27 Noyabr 2026 16:07
137
DÜNYA
A- A+
Yeni Zelandiyada hakim koalisiyaya hökumət qurmaq üçün bir yer çatmadı  

Yeni Zelandiyada hakim koalisiyaya hökumət qurmaq üçün bir yer çatmadı  


Yeni Zelandiyada keçirilən parlament seçkilərinin rəsmi nəticələri açıqlanıb.

“BBC”nin məlumatına görə, nəticələrə əsasən hakim koalisiya parlamentdə çoxluq qazanmaq üçün lazım olan saydan bir yer geri qalıb. Hakimiyyətdə qalmaq üçün onlara mərkəzçi “İmkan” Partiyasının dəstəyi lazımdır. Tərəflər razılığa gələ bilməsələr, ölkədə yenidən seçki keçirilə bilər.

Baş nazir Kristofer Laksonun rəhbərlik etdiyi hakim Milli Partiya 130 yerlik parlamentdə 40 yer qazanıb. Onun müttəfiqləri olan “ACT” 13, “Yeni Zelandiya Birinci” partiyası isə 12 yer əldə edib. Noyabrın 7-də keçirilən seçkilərin ilkin nəticələri hakim blokun üstünlüyünü göstərirdi. Lakin xaricdə verilən səslər hesablandıqdan sonra koalisiya iki yer itirib. Müxalifətdəki Leyboristlər Partiyası 36, Yaşıllar 17, yerli maori xalqını təmsil edən partiya isə 5 yer qazanıb. Yeddi yer qazanan “İmkan” Partiyası bu qrupa qoşulsa belə, onların səsi hökumət qurmağa çatmayacaq.

Baş nazir Kristofer Lakson danışıqların çətin olacağını və vaxt aparacağını deyib. O bildirib ki, tez dağılacaq bir razılaşmaya tələsməyəcəklər və xalqı yenidən seçkiyə göndərmək istəmirlər. “İmkan” Partiyasının rəhbəri Qiulae Vonq isə Milli Partiya ilə danışacaqlarını, lakin bütün yolların açıq olduğunu vurğulayıb.

Bu seçkilər ölkədəki iqtisadi çətinliklər, bahalaşma və işsizlik səbəbindən keçib. Sorğulara görə, əhalinin yarısından çoxu artıq öz ölkəsini gələcək üçün əlverişli yer hesab etmir. Buna görə də keçmiş Baş nazir Casinda Ardern də daxil olmaqla çox sayda vətəndaş iş və daha yaxşı həyat üçün Avstraliyaya köçür.

Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan təmsilçisi Moskvada beynəlxalq atçılıq turnirinin qalibi olub

16:28
27 Noyabr

Sosial rifaha daha böyük dəstək

16:27
27 Noyabr

2027-ci ilin dövlət büdcəsi

16:20
27 Noyabr

Naxçıvanda gələcəyin peşə  xəritəsi cızılır

16:16
27 Noyabr

Slovakiyanın Baş prokuroru "ASAN xidmət"də

16:11
27 Noyabr

Cəlilabadda aqrar inkişafın yeni hədəfləri

16:10
27 Noyabr

Nazir Anar Əliyev Naxçıvanda vətəndaşları dinləyib və təsərrüfatlarla tanış olub

16:09
27 Noyabr

Yeni Zelandiyada hakim koalisiyaya hökumət qurmaq üçün bir yer çatmadı  

16:07
27 Noyabr

Azərbaycan-Litva iqtisadi əməkdaşlığında yeni imkanlar: biznes körpüləri möhkəmlənir  

16:05
27 Noyabr

Gəncədə “Heydər Əliyev məktəbi” layihəsinin dördüncü mərhələsinin açılış mərasimi keçirilib

15:29
27 Noyabr

Belarus-Ukrayna sərhədində yeni humanitar missiyaya başlanılıb  

15:24
27 Noyabr

Xocalı və Ağdərə rayonlarına növbəti köç: Daha 49 ailə doğma yurda qovuşub – YENİLƏNİB  

15:13
27 Noyabr

Yağış yağacaq, şimşək çaxacaq, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

15:09
27 Noyabr

Nazir: “ExpoSport Azerbaijan 2026” sərgisinin keçirilməsində əsas məqsəd idmanımızın təbliğidir  

15:01
27 Noyabr

Lənkəranda şəhid məzarı ziyarət edilib  

14:13
27 Noyabr

Yardımlı Rayon İcra Hakimiyyətində qazilərlə görüş keçirilib  

14:01
27 Noyabr

Azərbaycan və Estoniya arasında siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib  

13:46
27 Noyabr

Ceyhun Bayramov: Azərbaycana da ATƏT-ə sədrliklə bağlı təkliflə müraciət olunub 

13:31
27 Noyabr

Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olunub

13:27
27 Noyabr

Estoniyalı nazir: Azərbaycandan öyrənəcəyimiz çox şey var 

13:19
27 Noyabr

Cəlilabadda mülki müdafiə sahəsində görülən işlərin yekunları müzakirə olunub  

13:08
27 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!