12 Mart 2024 08:40
1379
Mədəniyyət
A- A+
Yel çərşənbəsi - dörd ilahi başlanğıcdan üçüncüsü

Yel çərşənbəsi - dörd ilahi başlanğıcdan üçüncüsü

 

Xalqımızın milli bayramları onun ənənəvi mədəniyyətinin elementlərindən hesab olunur. İnsanların inancını əks etdirən bayramlar, el şənlikləri canlı tarix nümunələridir. Xalqımızın qədim inancının daşıyıcısı olan Novruz bayramı da daim yüksək hörmətlə qeyd edilir. Novruz inanclarının əsasında insana, təbiətə həyat verən dörd ünsür - Su, Od, Yel və Torpaq durur. Buna görə də Novruz bayramına hazırlığa təzə ilin gəlməsinə dörd həftə qalmış başlanılır. Əski inamlara görə bu çərşənbələrin hər birində təbiətin dörd ünsüründən biri dirilmişdir. 
İlin Novruzdan əvvəlki dörd axır çərşənbəsi müqəddəs sayılır. Novruz adətləri bu gün də ilkin  mühafizəkarlığını qoruyub saxlamışdır. Novruz çərşənbələrinin hərəsinin özünəməxsus mərasimləri var. Mərasimlərdə xalqımızın dünya və  kainat  haqqında ilkin təsəvvürləri öz əksini tapmışdır. Bu mərasimlərin həyata keçirilməsi Novruzun əsas ünsürü olan  Su çərşənbəsi ilə başlayır. 
Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Xalq arasında o, "Əvvəl çərşənbə", "Əzəli çərşənbə", "Gözəl çərşənbə", "Sular Novruzu", "Gül çərşənbə", "Sel çərşənbə", "Zəmzəm çərşənbə", "Çillibeçə çərşənbə" kimi də tanınır. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur. Su sağlamlıq, paklıq, tale göstərmə, övladvermə, müqəddəslik, dirilik, ölməzlik, xoşbəxtlik gətirən bir inam rəmzi kimi çıxış edir. 
Od çərşənbəsi Boz ayın çərşənbələrindən biridir. Od ünsürünü, adətən, təbiətin, eləcə də, insanın yaradılış prosesinin ikinci mərhələsi kimi götürürlər. Məhz buna görə də ikinci çərşənbə od ilə bağlanır. 
Bu çərşənbə "Üskü/Üsgü çərşənbə", "Üskü gecəsi", "Adlı çərşənbə", "Ocaq çərşənbəsi", "Atəş çərşənbə", "Xıs çərşənbə", "Xızır çərşənbə" adları ilə də tanınır. Od işıq, güc, qüvvət, nurlu sabahdır. Od insana sağlamlıq, paklıq və gözəllik gətirir. Od günəş və ucalıq rəmzidir. Qədim zamanlardan bəri od türkün ağlında, düşüncəsində müqəddəsliyin, günəşin rəmzi olmuşdur.
Yel ünsürü ilə bağlanan çərşənbə xalq arasında "Yel çərşənbə", "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" və "Yelli çərşənbə" kimi tanınır. Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. 
"Yel" şifahi xalq ədəbiyyatımızdan müasir ədəbiyyatımıza kimi əksər nümunələrdə öz əksini tapmışdır. Xalq bədii nümunələrində və inanclarda müxtəlif mənalarda işlənən "yel",  kainatın yaradılmasında əsas yer tutan dörd ünsürdən biridir. Mövsüm nəğmələri içərisində də yel haqqında bədii nümunələrə rast gəlinir:

A yel baba, yel baba,
Qurban sənə, gəl, baba.
Taxılımız yerdə qaldı,
Yaxamız əldə qaldı.
A yel baba, yel baba,
Qurban sənə gəl baba.

Təsəvvüf ədəbiyyatında külək Səba kimi ifadə olunur. Səba ruhani aləmdən əsən külək, Allahdan kamil insanların qəlbinə dolan ruhani nəfəsdir ki, bəşərin öz əslinə qovuşmasına vasitəçi olur.
 Quranda isə yelin Allah tərəfindən göndərildiyi qeyd edilir. Quranda küləklər müjdəçi adlandırılır. "Nəml" surəsinin 63-cü ayəsində oxuyuruq: "Qurunun və dənizin qaranlıqlarında sizə doğru yol göstərən, küləkləri öz mərhəməti önündə müjdəçi kimi göndərən kimdir? Məgər Allahla yanaşı başqa bir tanrımı var?! Allah Ona şərik qoşduqlarından ucadır!"

 

Ağ yel, qara yel, xəzri, gilavar...

 

Əski inamlarda Yel Tanrı kimi qəbul edilir, yaxud hər hansı bir missiyanı yerinə yetirmək üçün  dünyanı idarə edən qüvvə tərəfindən göndərilən bir qüvvə kimi göstərilir. O kömək edici, cəzalandırıcı funksiyaya sahibdir. Əski etiqadlardan qaynaqlanan materiallarda  "qara nəhr"də yatmış dörd cür külək - Ağ yel, qara yel, xəzri, gilavar yer üzünə çıxır. Hərəsinin də öz donu olur. Bu donların rəngləri də mifik dünyagörüşündən qaynaqlanır.  Ağ yel - ağ libasda, qara yel - qara libasda,  xəzri - göy libasda, gilavar qırmızı libasda təsvir edilir. 
Azərbaycan mifik təfəkküründə yel yol göstərən, bələdçi funksiyasını yerinə yetirir. Yel baba yolunu azan insanların qarşısına çıxır, onlara yolu tapmaqda köməkçi olur. O, azanlara yumaq ip verərək bu vasitə ilə onları düz yola çıxarır.

İp yumağın səridi,
Təri zəhmət təridi,
Havaya isti gəldi,
Suyun buzu əridi.

Yel bir varlıq kimi götürülür, ilahi qüvvənin iradəsinin ifadəsi kimi çıxış edir, bu səbəbdən də Yel babanın şərəfinə xüsusi mərasimlər, ayinlər keçirilir. Bu mərasim dörd ilahi başlanğıcdan üçüncüsü olan Yel çərşənbəsində icra olunur. Yellə bağlı nəğmələr, bayatılar söylənilər.  Yel baba köməyə çağırılar.
Əcdadlarımız inanmışlar ki, Yel baba xırmana gəlməmişdən qabaq oradan taxıl bitkiləri götürməzlər. Belə inanc var ki, sovrulandan sonra ilk buğda götürənin oğlu olar. Buna əsaslanaraq deyə bilərik ki, əski inanclarda Yel baba rabitə yaradan vasitə hesab edilirdi. Ən maraqlı rituallardan  biri isə qızların küləyə "ərə getmə" mərasimidir. Taxıl döyümü vaxtı boğanaq qalxarsa, qızlar deyir: "Boğanaq gəlmə, sənə gedəcəyəm". 
Yel çərşənbəsi günü, digər çərşənbələrdə olduğu kimi, tonqallar qalanır, süfrələr bəzənir. Evlərdə plov, əsasən də, südlü plov, bulğur aşı bişirilir. Süfrəyə dənli bitkilərdən hazırlanmış çərəzlərdən, quru meyvələrdən və şirniyyatlardan ibarət xonçalar qoyulur. Evlərdə təmizlik işlərinə başlanır, səməni cücərdilir, bəzi evlərdə isə azca boy atmış səməninin belinə qırmızı qurşaq bağlanır.  Bu ərəfədən başlayaraq bayram üçün yeni geyimlər alınır. Yel çərşənbəsində xüsusi ayinlər də icra olunur; Yel çərşənbəsində söyüd ağacının altından keçərlər ki, niyyətin qəbul olsun. Yel çərşənbəsində Yel dağına ziyarətə gedərlər.

 

Bu gecə Xızır Nəbi sevgililərə buta verir

 

Xalq arasında yellə bağlı inanclar üstünlük təşkil edir. Bəzi bölgələrdə külək bərk əsərkən evin ilk övladı  sonbeşik uşaqla  canamazı (namaz qılınan parça) əncir ağacına bağlayaraq söyləyir: 
Mən anamın ilkiyəm,
Ağzı qara tülküyəm,
Xəzri yat, gilavar yat...
Külək, sürmə at, 
Gəl, ələkdə, yat!

Bu şeir parçası bəzi bölgələrdə son misraları dəyişməklə dolunun dayandırılması üçün də oxunur. Yel çərşənbəsində isə yel əsmədikdə "Külək çağırdı" mərasimini icra edirlər.
Ulularımızın inancına görə, Yel çərşənbəsində vədə küləkləri Xızır Nəbinin əmri ilə məhəbbət qanadına çevrilərək ürəkdən-ürəyə əsərək sevgini aləmə yayır. Məhz bu səbəbdən də, oğlanlar bu çərşənbədə qız seçməyə çıxarlarmış. İnama görə, bu gecə Xızır Nəbi sevgililərə "Abi-kövsər" suyu içirib buta verir. "Ağ yelə tuş olasan səni", "Üstündən ağ yellər əssin" kimi alqışlarımızın da bu inancdan doğduğunu desək, yanılmarıq. Hətta inanca görə, Yel çərşənbəsində ata-ananın xeyir-duası olmadan qaçırılan  qıza  xeyir-duanı  əli butalı Xızır Nəbi verir. Bu çərşənbədə qəfəsdəki quşların satın alınıb "Azat-bezat, məni cənnətdə gözət"  deyərək havaya buraxılması da inanclarımızdandır. Bəzi hekayələrimizdə bu motiv öz yerini tutur. Xahiş, arzu yazılan çərpələnglərin göyə buraxılması bu çərşənbənin  ayinlərindəndir. Xızır Nəbi ilə təmasda olmaq üçün icra olunan "Yelləncəkdə yellənmə" mərasimi də bu çərşənbənin rituallarındandır.
 Yellə bağlı atalar sözləri də çoxluq təşkil edir:  "Yelə verdiyin düşmənə qismət olar". "Yelə qoşulan çox uzağa getməz". "Yel aparan yelinki, yerdə qalan mənimki". "Yelin işi elnən deyil, külnəndi". "Küləklə yatanın cin atı olar". "Yelin zarafatı qovmaqla başlanır". 

Səhər ORUCOVA,
filologiya elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rumıniyada hökumət böhranı

18:47
06 May

“Samsung”dan tarixi rekord

18:39
06 May

“Apple”dan iPhone istifadəçilərinə 250 milyon dollarlıq təzminat

18:30
06 May

Papa XIV Leo tənqidlərə sülh çağırışı ilə cavab verdi

18:23
06 May

Süni intellektdə uşaqların təhlükəsizliyi ilə bağlı yeni reytinqlər hazırlanır

18:13
06 May

ABŞ-nin Aİ avtomobillərinə tarif artımı dünya bazarına təsir edəcək

18:08
06 May

Aİ ilə ticarət razılaşması Böyük Britaniyada qlifosat istifadəsini məhdudlaşdıra bilər

17:59
06 May

Cəbəllütariqdə çirkab sularının dənizə axıdılması problemi davam edir

17:51
06 May

Nissan Avropada ixtisarlara başlayır

17:43
06 May

Hörmüzdə gərginlik davam edir

17:31
06 May

Azərbaycanda elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb – STATİSTİKA

17:30
06 May

Su qıtlığı və yeni çağırışlar: kənd təsərrüfatında prioritetlər açıqlandı

17:27
06 May

Aqrar sektora kreditlər 2,1 milyard manata çatıb

17:26
06 May

Süni kürünün “təbii kürü” adı ilə satılması istehlakçıların aldadılmasıdır – XƏBƏRDARLIQ

16:56
06 May

Aprel və may ayları günəş enerjisi üçün ən əlverişli dövrdür

16:49
06 May

Bakıda keçiriləcək nüfuzlu idman tədbirinin yeni tarixləri müəyyənləşib  

16:43
06 May

Bakıda 5-ci Aqrobiznesin İnkişafı Forumu keçirilib - YENİLƏNİB

16:42
06 May

Azərbaycan ilə Türkiyə arasında görüşlər iqtisadi tərəfdaşlığın dərinləşdirilməsinə mühüm töhfə verir

16:36
06 May

Tramp: İran razılaşmasa, bombardman başlayacaq

16:33
06 May

Təhsil İnstitutuna akkreditasiya haqqında şəhadətnamə təqdim edilib  

16:32
06 May

III Respublika Hüquq Olimpiadasına start verilib

16:29
06 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!