Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb
Yaponiyanın “Cross Border Club 3.0” YouTube kanalı qeyri-qanuni erməni silahlı birləşmələrinin Qarabağda törətdiyi təxribata cavab olaraq Azərbaycanın həyata keçirdiyi “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb.
AZƏRTAC xəbər verir ki, “Söndürülmüş od yenidən alovlanır” adlı verilişdə kanalın prodüseri və aparıcısı Kazuyasu İşida yapon izləyicilərə avqustun əvvəllərində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində erməni terrorçularının törətdiyi təxribat və nəticədə bir azərbaycanlı hərbçinin şəhid olması barədə məlumat verib. Vurğulayıb ki, Ermənistan Rusiya və Azərbaycan ilə imzaladığı üçtərəfli Bəyanatın müddəalarını pozur, bununla da rəsmi Bakının sülh müqaviləsi imzalanması və regional əməkdaşlığa dair təşəbbüslərinə əngəl törətməyə çalışır. Aparıcı qeyd edib ki, bu terrora cavab olaraq Azərbaycan Ordusu dərhal “Qisas” əməliyyatı keçirib və qanunsuz erməni silahlı dəstələrinin yerləşdiyi bir neçə yüksəkliyi nəzarət altına alıb. Vurğulayıb ki, Azərbaycan haqlı olaraq qanunsuz erməni silahlı dəstələrinin öz ərazisindən çıxarılmasını tələb edir.
Verilişdə Azərbaycanın Avropanın enerji təminatında oynadığı roldan xüsusi bəhs edın aparıcı, münaqişənin yenidən qızışmasının daha böyük fəlakətlərə yol aça biləcəyi barədə xəbərdarlıq edib. Bildirib ki, bu baxımdan Yaponiya da regionda baş verən hadisələri diqqətlə izləməli, onun yenidən alovlanmaması üçün lazımi addımları atmalıdır.
Münaqişənin tarixinə toxunan aparıcı 30 ilə yaxın bir dövrdə Ermənistan tərəfindən işğal altında saxlanan Azərbaycan ərazilərinin 2020-ci ilin sentyabr-noyabr aylarında baş verən Vətən müharibəsi nəticəsində azad edildiyini, ölkə rəhbərliyinin bu torpaqlarda böyük bərpa və quruculuq işləri apardığını xüsusi qeyd edib. Bildirib ki, cari ilin fevralında Azərbaycana səfəri zamanı bu nəhəng işlərin şahidi olub, sürətlə salınan yeni yolları, tikilən aeroportları, inşa olunan yeni infrastrukturu şəxsən görüb. Qeyd edib ki, ərazilərin ermənilər tərəfindən minalanması burada aparılan quruculuq işlərinə böyük əngəl törədir. Üçtərəfli bəyanatın şərtlərini yerinə yetirmək istəməyən Ermənistan regionda sabitliyin davamlı olmasına, sülh və əmin-amanlığın yaranmasına əngəl törətməkdə davam edir.
Verilişdə izləyicilərə regionda baş verən hadisə ilə bağlı qonşu ölkələrin nümayiş etdirdiyi mövqe barədə də ətraflı məlumat verilib.
Qeyd edək ki, Kazuyasu İşidanın rəhbərlik etdiyi “Cross Border Club 3.0” kanalının 105 mindən çox abunəçisi, 500 minə yaxın izləyicisi var.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”...
11 May
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Age...
11 May
Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB
10 May
Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB ...
10 May
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında...
10 May
Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB ...
10 May
Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB
10 May
“Apple” üzr istəyib
10 May
Gürcüstanda uşaqları dilənməyə məcbur edən dəstə ifşa olunub
10 May
Paris-2024: Azərbaycanın lisenziya sayı 23-ə yüksəlib
10 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!