13 Aprel 2023 01:00
646
SİYASƏT
A- A+
Xüsusi qəddarlıqla yatırılan kəndli üsyanları

Xüsusi qəddarlıqla yatırılan kəndli üsyanları

 

1930-cu ilin əvvəllərində bolşeviklər partiyası "Kənddə partiyanın sinfi xəttinin düzəldilməsi və qolçomaqların bir sinif kimi ləğv edilməsi şüarının həyata keçirilməsi" haqqında qərar qəbul etdi. Qərarın icrası ilə əlaqədar Azərbaycanın bütün kəndlərində "qolçomaq" adı ilə minlərlə adam həbsxanalara salındı, yaxud da ailələri ilə birlikdə çox uzaqlara sürgünə göndərildi. Yerlərdə hakim dairələrin rəsmi nümayəndələri "Antisovet ünsürlərin aradan qaldırılması" bəhanəsi ilə kəndlilərə divan tutmağa başladılar. 
"Torpaq kəndlilərə" deyib, bu kütlələri öz tərəfinə çəkib qələbə qazanan bolşeviklər həqiqətən də ilk aylarda torpaqları kənd camaatına verdilər. Təbii ki, yaranmaqda olan fərdi təsərrüfatlar qısa müddətdə ölkədə ərzaq bolluğuna yol açardı, insanlar aclıq uçurumunun qarşısında qalmazdılar. Amma əfsuslar ki, belə olmadı.  Ortabab kəndlilər "qolçomaq" damğası ilə həbs edilir, cəza orqanları tərəfindən bütün mülkiyyətləri əllərindən alınırdı. Narazılıq günbəgün artırdı. Özbaşına təyin olunan müsadirə və vergilər kütləvi çıxışlara səbəb olmağa başladı. Bu çıxışları isə "banditizm" adlandıran siyasi orqanlar silah gücünə amansızlıqla yatırırdılar. 
Stalin "qolçomaq"lar sinfini ləğv etmək göstərişini verməklə və "kollektiv mülkiyyət" anlayışını gündəmə gətirməklə, əslində, sovet dövlətinin dayağı ola biləcək bir sinfin - orta təbəqənin məhvinə nail olurdu. Ziya Bünyadov "Qırmızı terror" kitabında yazırdı ki, Sovet İttifaqında, əslində, əvvəldən bir sistemsizlik hökm sürürdü və stalinizmin meydana çıxması da elə bu sistemsizliyin nəticəsi idi. Çünki sosializmi qurmaq üçün cəmiyyətdən sosial sifariş olmadığından tamamilə zorun və gücün təsirinə əsaslanan bir mexanizmin yaranmasına ehtiyac duyulurdu.
Beləliklə, 1920-1930-cu illərdə Azərbaycanda bərqərar olmuş totalitar rejim Rusiya imperiyasının əməlləri ilə bağlı idi. Bu sistemin bütün atributları və xüsusiyyətləri mərkəzi partiya orqanlarının göstərişi ilə yaradılırdı. Kütləvi repressiyalar, təqiblər, sürgünlər və yerli əhaliyə münasibətdə aparılan digər cəza tədbirləri xüsusilə amansız səciyyə daşıyırdı.
Bununla da ilk olaraq kəndlilər müqavimətə keçdilər. 1930-cu illərin əvvəllərində Azərbaycanın demək olar ki, bütün mahallarında üsyanlar qalxdı. Şəki, Zaqatala, Quba, Lənkəran, Qarabağ, Naxçıvan və digər yerlərdə bu orta təbəqə öz hüquqlarını tələb etməyə başladı. Rəsmi dairələr üsyançıları "silahlı qolçomaq dəstələri" adlandırıb onların məhvinə çalışır, möhkəm silahlanmış ordu hissələrinin gücü ilə bu narazılıqları yatırırdılar. Sağ qalanlar isə hərbi əsir adı ilə Baş Siyasi İdarənin fövqəladə üçlüklərinin sərəncamına verilirdi. Bu üçlüklərin isə fəaliyyəti əsasən ölüm hökmləri çıxarmaqdan ibarət idi. 

 

Üsyan dalğaları

 

28 aprel işğalından az sonra üsyanın ilk qığılcımları bütün Azərbaycanı bürümüşdü. Mayın 18-də bolşeviklər Şuşada yeni hökumətə qarşı hazırlanan üsyandan xəbər tutub onun qarşısını ala bildilər. Həmin vaxtlarda Ucar və Bərgüşatda yeni rejimlə razılaşmayan əhali dəmir yolu xəttində qatarların hərəkətini dayandırmağa cəhd göstərdi. 1920-ci il mayın ortalarından Bakıda sovet hakimiyyəti əleyhinə üsyana hazırlıq aparıldı. Şəhər hərbi qarnizonunun rəisi, 28-ci diviziyanın komandiri Nesterovskinin mayın 26-da imzaladığı əmrdə göstərilirdi ki, Bakı şəhərində fəhlə və kəndli hökumətinə qarşı üsyanların hazırlanması barədə şayiələr dolaşmaqdadır. Hansı evdən güllə atılsa, o ev top atəşinə tutulacaq, evdə sükunət edənlər də fəhlə və kəndli hökumətinin düşməni adlandırılaraq 16 yaşından 50 yaşına qədər olan hər kəs mühakiməsiz güllələnəcək. Siqnal və yaxud nişan verənlər tutulduqları yerdə gülləbaran ediləcəklər.
Yerli hökumətə qarşı ilk güclü üsyan Qarabağda oldu. 1920-ci il iyunun birinci yarısında Zaqatala bölgəsində də sovet işğalına qarşı xalq hərəkatı baş verdi. Üsyanda məqsəd qırmızı ordu hissələrinin bölgədəki azğınlıqlarının qarşısını almaq və həmin ərazini bütünlüklə sovet rejimindən azad etmək idi. Üsyan iyunun 6-da başladı. XI Qırmızı Ordunun bölgədə yerləşdirilmiş yeddinci süvari diviziyasının 37, 39 və 40-cı alayları 1920-ci il iyunun 10-da Əlibəyli, Yuxarı Muxax kəndləri yaxınlığındakı yüksəklikdə, Qaraman və digər məntəqələr ətrafında döyüşlərdə üsyançı qüvvələrin müqavimətini qıra bilmədilər. Lakin çoxsaylı hərbi texnikaya və üstün qüvvələrə malik olan sovet ordu hissələri böyük döyüş manevri apararaq üsyançıları məhv etdilər. Zaqatala-Şəki şose yolunun strateji məntəqələrini yenidən əllərinə keçirdilər. İyunun 18-də Zaqatalaya daxil oldular və burada sovet hakimiyyəti yenidən bərpa edildi. Bölgə əhalisinə isə divan tutuldu. 

 

Gəncə üsyanı

 

1920-ci il mayın 24-dən 25-nə keçən gecə isə üsyan Gəncədə baş verdi. Bolşeviklər üsyanın yatırılması üçün şəhərə xeyli ordu hissələri yeritdilər. Burada yaşayan ermənilər rus ordusuna kömək edirdilər. Üsyan mayın 31-də böyük qəddarlıqla yatırıldı. Bir həftə ərzində hər iki tərəfdən üst-üstə təxminən 20 min adam öldürüldü. Minlərlə gəncəli doğma yurdunu tərk etməyə məcbur oldu. Şəhər demək olar ki, boşaldı. Tarixi mənbələrə əsasən, əgər 1916-1917-ci illərdə Gəncədə 60 min 291 nəfər əhali var idisə, 1923-cü ildə bu rəqəm 38 min 880-ə endi. 
Üsyan yatırılandan sonra ermənilər və ruslar üç gün ərzində Gəncədə hər yeri dağıdıb yandırdılar, insanları qan gölünə qərq etdilər. Şəmkir, Quba, Lənkəran, Astara və digər bölgələrdəki üsyanlar da böyük amansızlıqla yatırıldı. Bolşeviklər  F.Dzerjinskinin qırmızı terror bayrağını qaldıraraq soyğunçuluq, qarət, xalqa qəsd etməklə məşğul oldular. Neft mədənlərində işləyən minlərlə azərbaycanlı fəhləni casusluq adı ilə sürgünə göndərdilər, İrana qovdular. Kəndlilərimiz sənədsiz muzdur kimi işləyirdilər. Böyük borc içində idilər. Hər hansı bir etiraz da o dəqiqə damğalanırdı: əks-inqilabi, antisovet, antikolxoz, antipartiya və min cür başqa adlarla minlərlə kəndli güllələnir və ya sürgün edilirdi. 
İnsan cəmiyyətini sarsıdıb silkələyən, onun yaddaşında amansız izlər qoyan, adamların alçaldılmasını adi həyat norması kimi qəbul edən sovet totalitar rejiminin 1920-1930-cu illərdə həqiqi siyasi mahiyyəti belə qanlı idi.

İ.ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Macarıstandan Ukraynaya qaz nəqli gözlənilmədən kəsilib

16:32
03 Aprel

Qadın minaaxtaranlar son 3 ildə 700 hektar ərazini minalardan tam təmizləyiblər

16:31
03 Aprel

Elektron siqaretlərə dair dövlət standartı ləğv edilib

16:30
03 Aprel

Azərbaycan minalarla ən çox çirklənmiş ölkələr arasında ilk onluqdadır  

16:29
03 Aprel

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 340 minə yaxın turist gəlib

16:28
03 Aprel

Milli QHT Forumu və ANAMA yanında İctimai Şura mina təhlükəsi ilə bağlı Bəyanat yayıb

16:14
03 Aprel

Dünya bazarına neft nəqli üçün alternativ variantlar müzakirə olunur

16:08
03 Aprel

Ağ Ev 1,5 trilyon dollarlıq müdafiə büdcəsini təqdim edəcək

16:01
03 Aprel

Türkiyə jandarmeriyası C-130 təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın gedişatı barədə  

15:49
03 Aprel

DİN: Növbəti əməliyyat zamanı 43 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb   

15:48
03 Aprel

Gözlənilən yağışların şəhərətrafı subasmaya meyilli olan ərazilərə təsir göstərəcəyi ehtimal olunur – XƏBƏRDARLIQ

15:41
03 Aprel

Azərbaycan və Türkiyə süni intellekt sahəsində əməkdaşlığı nəzərdən keçirib

15:32
03 Aprel

Mənzildən istifadə hüququ hansı hallarda dövlət qeydiyyatına alına bilər? – Ali Məhkəmə izah edib  

15:27
03 Aprel

Peskov Ukraynada döyüş əməliyyatlarının dayandırılması şərtini açıqlayıb  

15:21
03 Aprel

Bakı metrosunun pik vaxtlarında qatarlar arasında interval azaldılıb

15:13
03 Aprel

Rusiya banklarının işində genişmiqyaslı sistem nasazlığı  

15:09
03 Aprel

Fransaya məxsus təyyarədaşıyan gəmi Aralıq dənizinə yerləşdirilib

15:01
03 Aprel

“Freelander”in təqdimatı  

14:57
03 Aprel

“iPhone” smartfonlarının rəng strategiyası  

14:47
03 Aprel

Azərbaycan Beynəlxalq Bankı 8 nominasiyada mükafat qazandı

14:38
03 Aprel

Ev təsərrüfatları və biznes üçün kreditlər: mart ayındakı artım davam edir   

14:33
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!