17 Yanvar 2026 08:25
660
SİYASƏT
A- A+
20 Yanvar - qanla yazılmış qəhrəmanlıq səhifəsi

20 Yanvar - qanla yazılmış qəhrəmanlıq səhifəsi


Sovet imperiyası yetmiş il sonra növbəti dəfə qanlı əlini ölkəmizə uzatdı. Yenə Azərbaycan xalqının müstəqillik arzusunun yoluna sədd çəkmək niyyətində idilər. Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) rəhbərliyi bu məqsədlə qəddarlıqla qərar verdi. Azərbaycana göndərilən sovet qoşun hissələri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ölkəmizdə dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törətdilər....

Hələ 1980-ci illərin sonlarında SSRİ-də gündən-gündə artan tənəzzül, baş verən siyasi proseslər, xüsusilə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, Dağlıq Qarabağ münaqişəsi və milli azadlıq hərəkatının güclənməsi respublikada vəziyyəti gərginləşdirmişdi. Azərbaycan xalqı öz hüquqlarını, ərazi bütövlüyünü və gələcəyini qorumaq üçün meydanlara çıxmışdı. Təəssüf ki, mərkəzi sovet hakimiyyəti bu haqlı tələblərə dialoqla deyil, silah gücü ilə cavab verdi.

O gecə zirehli hərbi texnikanın gurultusu, atəş səsləri paytaxtı bürüdü. İnsanlar çaşqınlıq içərisində nə baş verdiyini öyrənməyə çalışırdı. Cinayətkarlar televiziya stansiyasının enerji blokunu da partlatmış, televiziya yayımını kəsmişdilər.

"Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında" fərman barədə əhaliyə bilərəkdən xəbərdarlıq edilməmişdi. Halbuki "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq olunmalı idi.

Paytaxtımız Bakı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən dəhşətli hadisələrin şahidi oldu. Sovet ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərinin iştirakı ilə xüsusi amansızlıqla Bakıda qətliam törədildi. 

İmperiya cəlladlarının qəddarlığının, vəhşiliyinin hüdudu yox idi. Uşaqları, gəncləri, qocaları amansızlıqla atəşə tutur, tankları onların üzərinə sürürdülər. Yalın əllə onların zirehli hərbi texnikalarının qarşısına çıxıb: "Atəş açmayın, camaat silahsızdır", - deyənlər də dərhal güllələrə tuş gəlirdi. Çünki xüsusi təlim keçmiş sovet əsgərlərinin aldıqları tapşırıq belə idi. Onlar onsuz da dinc, silahsız insanları öldürdüklərini bilirdilər. 

Yaralıların xəstəxanalara çatdırılmaması üçün təcili yardım maşınlarını atəşə tutur, gülləbaran edirdilər. Hətta xəstəxanaların işıqlarını belə söndürürdülər ki, yaralıların müayinə olunmalarına, cərrahiyyə əməliyyatı edilmələrinə maneə törətsinlər. O dəhşətli hadisələr zamanı tibb işçiləri də həlak oldular. 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 131 nəfər qətlə yetirildi. Onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar idi. 744 nəfər ağır xəsarət aldı. 4 nəfər itkin düşdü. 400 nəfər isə həbs edildi. Fövqəladə vəziyyət elan ediləndən sonra isə 21 nəfər öldürüldü. Fövqəladə vəziyyət elan edilməmiş Neftçala və Lənkəranda 25-26 nəfər qətlə yetirildi.

Azərbaycanda 1990-cı ilin yanvarında sovet qoşun hissələrinin cinayətləri yalnız Bakı şəhəri ilə məhdudlaşmadı. Bakıda törədilən 20 Yanvar hadisələri respublikamızın hər yerində etirazla qarşılandı. Etiraz səsləri ucaldanlar günahkarların, cinayətkarların cəzalanmalarını tələb edirdilər.

Azərbaycan xalqının gözünün odunu almaq, xof yaratmaq üçün azğınlaşmış sovet qoşun hissələri bir neçə gün sonra dinc əhaliyə divan tutmaq məqsədilə cənuba - Neftçala, Cəlilabad və Lənkərana doğru istiqamətləndi. Bakıda törədilən Qanlı Yanvar qırğınından sonra bu dəfə dəhşətli xəbərlər bölgələrdən gəlməyə başladı...

Respublikamızda azadlıq eşqini boğmağa çalışan sovet ordusu hissələri 1990-cı il yanvarın 24-də Cəlilabadda dinc insanlara divan tutdu. Şahidlərin sözlərinə görə, Cəlilabadda baş verən yanvar hadisələrində 100-dən çox sakin müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Ağır güllə yarası alanlardan 14 nəfəri əlil oldu.

Yanvarın 25-də sovet tankları Neftçalaya daxil oldu. Günün ikinci yarısında rayonun mərkəzinə yetişən sovet əsgərləri azadlıqları uğrunda mübarizəyə qalxan əliyalın insanları xəbərdarlıq etmədən atəşə tutdular.

1990-cı ilin yanvarında sovet qoşun hissələrinin Neftçalada törətdikləri faciələr zamanı 2 nəfər qətlə yetirildi. 50-yə yaxın insan isə həbs olundu. Onları Bankə qəsəbəsindəki hərbi hissənin hamamına apardılar. Günahsız insanlara xüsusi qəddarlıqla işgəncələr verdilər.

Yanvarın 26-da Lənkəranın mərkəzi meydanına toplaşmış minlərlə insan şəhidlərin matəm mitinqinə toplaşdı. Sovet qoşun dəstələri onları qorxutmaqla, vahiməyə salmaqla mitinqi dağıda bilmədilər. Ancaq gərginliyin azaldılması, ziyan çəkməməsi, qan tökülməməsi naminə fəallar dağətəyi ərazidə yerləşən Haftoni meşəliyinə çəkildilər. Sovet qoşun bölmələri dərhal meşəni mühasirəyə alaraq onlara atəş yağdırdılar.

Qanlı Yanvar hadisələri zamanı ümumilikdə 11 nəfər Lənkəran sakini  şəhid oldu. Onlardan 5 nəfər yanvarın 19-dan 20-nə keçən gecədə Bakı şəhərində qətlə yetirilmişdi. 5 nəfər yanvarın 26-da Haftoni meşəliyində sovet ordusunun silahlı hücumu nəticəsində həlak olmuşdu. Bir nəfər isə hərbi helikopterdə aparılarkən məftillə boğularaq öldürülmüşdü.

Lənkəranda baş verən hadisələrin iştirakçılarının dediklərinə görə, Haftoni meşəliyində 46 nəfər tutularaq həbs olunmuşdu. Onlardan 16 nəfər Rusiya Federasiyasının Ulyanovsk şəhərindəki həbsxanaya, 30 nəfər isə Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki həbsxanaya aparılmışdı.

SSRİ rəhbərliyi təxribatlara, cinayətlərə əl atmaqla, günahsız insanlara hədə-qorxu gəlməklə, işgəncələr verməklə, qətllər törətməklə məqsədinə çatmadı.   İmperiyanın ölkəmizə qarşı siyasəti uğursuzluqla nəticələndi və Qara Yanvar hadisələri Azərbaycan xalqının milli azadlıq hərəkatını sürətləndirdi. Bu faciə xalqımızn birliyini möhkəmləndirdi, milli şüuru gücləndirdi və müstəqillik ideyasını reallığa çevirdi.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistanda sülhə doğru atılan addımlar revanşistləri narahat edir

09:05
04 Mart

Daşkəsəndə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində gənclərlə görüş keçirilmişdir

09:00
04 Mart

Naxçıvan: Qədim karvan yolundan müasir nəqliyyat qovşağına

08:55
04 Mart

Baharın və Böyük qayıdışın addım səsləri bir-birinə qarışıb

08:50
04 Mart

Şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılmışdır

08:45
04 Mart

Rəqəmsallaşma vahid mərkəzdən idarə olunacaq

08:40
04 Mart

907-ci düzəliş birdəfəlik ləğv edilməlidir

08:35
04 Mart

"Şimal-Cənub" beynəlxalq marşrut üzrə əməkdaşlıq məsələləri müzakirə olunub

08:30
04 Mart

Sənaye zonaları: regionların iqtisadi potensialının lokomotivi

08:25
04 Mart

Azərbaycan sabitliyin unikal məkanıdır

08:20
04 Mart

Sarsılmaz iradə, mütləq qələbə

08:17
04 Mart

Xocalıya dönüş - ədalətin qələbəsi

08:15
04 Mart

Qarabağ və Şərqi Zəngəzurun minalardan təmizlənməsi davam edir

08:10
04 Mart

Avropa mavi yanacaq və "yaşıl enerji" sahəsində Azərbaycanla əməkdaşlıqdan məmnundur

08:05
04 Mart

Düşmənlərimiz İLHAM ƏLİYEVƏ nələri bağışlaya bilmirlər?!

08:00
04 Mart

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında

01:15
04 Mart

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2023-cü il 8 fevral tarixli 2035 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 oktyabr tarixli 504 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:14
04 Mart

“Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 491 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və Qərarının ləğv edilməsi barədə

01:13
04 Mart

Komissar: Azərbaycanla enerji tərəfdaşlığımız Avropanın təmiz enerjiyə keçidinə paralel şəkildə inkişaf edir  

00:20
04 Mart

Şuşada Od çərşənbəsi coşqusu

23:47
03 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib

23:44
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!