31 İyul 2026 14:09
230
Mədəniyyət
A- A+
XV Qəbələ Beynəlxalq Musiqi Festivalında Özbəkistan kollektivləri çıxış edib 

XV Qəbələ Beynəlxalq Musiqi Festivalında Özbəkistan kollektivləri çıxış edib 


Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə XV Qəbələ Beynəlxalq Musiqi Festivalının ikinci gününün gecə konsertində Özbəkistandan gələn kollektivlər çıxış edib, gecəyə rəng qataraq tamaşaçılar tərəfindən alqışlarla qarşılanıblar.

Gecə konsertində Özbəkistandan gələn “Daşkənd Zeboları” Xalq Rəqs Ansamblının solistlərinin çıxışları və “Bek” Doyraçılar Ansamblının ifası təqdim olunub.

Əvvəlcə səhnəyə Zülfiyyə Uzakovanın bədii rəhbəri olduğu “Daşkənd Zeboları” Xalq Rəqs Ansamblının üzvləri çıxıblar. Zülfiyyə Uzakova AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, rəhbərlik etdiyi kollektiv bir çox xarici ölkələrdə səfərlərdə olub, səhnələrdə çıxış edib. Lakin dost və qardaş Azərbaycandan dəvət alarkən fərqli bir hiss keçirib, dərhal da ifa edəcəkləri bütün rəqs və musiqiləri yenidən nəzərdən keçirib, çıxışlarda yeniliklər etməyə çalışıblar. O, Qəbələ Beynəlxalq Musiqi Festivalının möhtəşəm olduğunu bildirib. “Qəbələdə kollektivin üzvləri özlərini yad hiss etmirlər, Daşkənd səhnəsindəki kimi hiss edirlər. Bunun ilk səbəbi də Azərbaycana ayaq basan andan isti və xoş qarşılanmanın yaratdığı duyğulardır”.

Qeyd edək ki, açıq səma altında keçirilən konsert proqramında “Daşkənd Zebolari” Xalq Rəqs Ansamblı və “Bek” Doyraçılar Ansamblı “Proloq”, “Şodiyona”, “Özbəkistan”, “Quljamol”, “Zavkim kelur”, “Doira zavki”, “Bayot”, “Surxonça”, “Şikildok”, “Rohat”, Milli popuri, “Buxorça”, “Kuş doira”, “Qulizorim”, “Baka-banq”, “Mavriqi”, “Rotalla” və “Surnay ləzgi” musiqi nömrələri ilə çıxış ediblər.

Daha sonra səhnədə özbək, sovet və Türk dünyası estrada musiqisinin görkəmli nümayəndəsi, 1976-cı ildən məşhur "Yalla" vokal-instrumental ansamblına rəhbərlik edən Fərrux Zakirov çıxış edib. Dost və qardaş Azərbaycan xalqını, eləcə də Beynəlxalq Musiqi Festivalı iştirakçılarını salamlayan 80 yaşlı canlı əfsanə sevilən mahnılarını ifa edib. O, çıxışı zamanı Azərbaycan bəstəkarlarının da əsərlərinə müraciət edərək Üzeyir Hacıbəylidən, Rəşid Behbudovdan əsərlər səsləndirib. Bu zaman səhnəni canlandıran, tamaşaçıları ayağa qaldıran Xalq artisti iki dost və qardaş xalqın birliyinin əbədi olduğunu və bunun tarix boyu sarsılmaz qalacağına inamını ifadə edib.

Böyük marağa səbəb olan konsert proqramı tamaşaçıların alqışları ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident: Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı inkişaf etdirəcək

15:06
31 İyul

Azərbaycan voleybol millisi Yunanıstanla hər iki yoxlama oyununda qələbə qazanıb

14:58
31 İyul

Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib

14:51
31 İyul

Nazir: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi Azərbaycana hədiyyə kimi verilməyib

14:44
31 İyul

Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib 

14:37
31 İyul

Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən ən perspektivli tranzit marşrutlarından biri kimi ön plana çıxır 

14:30
31 İyul

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatında mübarizəyə başlayırlar

14:23
31 İyul

Qarabağ Universiteti ixtisaslar üzrə minimal keçid ballarını açıqlayıb

14:16
31 İyul

XV Qəbələ Beynəlxalq Musiqi Festivalında Özbəkistan kollektivləri çıxış edib 

14:09
31 İyul

Dünya birjalarında neft ucuzlaşıb

14:02
31 İyul

Prezident İlham Əliyev: Azərbaycan-Qırğız Fondunun maliyyə imkanları ikiqat artırılacaq

13:55
31 İyul

Prezident Sadır Japarov: Qırğızıstan ilə Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir

13:48
31 İyul

Milli Məclisin sədri Cənubi Afrika Respublikasına səfərə gedib

13:41
31 İyul

Prezident İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib

13:34
31 İyul

Azərbaycan nefti 98 dollara satılır

13:27
31 İyul

Prezident İlham Əliyev: Azərbaycan və Qırğızıstan bütün təşəbbüslərdə bir-birini bundan sonra da dəstəkləyəcək

13:20
31 İyul

Şamaxıda gənclər narkotiklərin fəsadları barədə məlumatlandırılıblar

13:13
31 İyul

Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB 

13:06
31 İyul

Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK 

12:59
31 İyul

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib

12:52
31 İyul

S.N.Japarovun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında

12:45
31 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!