı metrosunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb  

12:02
20 Yanvar

Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

11:57
20 Yanvar

Ombudsman Aparatının kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

11:47
20 Yanvar

Prezident İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib FOTOLAR YENİLƏNƏCƏK  

11:38
20 Yanvar

20 Yanvar şəhidlərinin xatirəsi daim uca tutulacaqdır

10:11
20 Yanvar

Qeydə alınan zəlzələ təkanları təhlükə yaratmır

09:40
20 Yanvar

Azərbaycan ritmini dünyada təbliğ edən sənətkar

09:35
20 Yanvar

Mingəçevir - Kür üstündə nur şəhəri  

09:30
20 Yanvar

Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 5,5 faiz artıb

09:25
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!