29 Dekabr 2024 08:55
1330
Mədəniyyət
A- A+
100 yaşlı qəzetin 100 yaşlı redaktoru

100 yaşlı qəzetin 100 yaşlı redaktoru


Azərbaycanın Əməkdar jurnalisti, "Qırmızı Əmək Bayrağı" ordenli, "Qızıl qələm" mükafatı laureatı  Mahmud Mirdaməd oğlu Ağalarovun anadan olmasının 100 illiyi münasibətilə Salyan Rayon Tarix-Diyarşünaslıq Muzeyində "Yüz yaşlı qəzetin 100 yaşlı redaktoru" adlı tədbir keçirilmişdir. 

Salyan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə RİH-in məsul nümayəndəsi, "Qələbə" qəzetinin kollektivi, veteran qələm sahibləri, yubilyarın doğmaları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbirdə  Mahmud Ağalarovun, "Qələbə" qəzetinin dünyasını dəyişmiş əməkdaşlarının və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin olunmasında şəhid olmuş həmvətənlərimizin ruhu birdəqiqəlik sükutla yad edilmiş, yubilyarın həyat və fəaliyyətini özündə əks etdirən fotoslayd nümayiş etdirilmişdir.

"Qələbə" qəzetinin baş redaktoru Rüstəm Məlikov, Salyan Rayon İcra Hakimiyyəti başçısı aparatının Humanitar və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Məhərrəm Məmmədov, "Qələbə" qəzetinin sabiq baş redaktoru, Əməkdar müəllim Fərqanə Cəbrayılova, veteran jurnalist Rəhim Hüseynzadə, rayon ictimai ziyalılar birliyinin sədri, Əməkdar müəllim Allahverdi Piriyev, Azərbaycan Yazıçılar Birliyi Muğan bölməsinin sədri Nəbi İbrahimov, Salyan Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Rəfiqə Ağabəyli, "Qələbə" qəzetinin əməkdaşları Leyla Nəsirova, Təyyar Nəsirli, Əzizağa Məmmədli, rayon ziyalıları Vaqif İslamov, Hüseyn Ağayev, şair Zabil Pərviz və Lətif Zərbəliyev  Mahmud Ağalarovu gözəl, səmimi, qayğıkeş insan kimi xarakterizə etmiş, onunla bağlı xatirələrindən söz açmışlar. Qeyd edilmişdir ki, mənalı ömrünün 50 ilini jurnalistikaya həsr etmiş Mahmud müəllim  mənalı və ibrətamiz bir ömür yaşamışdır.  

M.Ağalarov 1924-cü il dekabr ayının 25-də Salyan şəhərində fəhlə ailəsində anadan olmuşdur. O, orta məktəbdə oxuduğu illərdən mətbuata maraq göstərər və ilk qələm təcrübələrini rayonda çap edilən "Sosializm yolu" qəzetinə göndərərdi. 1940-cı ildə 16 yaşlı  M.Ağalarovu "Sosializm yolu" qəzetində məsul katib vəzifəsinə işə götürmüşlər. Mahmud Ağalarov 1992-ci ilə kimi - yarım əsrdən çox mətbuat sahəsində çalışmışdır.

1952-ci ildən gənc jurnalist "Kommunist" qəzetinə işə dəvət edilmiş, 1956-cı ildə buradan Bakı Ali Partiya məktəbinin Jurnalistika şöbəsinə oxumağa göndərilmişdir. 

1960-cı ildə ali təhsilini başa vuran Mahmud Ağalarov Qazax rayonunun "Qalibiyyət bayrağı", Qubanın "Şəfəq" qəzetlərinin redaktoru olmuşdur. 1965-ci ildən 1992-ci ilə kimi doğma Salyan rayonunda nəşr edilən "Qələbə" qəzetinə rəhbərlik etmişdir. 

M.Ağalarov qəzet işini mükəmməl bilən, əməkdaşlarına həssas, isti münasibət göstərən bir rəhbər kimi tanınırdı. Həftədə 3 dəfə, orta hesabla 10 min tirajla çıxan "Qələbə" qəzetində ölkənin, respublikanın, habelə rayonun sosial-iqtisadi, mədəni həyatı çox geniş şəkildə öz əksini tapırdı.

Vaxtilə "Qələbə" qəzetində çalışmış jurnalistlərdən Vaqif Əliyev, Səxavət Qarayev, Alimə Möhsümova, Akif Bayramoğlu, Seyran Cavadov, Ziyafət Babayev, Fərman Əliyev, Əliqismət Lalayev, Qulam Sadiq, Soltan Abbas, Tofiq Kərim, Fəxrəddin Fərzəliyev və başqalarının peşəkar jurnalist kimi fəaliyyətlərində Mahmud müəllimin xüsusi rolu olmuşdur.  

Mahmud müəllim Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə həyata keçirilən möhtəşəm quruculuq və abadlıq işlərinin fəal təbliğatçısı olmuşdur. 1992-ci ildən təqaüdə çıxandan sonra bir müddət rayon Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik etmişdir. Lakin redaksiya ilə həmişə müntəzəm əlaqə saxlamışdır. 1999-cu ilin may ayında haqq dünyasına qovuşan M.Ağalarov Azərbaycan jurnalistikasında izi qalan yazarlarımızdandır. Onun əziz xatirəsi rayon ictimaiyyəti arasında həmişə uca tutulmuşdur.

Tədbirdə iştirak edən M.Ağalarovun qızı Bahar xanım atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.


Rüstəm MƏLİKOV,

"Qələbə" qəzetinin baş redaktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında

01:15
04 Mart

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2023-cü il 8 fevral tarixli 2035 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 oktyabr tarixli 504 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:14
04 Mart

“Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 491 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və Qərarının ləğv edilməsi barədə

01:13
04 Mart

Komissar: Azərbaycanla enerji tərəfdaşlığımız Avropanın təmiz enerjiyə keçidinə paralel şəkildə inkişaf edir  

00:20
04 Mart

Şuşada Od çərşənbəsi coşqusu

23:47
03 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib

23:44
03 Mart

Rusiya FHN-in təyyarəsi Rusiya vətəndaşlarını Azərbaycandan təxliyə edir  

22:40
03 Mart

Bir qrup Rusiya vətəndaşı İrandan təxliyə olunub

21:23
03 Mart

İranın ali rəhbərini seçən Ekspertlər Assambleyasının binası dağıdılıb

21:22
03 Mart

Laslo Vaşa: Azərbaycandan sualtı enerji kabeli Avropa üçün yeni texnoloji üfüqlər açır  

21:20
03 Mart

Azərbaycan Kuboku: “Zirə” yarımfinalda

21:09
03 Mart

Bakı metrosu Yaşıl və Qırmızı xətlərində yeni hərəkət qrafikinin sınaqlarına başlayır  

20:36
03 Mart

Kristina Lobilyo: Avropa İttifaqı Azərbaycan qazının etibarlı tədarükçüsü olaraq qalacaq  

19:43
03 Mart

Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib

19:38
03 Mart

İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir 

19:33
03 Mart

Azərbaycan və Latviya Yaxın Şərqdəki gərginliyin diplomatik vasitələrlə həllinin tərəfdarıdır  

19:28
03 Mart

Jan-Noel Baro Fransa vətəndaşlarının İrandan təxliyəsində dəstəyə görə Azərbaycana təşəkkür edib  

19:13
03 Mart

SOCAR: Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini kökündən dəyişdirib  

19:01
03 Mart

Rektorlar ali təhsil müəssisələrinə qəbul prosesindən danışıblar

18:48
03 Mart

Dan Yorgensen: Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır

18:41
03 Mart

Milli Nüvə Nəzarət İdarəsi: İraqda radiasiya səviyyələrində artım qeydə alınmayıb  

18:36
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!