YAP ilə Kuba Kommunist Partiyası arasında əlaqələrin perspektivləri müzakirə olunub
Aprelin 17-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Kuba Respublikasının ölkəmizdəki səfiri Karlos Enrike Valdes de la Konsepsyonla görüşüb.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə səmimi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Kuba münasibətlərinin uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub. Diqqətə çatdırılıb ki, iqtisadi, ticari, mədəni, tibb, təhsil, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün mühüm potensial mövcuddur və iki ölkə çoxşaxəli münasibətlərin dərinləşdirilməsində olduqca maraqlıdır.
Vurğulanıb ki, istər Azərbaycan, istərsə də Kuba milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanan müstəqil siyasət həyata keçirir. Azərbaycanla Kubanın beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Qoşulmama Hərəkatında əməkdaşlığı həm ikitərəfli münasibətlərin inkişafı, həm də ölkələrimizin milli mənafelərinin qorunması baxımından böyük əhəmiyyət daşıyır.
Tahir Budaqov Kubaya qarşı iqtisadi, ticarət və maliyyə embarqosuna son qoyulmasının zəruriliyinə dair BMT Baş Assambleyasında müzakirəyə çıxarılan qətnamə layihələrinin Azərbaycanın hər zaman lehinə səs verdiyini söyləyib. O, Azərbaycanın 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyası zamanı postsovet məkanında belə qətnaməni dəstəkləyən yeganə ölkə olduğunu bildirib, bu faktların ölkəmizin Kubaya dost münasibətinin bariz göstəricisi olduğunu deyib.
Səfir Karlos Enrike Valdes de la Konsepsyon Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın Kuba üçün əhəmiyyətindən danışıb, respublikamızın embarqoya dair BMT səviyyəsində aparılan müzakirələrdə Kubaya göstərdiyi birmənalı dəstəyin ölkəsində minnətdarlıqla qarşılandığını qeyd edib.
Görüşdə Azərbaycan-Kuba münasibətlərinin gələcək inkişafında iki ölkənin hakim partiyalarının - YAP ilə Kuba Kommunist Partiyasının (KKP) rolu da diqqətə çatdırılıb. Dövlətlər və xalqlararası dostluq münasibətlərinin YAP ilə KKP arasında əlaqələrin qurulması və inkişafı üçün əlverişli zəminin formalaşdırdığı bildirilib. Bu kontekstdə qarşılıqlı səfərlərin faydalı fikir və təcrübə mübadiləsinin aparılması, məhsuldar işbirliyinin dərinləşdirilməsi nöqteyi-nəzərindən əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı yaxın vaxtlarda partiyalar arasında onlayn görüşün keçirilməsi barədə razılıq əldə edilib, gələcəkdə partiyalararası əməkdaşlıq sazişinin imzalanması perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər bir sıra məsələlər də müzakirə olunub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mayda bəzi günlərdə havanın temperaturu 35 dərəcəyə yüksələcək
30 Aprel
Nazir: Azərbaycan qlobal çağırışlarla mübarizə sahəsində birgə fəaliyyətə hər zaman hazırdır...
30 Aprel
Növbəti köç karvanı Laçına çatıb
30 Aprel
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri açıqlanıb: 4 nəfər 300 bal topl...
30 Aprel
Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar
30 Aprel
Türkiyədə yeni konstitusiyanın qəbulu ilə bağlı açıqlama
30 Aprel
Azərbaycan çempionatında azarkeşlər hakimlərə təzyiq ediblər
30 Aprel
Özbəkistan yığması Paris-2024-də
30 Aprel
Azərbaycan milliləri Ermənistanla qarşılaşacaq
30 Aprel
ABŞ-da xərçəng xəstəsi olan miqrant 1,3 milyard dollarlıq cekpotun qalibi olub
30 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
Möhkəm təmələ əsaslanan müttəfiqlik24 Aprel 2024
ÇOX OXUNANLAR
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir...22 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!