02 Avqust 2024 09:00
2247
İQTİSADİYYAT
A- A+
"Yaşıl enerji" zonaları: Naxçıvan 

"Yaşıl enerji" zonaları: Naxçıvan 

 

Muxtar respublikada 1500 MVt gücündə bərpaolunan enerji layihələrinin reallaşdırılmasına imkan var


Prezident İlham Əliyev Qarabağı, Şərqi Zəngəzuru və Naxçıvanı "yaşıl enerji" zonaları elan edib. Konkret olaraq Naxçıvanın bu sahədəki imkanlarını qeyd etməli olsaq, deməliyik ki, muxtar respublikada həm günəş və külək, həm də su-elektrik stansiyalarının inşası üçün böyük potensial var.


Əvvəla, elə indinin özündə də Naxçıvan MR-də istehsal olunan elektrik enerjisinin xeyli hissəsi alternativ və bərpaolunan enerji mənbələrindən yaranır. Məsələn, muxtar respublikanın Dövlət Energetika Xidmətinin məlumatına görə, cari ilin iyun ayında istehsal olunan ümumi elektrik enerjisinin 70,4 faizi alternativ və bərpaolunan enerji mənbələrinin payına düşüb. Bu göstərici may ayında 92,5 faiz olub. Su-elektrik stansiyaları daxil olmaqla, bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının generasiya gücü isə 107,8 MVt-dır. Bu, ümumi gücün təxminən 44,04 faizini təşkil edir. İstehsal olunan elektrik enerjisi İstilik Elektrik Stansiyalarında (İES) 13 milyon 677 min kilovat-saat, Su-Elektrik Stansiyalarında (SES) 26 milyon 227 min 797 kilovat-saat, digər alternativ və bərpaolunan mənbələr üzrə isə 6 milyon 289 min 209 kilovat-saat olub. Bu ilin altı ayı ərzində şinə buraxılan elektrik enerjisi 221 milyon 597 min 860 kilovat-saat olmaqla, keçən ilin müvafiq dövrü ilə müqayisədə 23,41 faiz artıb. 
Naxçıvan MR-in özünün "yaşıl enerji" mənbələri potensialı ilə enerjinin bu növünün ixracatçısına çevrilməsi də hədəflənib. Bu istiqamətdə Azərbaycan-Türkiyə Enerji Forumu möhkəm platforma təşkil edir. 
İlk dəfə 2021-ci ildə Bakıda təşkil olunan Azərbaycan-Türkiyə Enerji Forumu iki qardaş ölkə arasında enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün nəzərdə tutulmuşdu. Əsasən "yaşıl enerji" konsepsiyası çərçivəsində formalaşdırılan bu platforma enerji sahəsində əməkdaşlığın müttəfiqlik səviyyəsinə yüksəldilməsini hədəfləyir. 2022-ci ildə Türkiyədə keçirilən ikinci foruma növbəti dəfə Naxçıvan evsahibliyi etdi. 
2023-cü ilin sentyabr ayında keçirilən Azərbaycan-Türkiyə III Enerji Forumunda vurğulandı ki, külək və günəş enerjisi üzrə 1500 MVt-lıq istehsal güclərinin yaradılması və onun ən azı 1000 MVt-nın ixrac edilməsi planları çərçivəsində beynəlxalq enerji şirkətləri ilə əməkdaşlıq Naxçıvanı "yaşıl enerji"nin istehsalçısı, ixracatçısı mənbəyinə və tranzit məkanına çevirəcək. Bu xüsusda "yaşıl enerji" layihələrinin reallaşdırılması ilə bağlı planlar diqqətə çatdırıldı. Yekunda isə "Azərbaycan-Türkiyə III Enerji Forumunun Protokolu", həmçinin "Naxçıvan üzərindən "Türkiyə-Azərbaycan Qarşılıqlı Əlaqə" layihəsinin icrası ilə əlaqədar 2023-2025-ci illərdə "TEİAŞ" və "Azərenerji" ASC-nin birgə həyata keçirəcəyi Yol Xəritəsi", bir sıra digər sənədlər imzalandı.
Qeyd edək ki, keçənilki və builki Bakı Enerji Həftəsində də Naxçıvan "yaşıl enerji" zonası kimi diqqətdə oldu. 2023-cü ildə Naxçıvanda Bakı Enerji Həftəsinin xüsusi sessiyası da keçirildi. Həmin tədbirdə də muxtar respublikada 1500 MVt gücündə "yaşıl enerji" layihələrinin reallaşdırılacağı bildirildi. Sessiyanın gedişində Azərbaycanın Energetika Nazirliyi və "Total Energies" şirkəti arasında "250 MVt gücündə quruda külək, Naxçıvan Muxtar Respublikasında 250 MVt gücündə günəş-elektrik stansiyaları, habelə enerji saxlanc sistemləri layihələrinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu", eyni zamanda adıçəkilən nazirliklə "Nobel Energy Manage-ment" MMC arasında "Naxçıvan Muxtar Respublikasında 400 MVt gücündə günəş-elektrik stansiyasının tikintisi və istehsal ediləcək elektrik enerjisinin Türkiyə Respublikasına ixracı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalandı. Naxçıvanın "yaşıl enerji" potensialının müzakirə olunduğu həmin sessiyada bir sıra ölkələrin nümayəndələri də iştirak edirdi ki, bu da sözügedən istiqamətdə yeni addımların atılmasına zəmin yaradır. 
Bu il iyunun əvvəlində keçirilən Bakı Enerji Həftəsində də həmin mövzuya geniş toxunuldu. Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar tədbirin açılış mərasimindəki çıxışında dedi: "Biz Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə sıx əməkdaşlıq edirik. Məqsədimiz burada - Naxçıvan ilə Türkiyə arasında qarşılıqlı enerji bağlantısı imkanlarını artırmaqdır. Bu investisiyaların yekunlaşdırılması ilə daha çox yeni "yaşıl enerji"ni təmin edə və bunları Türkiyə bazarına nəql edə bilərik. Çıxışımı yekunlaşdırmazdan əvvəl bildirmək istəyirəm ki, Türkiyə bu istiqamətdə enerji layihələrinin regionda əsas vasitəçisi kimi çıxış edir. Belə ki, Türkiyə Şərq ilə Qərb arasında unikal mövqedə yerləşir. Düşünürəm ki, regional əməkdaşlığı daha da təşviq etməklə, enerji təhlükəsizliyini prioritet kimi görməklə biz dayanıqlı və dinamik enerji landşaftı qura bilərik ki, bu da gələcək nəsillərə xidmət edə bilər".
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Kamran Hüseynov Bakı Enerji Həftəsinin Forum hissəsindəki çıxışında bildirdi ki, Naxçıvandan, əsasən yeni günəş-elektrik stansiyalarından (GES) Türkiyəyə və sonra da ola bilsin ki, Avropaya elektrik enerjisi ixrac etmək planlaşdırılır. Energetika Nazirliyi Naxçıvan MR-də bərpaolunan enerji mənbələrinin yaradılmasına xarici şirkətləri cəlb edir. Xüsusən "TotalEnergies" və "Nobel Energy" şirkətləri Naxçıvanda ümumi gücü 650 MVt olan GES, "Masdar" 150 MVt gücündə GES, "Notus" şirkəti Naxçıvanın şimal-qərbində 70 MVt gücündə GES layihələrini elan ediblər. 
Bütün bunlar hələ başlanğıcdır. Digər layihələr də öyrənilir və bu da öz növbəsində inam yaradır ki, "yaşıl enerji" hədəflərimizə tez və uğurla çatacağıq. 

Flora SADIQLI,
"Azərbaycan" 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bərdədə baytar həkim və aqronomlar üçün maarifləndirici seminar keçirilib

17:34
13 May

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:28
13 May

Mərkəzi Bankın nümayəndə heyəti Özbəkistan Mərkəzi Bankında olub

17:08
13 May

WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub  

17:03
13 May

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:01
13 May

Azərbaycanın Bolqarıstanda yeni təyin olunmuş səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

16:53
13 May

Hörmüzün yaratdığı problemlər artmaqdadır

16:48
13 May

Trampın təyyarəsi Çinə eniş edib

16:41
13 May

“EFES-2026” çoxmillətli təlimində snayperlər qarşıya qoyulan vəzifələri yerinə yetiriblər VİDEO

16:39
13 May

Əziz Ələkbərli: Azərbaycan xalqının min illər boyu yaratdığı tarixi abidələrə qarşı genişmiqyaslı vandalizm siyasəti həyata keçirilib  

16:39
13 May

Media: Türkiyədə Suriya liderinin NATO sammitində iştirakı müzakirə olunmur  

16:38
13 May

Ağdərədəki mis yataqlarının istifadəsi üçün yeni istehsal sahələri yaradılacaq

16:33
13 May

Azərbaycan ICESCO Baş Konfransının 15-ci sessiyasında təmsil olunur

16:26
13 May

ADA Universitetində “Xəzər hövzəsi araşdırmaları” proqramı üzrə “Məzun günü” təşkil olunub

16:23
13 May

WUF13 Şəhərsalma Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq

16:19
13 May

Zəngilan sakini: Uşaqlığımın yarım qaldığı torpaqlara qayıtmışam

16:15
13 May

Elçin Yusubov: Xankəndi şəhərinin Baş planı yaxın vaxtlarda təqdim ediləcək  

16:00
13 May

“ASAN xidmət”in nümayəndə heyəti Venesuelada

15:41
13 May

DÇ-2026: İraq millisinin 5 futbolçusu ABŞ vizası ala bilməyib

15:37
13 May

Azərbaycanı “AGF Trophy” turnirində 16 idman gimnastı təmsil edəcək

15:25
13 May

Ümumdünya Ərzaq Proqramı: Bu il dünyada 318 milyon insan daha kəskin aclıqla üzləşir

15:22
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!