13 Fevral 2025 00:57
27227
MSK
A- A+
2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2025-ci il tarixli 48 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2025-ci il tarixli 48 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı


Qərar № 11/61


2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 80 saylı Lerik- Astara seçki dairəsi üzrə Vizəzəmin bələdiyyəsinə keçirilmiş seçkilərlə əlaqədar seçici Hüseynov Araz Balahüseyn oğlu 2025-ci il fevralın 12-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) müraciət edərək həmin seçki dairəsinin Vizəzəmin bələdiyyəsi üzrə səsvermə günü qanun pozuntularının baş verdiyini iddia etmiş və bununla bağlı müvafiq tədbirlər görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvü müraciətin geri qaytarılması barədə rəy vermişdir.

Seçki Məcəlləsinin 112.1-ci maddəsinə görə, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilər.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 112-ci və 112-1-ci maddələrinə əsasən   qərara alır: 

1. 80 saylı Lerik-Astara seçki dairəsindən Vizəzəmin bələdiyyəsi üzrə keçirilmiş seçkilərlə əlaqədar seçici Hüseynov Araz Balahüseyn oğlunun 2025-ci il 12 fevral tarixli 48 saylı müraciəti şikayətvermə müddətinin ötürülməsi ilə daxil olduğundan onu təqdim edən şəxsə geri göndərilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.


Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov


12.02.2025

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava müşahidə olunub, Şahdağa qar yağıb  

12:41
21 Mart

Bu gün Xalq şairi Səməd Vurğunun doğum günüdür

12:11
21 Mart

DİN: Ötən gün 47 cinayətin üstü açılıb

11:13
21 Mart

Azərbaycanın ABŞ-dəki səfirliyində Novruz bayramı münasibətilə rəmzi ağ qızılgül əkilib

09:08
21 Mart

Xankəndidə bayram konserti atəşfəşanlıqla başa çatıb

22:33
20 Mart

Premyer Liqa: "Neftçi" "İmişli"ni darmadağın edib

22:13
20 Mart

Prezident İlham Əliyevin sosial media hesablarında Novruz bayramı ilə bağlı paylaşım edilib

21:26
20 Mart

Prezident Ərdoğan: Regionda dialoqun bərpası Ankaranın hədəfidir

19:11
20 Mart

Azərbaycana yaz fəsli daxil olub

18:41
20 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə paylaşım edib  

18:19
20 Mart

Premyer Liqada turun sensasiyası: “Qarabağ” “Kəpəz”ə uduzub  

16:59
20 Mart

Avropanın Çindən avtomobil idxalının həcmi ilk dəfə ixracı üstələyib

15:26
20 Mart

İraqın Baş naziri Azərbaycanın səfiri ilə görüşüb

15:07
20 Mart

Gürcüstanda Patriarx II İliya ilə vida mərasimi keçirilir

14:07
20 Mart

Azərbaycan və Özbəkistanın xarici işlər nazirləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər  

13:31
20 Mart

AQTA-dan Novruz bayramında sağlam qidalanma tövsiyələri

13:17
20 Mart

Sabahın hava proqnozu açıqlanıb

12:47
20 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

11:51
20 Mart

Şuşada Ramazan bayramı namazı qılınıb

11:20
20 Mart

Allahşükür Paşazadə: Dua edirik ki, müharibələr tezliklə dayansın

11:14
20 Mart

AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir  

10:17
20 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!