16 Sentyabr 2025 08:50
809
SİYASƏT
A- A+
Zəngəzur dəhlizi (TRIPP) açılmalıdır

Zəngəzur dəhlizi (TRIPP) açılmalıdır


Bu, Azərbaycanın prinsipial mövqeyidir


Dünyada baş verən qlobal hadisələr, qanlı müharibələr, sərhədlərin güc yolu ilə dəyişdirilməsi, baş verən hərbi-siyasi hadisələr fonunda dövlətlərarası münasibətlərin  dizayn edilməsi dünya tarixinin yenidən yazıldığını təsdiq edir. Bu yeni düzən, yeni qaydalar və yeni güc mərkəzləri deməkdir. Əsas məsələ - bu qaydaları diktə, yeni reallıqları müəyyən edən tərəf olmaqdır. Azərbaycan bu prosesdə öz siyasi mövqeyi, müstəqil və prinsipial yanaşması ilə fərqlənir. Tam qətiyyətlə deyə bilərik ki, dünyaya sülh, əməkdaşlıq və tərəqqi gündəliyini təşviq edən Azərbaycan bu prosesdə seyrçi yox, dünya düzənini yenidən quran əsas aktorlardan biri kimi iştirak edir. 

Bu möhtəşəm uğuru səciyyələndirən isə iki əsas şərtdir: güclü lider və xalqın birliyi. Biz hər gün tarixin yeni yazılan parlaq səhifələrinə şahidlik etməkdəyik. Bu bir həqiqətdir ki, Prezident İlham Əliyev Azərbaycanın yeni tarixini yaratmaqla kifayətlənmir, yeni dünya düzənini formalaşdıran əsas fiqurlardan biri olmaqla regionun da yeni tarixini yaratmaq missiyasını öz üzərinə götürüb. Dövlətin qüdrəti birmənalı olaraq iqtisadiyyatı, ordusu, diplomatiyası ilə qiymətləndirilir. Azərbaycan hərbi gücünə görə regionun ən qüdrətli dövlətidir. Dünyanın əksər dövlətləri 2020-ci ildə qazandığımız qələbədən sonra ordumuzun tətbiq etdiyi taktikanı öyrənirlər. Diplomatiya sahəsində əldə olunan nailiyyətlərimiz isə birmənalı olaraq şəxsiyyət və lider amilinə bağlı olan məsələdir. Bu faktı dəfələrlə Avropa liderlərinin dilindən də eşitmişik, dünyanın bir nömrəli dövlətinin Prezidenti Donald Trampın, dünyanın gözü qarşısında dövlətimizin başçısına xitabən "Siz böyük lidersiniz" deməsinə şahidlik etmişik. 

Bugünkü yazımızda diqqətə çəkmək istədiyimiz əsas mövzu isə 8 avqust Vaşinqton razılaşmasına əsasən "Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu" adlandırılan, bizim bildiyimiz Zəngəzur dəhlizidır. Vaşinqtonda əldə edilən böyük diplomatik qələbənin müəllifi Prezident İlham Əliyevdir. Dövlətimizin başçısı yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində qəti və konkret şəkildə qeyd etmişdir: "Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır". Prezident İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı demişdir: "Yeni layihələr arasında Zəngəzur dəhlizini qeyd etmək istərdim. Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq".

Zəngəzur nəqliyyat yolunun beynəlxalq əhəmiyyətindən danışan Prezident İlham Əliyev xüsusi qeyd etmişdir ki, Zəngəzur dəhlizi (TRIPP) bir çox ölkəni birləşdirəcək. Söhbət beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizindən gedir. Zəngəzur dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyəyə deyil, regionun digər dövlətlərinə də fayda verəcək: "Biz bu xətti (Zəngəzur dəhlizini) eyni zamanda geoiqtisadi əhəmiyyətinə görə son dərəcə vacib hesab edirik. Bu, regionumuzdan kənar ölkələri birləşdirəcək və ticarəti stimullaşdıracaq. Ümid edirik ki, bu xətt ixtilaf mənbəyindən çox konsensus simvoluna çevriləcək. Bununla da bu region əməkdaşlığın üstünlük təşkil etdiyi çiçəklənən bir əraziyə çevriləcək. Biz region ölkələri olaraq bu məsələni konsensus yolu ilə həll edə bilərik".

Bu məqamda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da adıkeçən dəhliz haqqında fikirini xatırlatmaq yerinə düşər. Qardaş ölkənin lideri dövlətimizin başçısının Zəngəzur dəhlizinə (TRIPP) olan münasibətini belə ifadə etmişdir: "Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzura böyük önəm verir. O, bu dəhlizin tez bir zamanda hazırlanmasını və ondan həm Azərbaycanın, həm də regionun xeyrinə istifadə etmək istəyir. Əminəm ki, biz bu məsələni birlikdə həll edəcəyik".

Avqustun 8-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Vaşinqtonda keçirilmiş görüş zamanı Birgə Bəyannaməni imzaladılar. Mətbuata bəyanatla çıxış edən ABŞ Prezidenti Donald Tramp vurğulamışdır: "Bu bəyanat çərçivəsində onlar çox önəmli bir şeyi - mənim üçün böyük bir şərəf olan, amma özüm istəmədiyim bir təşəbbüsü - "Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu"nu təsdiqləyiblər. Bu, xüsusi bir tranzit sahəsidir ki, Azərbaycanın Naxçıvan bölgəsinə tam çıxış əldə etməsinə imkan verəcək, eyni zamanda Ermənistanın suverenliyinə tam hörmət saxlanılacaq". Prezident İlham Əliyev isə Ağ Evdə mətbuata bəyanatı zamanı mühüm mesajlar vermişdir: "Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik. Bu, nəinki bizim bölgəmiz, eyni zamanda bütün dünya üçün böyük bir imkandır. Beləliklə, həqiqətən də məhz Tramp rifah və sülh marşrutu rabitə, əlaqələr baxımından divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaqdır".

"Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu"   (TRIPP) Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması, artıq reallaşmaq üzrə olan strateji hədəfə çevrilib. Bu təşəbbüs Asiya və Avropa ölkələri üçün indiyədək görünməmiş perspektivlər vəd edir. TRIPP layihəsi vasitəsilə regiona və dünyaya yeni, etibarlı və təhlükəsiz bağlantılar qazandıracaq ki, bu da xüsusilə iqtisadi əməkdaşlıq baxımından böyük imkanlar açır.

Dəhlizin istifadəyə verilməsi ilə Azərbaycan, Türkiyə, Çin, Mərkəzi Asiya və digər regional ölkələr yük və sərnişin daşımalarında daha qısa, təhlükəsiz və sərfəli marşruta sahib olacaqlar. Birmənalı olaraq ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artacaq, logistika xərcləri azaldacaq və ixrac-idxal proseslərini sürətləndirəcək. Dəhliz boyunca sənaye zonalarının, logistika mərkəzlərinin və xidmət sektorunun inkişafı üçün yeni investisiya imkanları formalaşacaq. Bütün bunlar Azərbaycanın iqtisadi üstünlüklərini daha da möhkəmləndirəcək əsas amillərdəndir.

Azərbaycan artıq bu gün Şərqlə Qərb arasında mühüm tranzit qovşağına çevrilib və beynəlxalq nəqliyyat şəbəkələrində rolu getdikcə artır. Zəngəzur dəhlizinin (TRIPP) açılması ilə Azərbaycanın strateji tranzit mərkəzi statusu daha da yüksələcək. Layihənin mühüm tərəflərindən biri Azərbaycan və Türkiyə arasında birbaşa quru yol bağlantısının təmin olunmasıdır ki, bu da iki qardaş ölkə arasındakı əməkdaşlığı yeni səviyyəyə daşıyacaq.

Həmçinin Xəzər üzərindən Zəngəzur dəhlizinə (TRIPP) çıxış əldə edən Mərkəzi Asiya ölkələri Türkiyə və Avropa bazarlarına daha rahat inteqrasiya imkanı əldə etmiş olacaqlar. Bu isə türk dövlətləri arasında iqtisadi, siyasi və mədəni əlaqələrin möhkəmlənməsinə güclü təkan verəcək.

Səsləndirilən bütün fikirlər Cənubi Qafqazın gələcəyi üçün nikbin olmağa əsas verir. Ən başlıcası isə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin və rolunun daha da güclənəcəyini görürük. Zəngəzur dəhlizinin (TRIPP) açılması sülh prosesinin konkret göstəricisi kimi qiymətləndirilməlidir. İlk növbədə Azərbaycanın əvvəlki marşrutlardan asılılığını azaldır, tranzit imkanlarını artırır, iqtisadi əlaqələrini genişləndirir və xarici siyasət istiqamətlərini diversifikasiya edir. Vaşinqton razılaşmasına ilk münasibət bildirən qonşu ölkələrdən biri də İran İslam Respublikası oldu. İranın Xarici İşlər Nazirliyinin verdiyi bəyanatda qeyd edilir: "İran İslam Respublikası Cənubi Qafqaz regionunda mövcud tendensiyaları yaxından izləyir və bu hadisələrlə bağlı qonşu Azərbaycan və Ermənistanla təmasdadır". Sonra bəyanatda qeyd edilir ki, Cənubi Qafqazda sülh və sabitlik regionun bütün ölkələrinin maraqlarına cavab verir: "İran İslam Respublikası iki ölkə arasında sülh sazişinin mətninin yenidən işlənməsini alqışlayır, hadisələrin bu inkişafını regionda davamlı sülhün əldə olunmasında mühüm addım hesab edir. Eyni zamanda hər hansı bir xarici müdaxilənin, xüsusən də ümumi sərhədlərin yaxınlığında, bölgədəki təhlükəsizliyə və davamlı sabitliyə zərər verə biləcək mənfi təsirlərindən narahatlığını ifadə edir". Bəyanatda o da qeyd olunub ki, kommunikasiya əlaqələrinin bərpası region xalqlarının təhlükəsizliyinə və iqtisadi inkişafına xidmət edəcək.

Dövlətimizin başçısı İlham Əliyevin Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında keçirilən iclasda sözügedən layihəyə verdiyi dəyər daha diqqətçəkəndir:  "Yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta dəhlizin, həm də "Şimal-Cənub" dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək".

Prezident İlham Əliyevin vurğuladığı kimi, Zəngəzur dəhlizi (TRIPP) Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşu dövlətlərə fayda gətirəcək.


Elşən QƏNİYEV,

"Azərbaycan"  

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 “Kontakt Home” və “Tam Store”la bağlı protokol tərtib edilib

14:40
22 Sentyabr

Tunis Azərbaycan neftinə daha çox üz tutdu: ixracda kəskin artım

14:40
22 Sentyabr

Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır

14:27
22 Sentyabr

Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub  

14:21
22 Sentyabr

Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür

14:19
22 Sentyabr

Prezident İlham Əliyev: Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir

14:12
22 Sentyabr

Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib YENİLƏNİB 

14:00
22 Sentyabr

IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

13:49
22 Sentyabr

Böyük Qayıdış: Daha 35 ailə Xankəndi, Xocalı və Ağdərəyə qayıdıb

13:24
22 Sentyabr

Şükürbəylidə daha 24 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

13:22
22 Sentyabr

Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib 

13:17
22 Sentyabr

Türkiyədə məktəbin qarşısında silahlı insident: 10 nəfər yaralanıb – YENİLƏNİB 

13:15
22 Sentyabr

“Apple” ağıllı evlər üçün yeni cihaz hazırlayır  

13:08
22 Sentyabr

“Anglo Asian Mining” qızıl hasilatı proqnozunu niyə aşağı saldı?

12:54
22 Sentyabr

IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına

12:33
22 Sentyabr

Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər 

12:26
22 Sentyabr

Özbəkistan Xəzər dənizindəki limanlarda logistika infrastrukturunun yaradılımasına böyük əhəmiyyət verir  

12:01
22 Sentyabr

Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək  

11:49
22 Sentyabr

Ötən gün 51 cinayətin açılması təmin olunub

11:43
22 Sentyabr

Havada normadan artıq toz müşahidə olunur

11:41
22 Sentyabr

Yuri Lujkovun xatirə axşamında Prezident İlham Əliyevin müraciətinin mətni oxunub

11:40
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!