26 Fevral 2022 15:20
1802
Mədəniyyət
A- A+
Xalq artisti Əlibaba Məmmədov son mənzilə yola salınıb

Xalq artisti Əlibaba Məmmədov son mənzilə yola salınıb

 

Fevralın 26-da 1-ci Fəxri xiyabanda Xalq artisti Əlibaba Məmmədovun dəfn mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, dəfn mərasimində Mədəniyyət Nazirliyinin əməkdaşları, tanınmış mədəniyyət xadimləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərhumun məzarı üzərinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva adından əklil qoyulub.

Mədəniyyət naziri Anar Kərimov Əlibaba Məmmədovun yaradıcılığından və muğam sənətinə töhfələrindən söz açıb. Bildirilib ki, Ə.Məmmədov 100-dən çox mahnı və təsniflər yaradıb, muğamla müasir mahnılar arasında bir vəhdət qurub. Bu mahnılar xalq tərəfindən sevilir.

Diqqətə çatdırılıb ki, müəllimi Seyid Şuşinskidən öyrəndiklərini təkmilləşdirərək illərlə gənc nəslə ötürüb. Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı kimi Əlibaba Məmmədov milli musiqi xəzinəsini daha da zənginləşdirmiş böyük sənətkardır. Özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti Əlibaba Məmmədova xalqın sevgisini qazandırıb. Əlibaba Məmmədovun yaradıcılıq yolu gənc xanəndələr nəsli üçün bir sənət məktəbidir.

Mərasimdə görkəmli sənətçilər Əlibaba Məmmədovla bağlı xatirələrini, fikirlərini bölüşüblər.

Muğam sənətində ağır itki üz verdiyini söyləyən Xalq artisti, professor Ramiz Quliyev deyib: “Çox çətin anları yaşayırıq. Mən Əlibaba Məmmədovu gənclik illərimdən, filarmoniyada çıxış etdiyim vaxtlardan tanıyıram. Məşqlər zamanı o, bizə yaxınlaşıb hamımızla görüşür, biz də onu böyük sayıb əmi deyə müraciət edərdik. Əlibaba Məmmədov bir sənətçi kimi özündən sonra oxuduğu mahnılarını, lent yazılarını qoyub getdi. O, bununla dövlətə, torpağa olan sadiqliyini nümayiş etdirdi. Əlibaba Məmmədov öz mahnıları ilə insanlara ruh verirdi. Bu yaxınlara qədər ona zəng edib əhvalını soruşurdum. O da cavabında “yaxşı” deyirdi. Bu, bir dostluq nümunəsi, insanlara bəslədiyi sevginin göstəricisi idi. Xalq onun sənətini unutmayacaq, daim yaşadacaq”.

Xalq artisti Alim Qasımov bildirib ki, Əlibaba Məmmədovu bütün xalq sevir. Muğam aləmində Əlibaba Məmmədov gözəl ömür yaşadı, öz çələngini, sənətini bizə təhvil verib getdi.

Xalq artisti Mənsum İbrahimov deyib: “Əlibaba Məmmədov gözəl xanəndə, gözəl pedaqoq, çoxlu sayda mahnının müəllifi idi. Mən hər zaman onun davranışından, insanlara münasibətindən nümunə götürmüşəm. O qədər pozitiv, insanlarda xoş ovqat yaradan insan idi ki… Onun xatirəsi xalqımızın xatirəsindən silinməyəcək. Tək onun “Xudayar” təsnifini xatırlatmaq kifayətdir ki, bizim Qarabağ savaşında dillər əzbəri idi”.

Qeyd edilib ki, görkəmli sənətkarın işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məkkədə Həcc ziyarəti başlayıb

18:49
26 May

Qan təzyiqinin tez-tez dəyişməsi beyin sağlamlığına mənfi təsir göstərə bilər

18:41
26 May

Uqandada Ebola virusuna yoluxanların sayı artıb

18:34
26 May

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edirik

18:32
26 May

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər

18:31
26 May

İyunda havanın orta aylıq temperaturu bəzi ərazilərdə normadan yüksək olacaq  

18:30
26 May

İlon Mask dünyanın ilk trilyoneri ola bilər

18:28
26 May

WUF13: Bakıdan dünyaya inkişaf mesajı

18:19
26 May

Körfəz ölkələri dron təhlükəsinə qarşı lazer silahlarına yönəlir

18:16
26 May

Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar olunub

18:13
26 May

İndoneziya Respublikasının Prezidenti Prabovo Subiantodan

18:10
26 May

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan  

18:09
26 May

Microsoft Dünya Çempionatı üçün hakaton keçirilib

18:08
26 May

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqdan

18:04
26 May

Kənd təsərrüfatı nazirinin müavini Daşkəsəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

18:03
26 May

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

17:59
26 May

ABŞ ordusu İranın qayıqlarına və zeni-raket qurğusuna zərbə endirib

17:59
26 May

Xızıda sahibkarlarla görüş: biznes imkanları və dövlət dəstəyi müzakirə edilib

17:51
26 May

“Sea Breeze”də çoxfunksiyalı idman infrastrukturunun inkişafı planlaşdırılır  

17:49
26 May

Örüş və otlaq sahələrinin idarə olunmasında yeni mərhələ: 480 min hektarda bərpa hədəfi

17:44
26 May

Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq imkanları qiymətləndirilib

17:42
26 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!