11 Fevral 2026 08:30
1568
İQTİSADİYYAT
A- A+
1,1 milyon təqaüdçünün pensiyası artırıldı

1,1 milyon təqaüdçünün pensiyası artırıldı


Bunun üçün dövlət büdcəsindən 640 milyon manat ayrılıb


Azərbaycanda əhalinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biri kimi ardıcıl davam edir. Xüsusilə sosial müdafiə sisteminin möhkəmləndirilməsi, həssas əhali qruplarının gəlirlərinin qorunması və sosial ədalətin təmin olunması istiqamətində mühüm qərarlar qəbul olunur. 

Bu baxımdan Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" sərəncam pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə, onların maddi rifahının yüksəldilməsinə yönəlmiş növbəti mühüm addımdır.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlmasına əsasən, 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün əmək pensiyaları Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəsmi məlumatlara uyğun olaraq, 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə əsasən bu il yanvarın 1-dən etibarən 9,3 faiz indeksləşdirilərək artırılıb. Sərəncam pensiyaların real dəyərini qorumaq, inflyasiyadan geri qalmasının qarşısını almaq və pensiyaçıların həyat səviyyəsini orta əməkhaqqı artımı ilə uyğunlaşdırmaq məqsədi daşıyır. 

Dövlət başçısının imzaladığı sənəd  sosial islahatların sistemli xarakter daşıdığını və dövlətin sosial öhdəliklərinə sadiqliyini bir daha nümayiş etdirir. Sayca 5-ci paket çərçivəsində həyata keçirilən bu tədbirlər bütövlükdə ölkədə sosial təminat mexanizmlərinin təkmilləşdirilməsinə, sosial müdafiənin əhatə dairəsinin genişlənməsinə və vətəndaşların həyat səviyyəsinin yüksəldilməsinə yönəlib. 

Nazirlik onu da bildirir ki, yanvar ayı üzrə pensiyalara edilən artımlar fevral ayının pensiyası ilə birlikdə ödəniləcək. İndeksləşdirmə bütün pensiyaçıları, o cümlədən hərbi qulluqçuları, hüquq-mühafizə orqanlarının əməkdaşlarını və digər kateqoriyaları əhatə edir. Ümumilikdə artım 1,1 milyon pensiyaçıya şamil olunur və bunun üçün dövlət büdcəsindən illik əlavə 640 milyon manat vəsait ayrılıb. Üstəlik, sığorta olunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək toplanmış pensiya kapitalları da ötən il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 5,6 faiz artırılıb. Bu artım sosial sığorta sistemində iştirak edən şəxslərin gələcək pensiya təminatının dövlət tərəfindən də dəstəkləndiyinin göstəricisidir. 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev fevralın 10-da  jurnalistlər üçün keçirilən brifinqdə bildirib ki, pensiya kapitallarının artırılması da e-sistem üzərindən avtomatik həyata keçirilir: "Pensiya kapitallarının hər il indeksləşdirilərək artırılması əmək müqaviləsi ilə çalışaraq sosial sığorta sistemində fəal iştirak edənlər üçün bir stimuldur. Onlar fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay sosial sığorta ayırmaları ilə deyil, eyni zamanda dövlət tərəfindən də hər ilin əvvəlində indeksləşdirilərək artırıldığının şahidi olurlar. Qeyri-formal məşğulluq sahəsində işləyən vətəndaşlar da öz əmək fəaliyyətlərini rəsmiləşdirsinlər və pensiya kapitallarına malik olsunlar ki, hər il dövlət tərəfindən həmin pensiya kapitallarının indeksləşdirilərək artırılması imkanından faydalansınlar və gələcəkdə pensiya təminatı hüququna sahib olsunlar".  

Elə buradaca qeyd edək ki, yalnız cari ilin indeksləşməsini deyil, əvvəlki illərdə olan ümumi artımı da nəzərə aldıqda pensiya məbləğlərində əhəmiyyətli artım müşahidə olunur. Rəşad Mustafayev bunu belə şərh edib: "Bu il üçün indeksləşmə faizini nəzərə almasaq, son 5 ildə pensiya məbləğlərində təxminən 70 faiz artım gerçəkləşdirilib. Cari il üzrə indeksləşmə faizi nəzərə alınmaqla artım 85 faiz təşkil edir". Nazir müavininin  sözlərinə görə, 2018-2025-ci illərdə orta aylıq pensiya 208 manatdan 543 manata, yaşa görə orta aylıq pensiya 234 manatdan 578 manata çatıb: "Yeni artımla orta aylıq pensiya və yaşa görə orta aylıq pensiya müvafiq olaraq 593 manata və 632 manata çatır. Bu da 2018-ci ilə nisbətən orta aylıq pensiyada 2,8 dəfə, yaşa görə orta aylıq pensiyada 2,7 dəfə artıma nail olunması deməkdir". 

 İndeksləşdirmə yaşa, əlilliyə və ailə başçısını itirməyə görə təyin olunan bütün növ əmək pensiyalarını əhatə edir. Bu yanaşma qulluq stajına görə  əlavə pensiya alanları da əhatə edir. Yəni hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları və dövlət qulluqçuları da artımdan yararlanacaq. Ölkədə qiymət artımlarının müşahidə olunduğu bir şəraitdə pensiyaların artırılması pensiyaçıların alıcılıq qabiliyyətinin qorunmasına, onların sosial rifahının dəstəklənməsinə xidmət edir. Həyata keçirilən bu tədbirlər bir tərəfdən mövcud pensiyaçıların sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edirsə, digər tərəfdən gələcək nəsillər üçün daha etibarlı və şəffaf pensiya təminatının formalaşdırılmasına imkan yaradır. 

Əslində, sosial islahatların əsası 8 il əvvəl - 2018-ci ildə İlham Əliyevin yenidən prezident seçilməsindən sonra başladı. Andiçmə mərasimində cənab Prezidentin dediyi "hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar" sözləri ötən 8 ildə sosial islahatlarla bağlı verdiyi qanun və sərəncamların ana xəttini təşkil etməklə yanaşı, həm də gələcək proqramların, layihələrin anonsu idi. Hər il əməkhaqlarında və sosial təminatın növləri üzrə ödənişlərdə artımlar müşahidə olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 2018-2025-ci illərdə minimum pensiya məbləği 3 dəfəyədək artırılaraq 110 manatdan 320 manata çatdırılıb. Pensiyalarda artım dinamikası pensiyaların maliyyələşdirilməsi üzrə ayrılan vəsaitin də ildən-ilə artması ilə nəticələnir. Bu vəsait  2018-ci ilə nisbətən 2,3 dəfə artaraq 2026-cı il üçün 7 milyard 993 milyon manata çatıb.

Bütün bunlar onu göstərir ki, Azərbaycanda sosial siyasət formal xarakter daşımır, real ehtiyaclara əsaslanan və insan amilini mərkəzə qoyan dövlət idarəçiliyi modeli tətbiq olunur. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı təbəqələrin rifahının qorunması və sosial ədalətin təmin edilməsi ölkənin uzunmüddətli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl sosial islahatlar və sosial paketlər vətəndaş-dövlət münasibətlərində etimadın möhkəmlənməsinə, cəmiyyətdə sosial sabitliyin qorunmasına xidmət edir. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Aİ münasibətləri hazırda fəal tərəfdaşlıq mərhələsindədir  

23:18
13 Mart

Xarici ölkə vətəndaşları Azərbaycan vasitəsilə təxliyə olunub  

22:53
13 Mart

Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb  

22:52
13 Mart

Cem Küçük: Orta Dəhliz Avropa ilə Asiya arasında yeni ticarət xəttini formalaşdırır və Azərbaycanın rolunu artırır  

22:10
13 Mart

Ceyhun Bayramov bu gün Türkiyəyə növbəti raket hücumunu qınayıb

21:19
13 Mart

Formula 1 üzrə Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-priləri ləğv edilib  

20:57
13 Mart

Qəbələdə “Yaşıl marafon” layihəsi çərçivəsində 750-yə yaxın ağac əkilib  

20:28
13 Mart

Siqh Konfransı yekun bəyanat qəbul edib  

20:07
13 Mart

Parlamentdə Nazirlər Kabinetinin hesabatı dinlənilib YENİLƏNİB

19:36
13 Mart

Əmək pensiyasının hesablanma qaydası necədir?  

19:28
13 Mart

Milli Məclisin növbəti iclasında müzakirə olunacaq məsələlər açıqlanıb  

18:59
13 Mart

Ekoloji məsələlər üzrə İşçi qrupun üzvləri Zəngilanda - infrastruktur layihələri və ekoloji tələblər diqqət mərkəzində saxlanılıb 

18:44
13 Mart

Muxtar Babayev: Azərbaycan tərəfi COP31-in təşkilinə hazırlıq mərhələsində Türkiyəyə öz dəstəyini göstərir 

18:39
13 Mart

Baş nazir Əli Əsədov Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri ilə görüşüb  

18:31
13 Mart

WUF13-də Xəzər dənizinin dayazlaşması gündəmdə olacaq 

18:27
13 Mart

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Xocavənddə vətəndaşların müraciətlərini dinləyib  

18:23
13 Mart

XIII Qlobal Bakı Forumunda 2030 Gündəliyinin icrası ilə bağlı çağırışlar səsləndirilib – YENİLƏNİB 

18:12
13 Mart

Raniya Al-Maşat: Təhsil və sosial sahələrə yatırımlar qlobal inkişafı gücləndirir VİDEO  

17:49
13 Mart

İqtisadiyyat nazirinin müavini Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

17:34
13 Mart

Astronomlar nəhəng planetar toqquşma qeydə alıblar  

17:28
13 Mart

Nobel Sülh Mükafatı laureatı: Səmimiyyət getdikcə azalır, fərdlər və icmalar marginallaşır, ölkələr isə bir-birindən uzaqlaşır  

17:24
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!