21 Avqust 2011 12:08
1942
Səhiyyə
A- A+
Xurmanın faydası

Xurmanın faydası

 

Latın dilindən tərcümədə xurma "allahların qidası" deməkdir. Ramazan ayında süfrələrimizin bəzəyi olan xurmanın dünyada 500-ə yaxın növü var. İstifadə etdiyimiz qurudulmuş xurma tropik iqlimdə yetişir. Vətəni Azərbaycan olmasa da, o, nəinki bizdə, demək olar ki, bütün ölkələrdə məşhurdur. Hətta xurma haqqında belə də söyləyirlər ki, o, adi meyvə yox, sağlamlıq mənbəyidir. Qədim insana da məlum olan xurmanın hikmətləri haqqında Quranın bir neçə surəsində söhbət açılır. Cənnət meyvələri arasında xurmanın yeri əvəzsizdir.

Araşdırmalar nəticəsində bəlli olur ki, xurmanın həqiqətən də insan sağlamlığında şəfaverici əhəmiyyəti çoxdur. Ürək-damar xəstəliklərindən, xərçəngdən qorunmaqda təsirli vasitədir. Lazımdır ki, həmişə süfrəmizdə bu meyvədən istifadə edilsin. Əgər onun bizə verdiyi faydaya bütün incəliklərinə qədər bələd olsaq, hər zaman ərzaq alış-verişində birinci olaraq xurmanı axtararıq. Müxtəlif ərəb ölkələrindən, eləcə də qonşu İrandan ölkəmizə xurma ancaq qurudulmuş şəkildə gətirilir. Tünd qəhvəyi çalarda istifadə etdiyimiz xurmanın təzə halda rəngi (növündən asılı olaraq) əsasən qırmızıdır.

Bu meyvə insan orqanizminə çox xeyirlidir. Ləzzətli dadı və faydalı tərkibi ilə seçilən xurma qlükoza, A və C vitaminləri, alma və limon turşusu, dəmir, kalsium, kalium, mis, maqnezium və digər vitaminlərlə də zəngindir. Xurma ürək-damar xəstəliklərinin müalicəsində əvəzolunmazdır. Xurmanın tibbi faydasının müəyyənləşdirilməsi ancaq yaxın vaxtlarda mümkünləşib. Halbuki Quranda təxminən 1400 il əvvəl bu barədə geniş söz açılır.

Xurmada insan bədənində hərarət enerjisi yaradan şəkər növü də var. Özü də bu şəkər qan şəkərini yüksəldən qlükoza yox, meyvə şəkəri olan fruktozadır. Xüsusilə şəkər xəstələrində qan şəkərinin sürətlə yüksəlməsi bir çox orqanlara mənfi təsir edir. Böyrəklər, sinir sistemi, görmə qabiliyyəti və s. sıradan çıxır. Maraqlıdır ki, gün ərzində 15 ədəd xurma yeməklə həm bədənin dəmirə olan ehtiyacını təmin etmək, həm də bir sıra xəstəliklərdən xilas olmaq mümkündür. Xurmanın tərkibində fosfor və kalsiumun bolluğu imkan verir ki, sümük zəifliyində və bu xəstəliklərin azalmasında ondan istifadə edəsən.

Başqa meyvələrlə müqayisədə yeganə nemətdir ki, proteinlə zəngindir. Bu da insanın bir sıra infeksiyalardan qorunmasını təmin edir, hüceyrələri yeniləşdirir, bədəndəki mayeni balanslaşdırır. Deyirlər ki, ət xeyirli qidadır. Alimlər müəyyənləşdiriblər ki, ət belə təzə xurma qədər fayda verə bilməz. Yayda ətdən çox istifadə edilməsi zəhərlənməyə də səbəb ola bilər. Həzmi asan olan meyvə-tərəvəzlə bərabər, xurmaya üstünlük verilməsi daha münasib seçimdir.

Xurmada olan fosfor yorğunluğu aradan qaldırır, beyni lazım olan maddələrlə qidalandırır. Sinir sistemində də xurmanın təsiri əvəzsizdir. Sakitləşdirici xüsusiyyəti var. Bu səbəbdən də tərkibindəki B1 və B2 vitaminləri zehnin və sinir sisteminin normallaşmasına kömək edir.

Xalq təbabətində öskürəyin ən yaxşı dərmanı yenə də xurma sayılır. Hətta el arasında ona "sinə dərmanı" deyirlər. Bəlğəm, nəfəs borusu xəstəliklərinin müalicəsində və öskürəyə qarşı istifadə olunur. Qan damarlarını yumşaldır, damar sərtliyinin qarşısını alır, üstəlik də qanı təmizləyir və təzyiqi nizamlayır.

Məlumdur ki, qəhvə və yağ xolesterolun yüksəlməsinə səbəb olur. Ərəb ölkələrində adətən qəhvədən çox istifadə edirlər. Araşdırmalar nəticəsində bəlli olub ki, ərəblərdə bu xəstəlikdən əsər-əlamət yoxdur. Səbəbini araşdıran mütəxəssislər bu nəticəyə gəliblər ki, ərəblər qəhvə və digər içkiləri qəbul edərkən mütləq xurma yeyirlər.

Əhalinin bir qismi böyrək daşı xəstəliklərindən əziyyət çəkir. Yaxşı olardı ki, onlar hər gün yeməkdən öncə xurmadan istifadə etsinlər. Xurma böyrəklərin yuyulmasına kömək edir, daha yaxşı işləməsini tənzimləyir. Xurma hətta böyrək iltihabını da aradan qaldırır. Xurmanın suyu da böyrək daşlarının parçalanmasında çox faydalıdır. Bunu belə hazırlamaq gərəkdir: 6-7 ədəd xurmanı bölərək bir stəkan suya qoyurlar və bir neçə saatdan sonra onu süzərək azca isidib gündə iki dəfə içmək lazımdır. Bu proses 15 gün davam edərsə, böyrək daşları tamamilə yox olar.

Göz xəstəliklərində də xurmanın şəfaverici xüsusiyyəti var. Tərkibində A vitamini olduğuna görə xurma gözləri qüvvətləndirir. Xüsusilə də gecə korluğunun və digər xəstəliklərin qarşısını alır.

Maraqlıdır ki, xurmanın təkcə özü yox, tumlarının da yeyilməsi məsləhət görülür. Çünki onun tumunda xeyli miqdarda vitamin var. Toxumun udulması tövsiyə edilir. Hətta bəzən görürsən ki, xurmanın qabığını soyub sonra istifadə edirlər. Halbuki xurmanın qabığı da vitaminlərlə zəngindir və şəfaverici xüsusiyyətlərə malikdir. Süfrənizdə həmişə xurmanın olması məsləhətdir. Ən azından çayı xurma ilə için. Xurmanın, əslində, acqarına yeyilməsi məsləhətdir.

Biz ölkəmizdə bitməyən, ancaq qurudulmuş halda əldə etdiyimiz xurmadan söz açdıq. Azərbaycanda da xurmanın bir başqa növü geniş yayılıb. Buna el arasında bəzən "korolyok" da deyirlər. Əslində, bu, Qafqaz xurmasıdır. Yapon xurması da var (sarı rəngdə olur). Hər ikisi təzə halda yeyilir. Son vaxtlarda Qafqaz xurmasının qurudulmuşu da diqqət çəkir. "Azərbaycanın müalicə əhəmiyyətli bitkiləri" kitabında göstərilir ki, Qafqaz xurması bir sıra vitaminlərlə, üzvi turşularla, yod və s. ilə zəngindir. Onun şirəsindən qalxanabənzər vəzin müalicəsində istifadə edilir. Xalq təbabətində bu meyvələrdən müxtəlif məmulat hazırlanır. Məsələn, bəzi bölgələrimizdə hətta xurmadan doşab bişirilir. Bu, müxtəlif xəstəliklərdə, soyuqdəymədə, qan azlığında, sinir fəsadlarında, iştahartırmada, hipertoniyada, öskürəkdə, sinə yumşaltmaq və iltihabı götürmək məqsədilə işlədilir. Təzə dərilmiş meyvəsinin özü və şirəsi isə  ur (zob) və tireotoksiros xəstəliklərində məsləhətdir.

Bir tövsiyəni də diqqətə çatdırmaq istəyirik ki, bəzən hər hansı meyvənin faydasından, şəfaverici xüsusiyyətindən söz açanda onu heç də çox yemək lazım deyil. Nizami Gəncəvi söyləmişkən: "Artıq içiləndə dərd verir su da". Bu səbəbdən də bütün qidalar kimi, xurmadan da normal şəkildə istifadə etmək gərəkdir.

 

Flora XƏLİLZADƏ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!