12 Fevral 2025 08:00
2432
SİYASƏT
A- A+
Yeni dövrün əsas hədəfləri

Yeni dövrün əsas hədəfləri


İlham Əliyevin müəyyənləşdirdiyi prioritetlər ölkəmizin davamlı yüksəlişinin yol xəritəsidir


2003-cü ildən Ulu Öndər Heydər Əliyev yolunun uğurlu davamı ilə 2020-ci ildə tarixi Zəfərinə, 2023-cü ildə suverenliyinin tam bərpasına nail olan Azərbaycan indi daha böyük hədəflərə doğru inamla addımlayır. 

Hazırda adı dünya miqyasında güclü ölkələr sırasında çəkilən Azərbaycanın nüfuzu getdikcə daha da yüksəlməkdədir. Bunun da yeganə səbəbi ölkənin liderinin tam müstəqil siyasət yürütməsi, sözünə sadiq lider olmasıdır. 

Azərbaycan həm beynəlxalq aləmdə, həm regionda, həm də daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə sayılır, özünəməxsus inkişaf modelləri ilə tanınır. Bunu hər ötən ilin sosial-iqtisadi göstəricilərinə baxdıqda da aydın görmək olur, Azərbaycan öz inkişaf yolu ilə daha qüdrətli dövlət olmaq istiqamətində inamla addımlayır. 

İlin əvvəlində yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev 2024-cü ilin sosial-iqtisadi yekunlarını dəyərləndirərkən bir daha vurğulamışdı ki, keçən il iqtisadi inkişaf baxımından yenə də uğurlu il olub. Azərbaycanın iqtisadiyyatı inkişaf edib. Ümumi daxili məhsul 4 faizdən çox, qeyri-neft sektoru 6 faizdən çox artıb. 

Artıq uzun illərdir ki, dövlətin iqtisadi inkişafla bağlı əsas hədəflərindən biri sənaye istehsalının artırılmasıdır. Bu gün qeyri-neft sənaye sektorunda baş verən artım da təsdiq edir ki, qarşıya qoyulan hədəfə nail olunmaqdadır. Bu sahədəki 7 faizdən çox artım bunu deməyə əsas verir. Prezident də vurğulayıb ki, əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da, tənəzzülə nəzər salsaq, Azərbaycan iqtisadiyyatının uğurla inkişaf etdiyini görə bilərik. Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır. 

Dövlət başçısının söylədiyi kimi, bu göstəricilər, sadəcə olaraq, keçən ilin məhsulu deyil. Bu, uzun illər aparılan iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması istiqamətində atılan addımların bəhrəsidir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan  iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilib. 

İl ərzində valyuta ehtiyatlarımız təqribən 5 milyard dollardan çox artıb və bu gün bu rəqəm 72 milyard dollara bərabərdir. Əhalisi 10 milyon olan ölkə üçün bu, çox böyük göstəricidir. Çünki hər şey müqayisədə ölçülür. Dünya ölkələrinin valyuta ehtiyatlarının hesablanması, əlbəttə ki, adambaşına düşən ehtiyatlara söykənməlidir və bu göstəriciyə görə Azərbaycan dünyada aparıcı ölkələrin sırasındadır.

Dövlət başçısı onu da vurğulayıb ki, hər bir ölkənin iqtisadi potensialını əks etdirən amillərdən biri də büdcə parametrləridir. 2025-ci ilin büdcəsi isə rekord səviyyədədir. Büdcə xərcləri 41 milyard manatdan çoxdur. İcmal büdcə isə 48 milyard manatı ötüb. Yəni Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb. Bütün bu amilləri sadalayaraq bir daha göstərmək olar ki, Azərbaycan yalnız daxili resurslar hesabına, şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət nəticəsində bu uğurlara nail olub.

Bütün bu iqtisadi artımlar isə dövlətə imkan verir ki, sosial layihələrin icrasını uğurla reallaşdırsın. Artıq ölkəmizdə bu istiqamətdə bir çox sosial paketlər icra edilib. Son bir neçə il ərzində dörd sosial paket həyata keçirilib və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərclənib. Məhz bu proqramlar sayəsində bu il yanvarın 1-dən minimum əməkhaqqı 55 manat artaraq 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və 320 manat olub. Orta hesabla artım 14-15 faizdir. 

Prezident qətiyyətlə vurğulayıb ki, bundan sonra da sosial və iqtisadi inkişaf yanbayan gedəcək. İqtisadi imkanlar artdıqca dövlət sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə daim diqqət göstərəcək.

Ötən il fevralın 14-də İlham Əliyev Milli Məclisdə keçirilən andiçmə mərasimində son 20 ilə bir daha nəzər yetirərək qarşıdakı hədəfləri müəyyənləşdirmişdi. Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi Azərbaycanın onun rəhbərliyi ilə keçdiyi uğurlu yola nəzər salınmaqla, qarşıda duran yeni dövrlə bağlı istiqamətlərlə zəngin oldu. 

Ötən il fevralın 7-də keçirilən seçkilər, sadəcə, prezident seçkiləri deyildi, xalqın müzəffər Liderinə təşəkkür günü idi. Prezident İlham Əliyev də andiçmə mərasimində öz növbəsində xalqa ona etimad göstərdiyi, onu dəstəklədiyi üçün təşəkkürünü bildirdi. Dövlətimizin başçısı dövlət-ordu-xalq birliyinin bizi qələbələrə, yeni zirvələrə apardığını bir daha vurğuladı.

Dövlətimizin başçısı ötən 20 ildə xalqını vahid amal - torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizəyə səfərbər edə bildi. Prezident yeni dövrün başlanğıcında bu məqsədə nail olduğumuzu, artıq qarşıya yeni hədəflərin qoyulduğunu bəyan etdi.

Qarşıda duran yeni vəzifələri müəyyənləşdirən dövlət başçımız dedi ki, ilk vəzifə Silahlı Qüvvələrimizin gücünə güc qatmaqdır. Düzdür, İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atılıb və bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür. Təkcə 2023-cü ilin sentyabr ayında cəmi bir neçə saat davam edən antiterror tədbirləri bunun bariz nümunəsidir. Bu gün həmçinin Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı mühüm addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış "Komando" silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir. 2025-ci ilin dövlət büdcəsində bu gün də ən böyük xərclərin hərbi xərclərin təşkil etməsi bunu təsdiqləyir. Müzəffər Ali Baş Komandanımız bu gün elə bir ordu yaradıb ki, özünün də söylədiyi kimi, kimsə bizə sataşa və gələcəkdə də belə bir fikirdə ola bilməz. Ermənistanın nə qədər havadarları olsa da, hansısa qüvvə Azərbaycanı dayandıra bilməz. Çünki Azərbaycanın siyasəti beynəlxalq hüquqa əsaslanır.

Qarşıda duran vəzifələrdən biri sərhədlərimizin daha da güclü qorunmasıdır. Bunu qarşıya önəmli vəzifə kimi qoyan dövlət başçısı vurğuladı ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan-İran sərhədinə qayıtdığımız, həm də Azərbaycan-Ermənistan şərti sərhədində yerləşdiyimiz üçün sərhəd infrastrukturunun qurulması xüsusi əhəmiyyət daşıyır. 

Sərhədlərimizin möhkəmliyi, eyni zamanda bizi xarici risklərdən qoruyur. Çünki ölkə daxilində risklər yoxdur. Bütün mümkün olan potensial risklər ölkəmizin hüdudlarından kənarda yerləşir və formalaşır. 

Məhz bu səbəbdən də Prezident təhlükəsizlik tədbirlərinin bundan sonra da görülməsini vacib vəzifə kimi qarşıya qoyub. Çünki təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sərhədlərimizin möhkəmləndirilməsi nəticəsində həm fiziki, həm də ideoloji risklərdən özümüzü qoruyuruq.

Qarşıda duran əsas vəzifələrdən biri də Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərinin davam etdirilməsidir. Prezidentin birbaşa iştirakı və rəhbərliyi ilə ötən il işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işləri aparılıb və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində işlər sürətlə davam etdirilib. 

Qarabağ və Şərqi Zəngəzurun bərpasını dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirən İlham Əliyev bu ərazilərə səfərlər zamanı bir çox ictimati-iaşə, müəssisə və digər sosial-iqtisadi obyektlərin açılışlarını edib, yenilərinin təməlini qoyub. 

Artıq 4 ildən çoxdur ki, Qarabağ və Şərqi Zəngəzurda misli görünməyən genişmiqyaslı tikinti-quruculuq işlərinin hamısını Azərbaycan ancaq öz iqtisadi qüdrəti hesabına həyata keçirir. Bu ərazilərdə bütün işlərin görülməsi üçün dövlət büdcəsindən vəsait ayrılır. 2025-ci ildə işğaldan azad edilmiş torpaqlarda aparılacaq geniş bərpa-quruculuq işlərinə 4 milyard manat məbləğində vəsait ayrılıb. Qeyd edək ki, 2020-ci ildən başlayaraq 2024-cü il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq məqsədləri üçün 17,5 milyard manata yaxın vəsait ayrılıb.

Möhtəşəm uğurları şərtləndirən iqtisadi imkanlarımız Qarabağ və Şərqi Zəngəzuru heç kimdən yardım almadan yenidən bərpa etməyə zəmin yaradıb. Azərbaycanın iqtisadiyyatının düzgün əsaslar üzərində qurulması hər bir çətinliyin, problemlərin aradan qaldırılmasına imkan verir. 

Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır. 

Yola saldığımız 2024-cü ilin uğurlu göstəricilərinə əsasən deyə bilərik ki, 2025-ci  il də xalqımız və ölkəmiz üçün sürətli inkişaf və yüksəliş ili olacaq.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib  

22:01
14 Mart

Azərbaycan güləşçisi Avropa ikincisi olub

21:49
14 Mart

Misli Premyer Liqası: “Sabah”dan darmadağın, “Qarabağ”dan inamlı qələbə

21:19
14 Mart

Mədəniyyət naziri Hacıqabul rayonunda vətəndaşların müraciətini dinləyib  

20:47
14 Mart

BMT Baş katibi İsrail və Hizbullahı müharibəni dayandırmağa çağırıb  

20:18
14 Mart

BƏƏ-nin İraqdakı Baş Konsulluğu bir həftə ərzində ikinci dəfə vurulub  

19:39
14 Mart

Tramp: Tezliklə Hörmüz boğazını açıq, təhlükəsiz və azad edəcəyik

19:01
14 Mart

Bugünkü iməcilikdə Bakının 537 küçəsi yuyulub

18:52
14 Mart

“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb 

18:50
14 Mart

Vircil Popesku: Rumıniya Azərbaycan kimi etibarlı tərəfdaşla əməkdaşlığı gücləndirməlidir  

18:25
14 Mart

Peşəkar Çövkən Liqasında yeni mövsümə başlanılıb

18:24
14 Mart

WUF13-ün tematik prioritetləri, regional əhəmiyyəti və iştirak imkanları barədə məlumat təqdim olunub  

18:21
14 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

18:11
14 Mart

Azərbaycan Su İdmanı Növləri Federasiyasına yeni sədr seçilib

16:39
14 Mart

“YouTube”un bu funksiyası geri qayıdıb

16:20
14 Mart

Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək  

16:18
14 Mart

Mərkəzi Komandanlıq: ABŞ İranın Xark adasında 90-dan çox hərbi hədəfə uğurla zərbə endirib  

16:03
14 Mart

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana təxliyə olunub

15:41
14 Mart

Komandanlıq: Bəhreyn indiyədək İrana məxsus 124 raketi və 203 PUA-nı zərərsizləşdirib  

15:31
14 Mart

Pakistanın İrandakı səfirliyinin əməkdaşı Astara sərhədindən təxliyə olunub VİDEO  

15:12
14 Mart

Azərbaycan sülhə, təhlükəsizliyə və əməkdaşlığa mühüm töhfələr verir

15:04
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!