16 Mart 2025 09:20
1247
İDMAN
A- A+
Zəfər estafeti

Zəfər estafeti


Dünya minifutbolunun nəbzi Bakıda döyünəcək


Azərbaycan olduqca böyük, beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara - bir sözlə, nüfuzlu tədbirlərə evsahibliyi edib. Belə qlobal tədbirlərin keçirilməsi üçün etimadın göstərilməsi heç də təsadüfi deyil. 

Bu, əlbəttə, Azərbaycanın qazandığı uğurların, nüfuzun, beynəlxalq çəkinin, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında əldə etdiyi reputasiyanın ifadəsidir. 


"Bakı-2025"də tarix yazılacaq


Artıq Azərbaycan dünyada həm də beynəlxalq idman yarışlarının, dünya və Avropa çempionatlarının keçirildiyi unikal məkan statusuna sahiblənib. Elə il yoxdur ki, ölkəmizdə hansısa beynəlxalq idman yarışı keçirilməsin. Hazırda isə idman ölkəsi daha bir nüfuzlu yarışı -  minifutbol üzrə dünya çempionatını qəbul etməyə hazırlaşır. May ayının 21-dən iyun ayının 1-dək Milli Gimnastika Arenasında keçiriləcək mundialda dünyanın ən güclü 32 komandası mübarizə aparacaq. 

Bu günlərdə DÇ-nin püşkatma mərasimi keçirilib. Mərasimdə Dünya Minifutbol Federasiyasının prezidenti Filip Yuda, gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın prezidenti Rövşən Nəcəf  çıxış edərək Azərbaycanda böyük futbolla bərabər minifutbola da marağın getdikcə artdığını xüsusi olaraq vurğulayıblar. Qeyd ediblər ki, dünya çempionatının Bakıda keçirilməsi bu idman növünə marağı daha da artıracaq. 

Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov dünya çempionatının ölkəmizə həvalə edilməsinə görə dünya minifutbol federasiyasının rəhbərliyinə minnətdarlığını bildirib. O, minifutbol üzrə yığma komandamızın Avropa çempionu olduqdan sonra bu idman növünə marağın xeyli artdığını söyləyib.

Orxan Məmmədov Prezident İlham Əliyevin Avropa çempionatından sonra millimizin üzvlərini qəbul etməsini onlara əlavə stimul verdiyini diqqətə çatdıraraq bu amilin dünya çempionatının təşkilatçılığında ciddi rol oynadığını açıqlayıb. 


Möhtəşəm sürpriz


Tədbirə göstərilən maraq, yüksəksəviyyəli hazırlıq heç də futbol üzrə dünya çempionatının püşkatmasından geri qalmayıb. Bu dəfə də yüksək təşkilatçılıqla nümunə göstərən Azərbaycan Minifutbol Federasiyası (AMF) minifutbol tarixinə möhürünü vurub. Çünki indiyədək dünya çempionatlarında bu cür möhtəşəm püşkatma mərasimi keçirilməmişdi.

Etiraf edək ki, hamı üçün bu sıradan bir püşkatma mərasimi kimi görünsə də, tədbirin keçirildiyi məkana daxil olduqda başqa bir ab-havanın başqa bir möhtəşəm hazırlığın şahidi olduq. Sanki FİFA və UEFA-nın mötəbər tədbirindəki kimi atmosferlə üz-üzə gəldik. Tədbiri yüksək səviyyədə keçirmək, mükəmməl təşkilatçılıq bacarığını nümayiş etdirmək elə də asan məsələ deyil. Bütün detallar tam dəqiqliklə nəzərə alınmışdı.  Xüsusi olaraq vurğulayaq ki, minifutbol maliyyə resursları elə də yüksək olmayan idman növüdür. 

Tədbir başladı... Ölkənin tanınmış, futbol ictimiayyətinin görkəmli simaları burada idi. Adətən, belə mötəbər tədbirlərin püşkatmasında iştirak edənlər dünyanın tanınmış futbol ulduzlarını görməyə alışıblar. Elə bunu düşündüyümüz anda möhtəşəm sürprizlə qarşılaşdıq. 

Tədbirin aparıcıları dünya ulduzunu püşkatma üçün səhnəyə dəvət edəcəklərinin anonsunu verdilər. Hamı təəccüb və həyəcanla bu adın kim olacağını fikirləşməyə başladı. Və budur, AMF rəhbərliyinin xüsusi təşəbbüsü sayəsində Portuqaliya millisində Avropa çempionu olan, "Mançester Yunayted" (İngiltərə) kimi qitənin ən böyük klublarından birində forma geyən Luiş Nani səhnəyə dəvət olundu. Tədbir iştirakçılarının böyük alqışına səbəb olan səhnəni sözlərlə ifadə etmək olduqca çətindir. 


Azərbaycan Minifutbol Federasiyasının yüksək təşkilatçılığı


İndi isə hər kəs böyük səbrsizliklə mundialın başlayacağı tarixi gözləyir. Dünyanın müxtəlif ölkələrindən gələcək komandaları, federasiya rəsmilərini, azarkeşləri maraqlı sürprizlər gözləyir. Milli komandamızdan isə həmişə olduğu kimi ən yüksək nəticəni gözləyirik. Bu cür təşkilatçılığa, belə də sonluq yaraşardı. 

Ümumiyyətlə, etiraf edək ki, bu tipli nüfuzlu yarışlar üçün ən azı 2-3 il zaman verilsə də, Azərbaycanın dünya çempionatına hazırlıq üçün cəmi bir il vaxtı vardı. Mundialın keçirilməsində böyük təcrübə mövcuddur və demək olar ki, Dünya Minifutbol Federasiyası (WMF) hər bir sahə üzrə öz göstərişlərini verir. Mövcud təlimatlarda hər bir istiqamət üzrə müəyyən edilmiş metodiki qaydalar var. 

"Bakı-2025"də isə bütün məsuliyyət, təşkilati məsələlərin yoluna qoyulması Azərbaycanın öz üzərinə düşürdü.  Bu müddət ərzində Bakıda qarşılaşmaların keçirilməsi üçün infrastrukturun yaradılması və oyunların təşkili üzrə digər işlərin sürətlə həyata keçirilməsi göstərir ki, AMF  hazırlıq işlərini göstərilən vaxtda yüksək səviyyədə başa çatdırmaq üzrədir. Təkcə onu demək kifayətdir ki, Azərbaycan Minibutbol Federasiyasının qısa zaman kəsiyində əldə etdiyi uğur, bəlkə də bu sahədə ənənəsi olan böyük dövlətlərin onilliklər ərzində qazandıqları nailiyyətlərdən, uğurlardan böyükdür.  

Federasiya rəhbərliyi az vaxtda uğura aparan yolun qısa xülasəsini təqdim etdi və bir daha bəlli oldu ki, həqiqətən də istənilən sahədə qısa zamanda uğurun qazanılması mümkündür. Əgər yüksək təşkilatçılıq bacarığı, istedad, peşəkar yanaşma, diqqət və qayğı, ən əsası isə milli ruhun, vətənpərvərliyin ən ali dəyər kimi qəbul edildiyi yerdə zəfər qaçılmazdır.  Yalnız azərbaycanlılardan ibarət və milli ruha malik komanda yaradılıb və düzgün idarəetmə sayəsində qısa zamanda yüksək nəticələr əldə edilib. 

Göründüyü kimi qısa müddətdə bu qədər irihəcimli işlərin görülməsi, həqiqətən, gərgin və fədakar zəhmət tələb edir. Lakin Azərbaycan Minifutbol Federasiyası ən yüksək formada bunun öhdəsindən gəlməyi bacarıb. Bakıda mundiala hazırlıq, püşkatma mərasiminin yüksək səviyyədə təşkili üzrə digər işlərin sürətlə həyata keçirilməsi göstərdi ki, AMF rəhbərliyi hazırlıq işlərini göstərilən vaxtda yüksək səviyyədə başa çatdırmaqla misli görünməmiş bir uğura imza atmaqdadır.

"Bakı-2025"də görüşənədək...


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə 

01:26
18 Mart

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 245-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 4 avqust tarixli 466 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:25
18 Mart

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Notariat haqqında” və “İcra haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 21 iyun tarixli 216-VIIQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 iyul tarixli 653 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Mart

Gürcüstanda matəm elan edilib

01:11
18 Mart

Çempionlar Liqasında ilk 1/4 finalçı “Sporting” olub

01:10
18 Mart

Zelenski: Ukrayna 200-dən artıq hərbçi mütəxəssisi Yaxın Şərqdə göndərib  

01:09
18 Mart

Gürcüstanın Katolikos-Patriarxı II İliya vəfat edib  

23:30
17 Mart

Ceyhun Bayramov Naxçıvana dron hücumlarının İran tərəfindən araşdırılmasının vacibliyini vurğulayıb  

23:29
17 Mart

Xankəndidə Torpaq çərşənbəsi: Zəfər meydanında bayram tonqalı alovlanıb  

22:57
17 Mart

Buxara karvansarasının əsaslı bərpa və konservasiya işlərindən sonra açılışı olub  

22:51
17 Mart

Xocalıda torpaq çərşənbəsi münasibətilə bayram tonqalları yandırılıb  

22:50
17 Mart

Şuşada İlaxır çərşənbə: Qala qapısı qarşısında bayram tonqalı qalanıb  

21:23
17 Mart

Milli Xalça Muzeyində Nigar Əliyevanın sərgisi açılıb  

20:51
17 Mart

Tramp NATO-dan çıxmaq barədə: Bu düşünməli olduğumuz bir məsələdir  

20:43
17 Mart

Xocavənd şəhərində 34 ildən sonra Novruz bayramının rəmzi olan tonqal alovlandırılıb  

20:19
17 Mart

Ağdam şəhərində Novruza həsr olunmuş bayram konserti

20:03
17 Mart

Tramp: Bizim heç kimin köməyinə ehtiyacımız yoxdur

19:47
17 Mart

Nazir: Özünüməşğulluq proqramına 110 mindən çox şəxs cəlb olunub

19:01
17 Mart

Milli Məclis Aparatının rəhbəri: Parlamentlə məhkəmə orqanları arasında sıx əməkdaşlıq qurulub

18:21
17 Mart

İranla müharibəyə görə ABŞ-də ilk istefa

18:17
17 Mart

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin aprel ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

18:05
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!