10 Aprel 2026 09:05
154
CƏMİYYƏT
A- A+
Vətən savaşına könüllü getmişdi 

Vətən savaşına könüllü getmişdi 


Vaqif Əlizadə Vətən müharibəsinə yollanan ilk könüllülərdəndir. Onunla ilk dəfə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon şöbəsinin həyətində toplanış zamanı tanış olmuşuq. 

Burada Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazisinə hücumunun qarşısını almağa, torpaqlarımızı işğaldan azad etməyə gedən yüzlərlə könüllü arasında qeyri-millətlərdən olan gənclər də vardı. Onlardan biri də atası azərbaycanlı, anası rus olan Vaqif Əlizadə idi. O, 1995-ci il sentyabrın 9-u Bakıda anadan olub, 60 nömrəli məktəbi bitirib. 2013-2017-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ali təhsil alıb, Geoloji kəşfiyyat fakültəsini bitirib. 2017-2018-ci illərdə Şəmkirdə "N" saylı hərbi hissədə əsgəri xidmətdə olub.

Təsadüf elə gətirdi ki, onunla bu günlər yenidən görüşdük. Müharibə onun sağlamlığından yan keçməmişdi. Vaqif deyir ki, müharibəyə Füzulidən başlamışdı: "Mən taborda baş atıcı idim. Döyüşə gəlməyimə, bu torpaqların erməni işğalından azad olunmasında iştirakıma, hətta yeri gəlsə, şəhid olacağıma belə, sevinirdim. Çünki atam Füzulidəndir, söhbətlərində bu yerlərdə ermənilərin onların ailələrinə, həmkəndlilərimizə etdikləri qətliamlar, terror hadisələri barədə o qədər yanğı ilə, intiqam hissilə danışırdı ki, indi doğma torpaqlarda vuruşmaqdan qürur duyurdum. Atamın arzusunu yerinə yetirmək, əzizlərinin intiqamını erməni quldurlarından almaq üçün qorxu hissini tamamilə unutmuşdum".

Vaqifin də tərkibində olduğu hərbi hissə Füzulidən sonra Cəbrayıl istiqamətində hərəkətə keçir. Vaqif sözünə davam edir: "Taborda Dmitri Sonçov, Denis İvanov, Timur (soyadını unutmuşam) və rusəsilli digər könüllülər vuruşurdular. Bir neçə günün ərzində Cəbrayıldakı erməni istehkamlarını, hərbi hissələrini darmadağın etdik, çoxlu hərbi texnika və silah-sursat qənimət götürdük. Məni heyran edən o idi ki, ərazilərimizi erməni silahlı quldurlarından azad etdikcə əsgərlərdə irəliyə getmək, Vətən torpağının hər qarışı uğrunda daha cəsurcasına mübarizə aparmaq həvəsi artırdı".

Cəsur döyüşçü Vaqif Əlizadə Cəbrayılın düşməndən azad edilməsindən sonra Şuşa istiqmətində gedən döyüşlərin iştirakçısı olur. Oktyabrın sonuncu günü yaxınlığına qəfil düşən mərmidən bir neçə döyüşçü yoldaşı həlak olur, Vaqif isə huşunu itirir, hər iki qulağının pərdəsi dağılır. Əsgər yoldaşları onu  tibb məntəqəsinə çatdırırlar, burada ona  ilkin tibbi yardım göstərilir. Lakin vəziyyəti ağır olduğundan oradan Füzuli rayonu ərazisindəki Əhmədbəyli hospitalına gətirilir. Vaqif burada bir neçə gün müalicə aldıqdan sonra Bakıdakı hərbi hospitala göndərilir. İlk günlər anlamsız olan Vaqif həkimlərin sayəsində özünə gəlir, tam müalicə olunur.

Qazi Vaqif Əlizadə Vətən müharibəsində göstərdiyi şücaətlərə görə  "Cəbrayılın azad edilməsinə görə" və "Şuşanın azad edilməsinə görə" medalları ilə təltif edilir. Hazırda Bakıda aparıcı şirkətlərin birində çalışır. Qorxmaz döyüşçü işdə də məsuliyyətli və ciddidir. Həmişə üzərinə düşən işi vaxtında və keyfiyyətlə yerinə yetirməyə çalışır.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İranın Ali Rəhbəri: Hörmüz boğazına nəzarət yeni səviyyəyə qaldırılacaq

09:59
10 Aprel

Azərbaycan neftinin qiyməti 125 dolları ötüb

09:51
10 Aprel

Əfsanəvi futbolçumuzun yubiley poçt markaları dövriyyəyə buraxılıb

09:45
10 Aprel

“Hizbullah” PUA-larla İsrailin şimalındakı hərbi obyektə hücum edib

09:43
10 Aprel

Uzunömürlülüyün sirri 

09:40
10 Aprel

CNN: ABŞ Hörmüz boğazı ilə bağlı NATO-nun konkret öhdəliklərində israr edir  

09:39
10 Aprel

Kuba Prezidenti: ABŞ ilə danışıqlar heç bir ilkin şərt olmadan aparılmalıdır

09:38
10 Aprel

Zelenski: Pasxa bayramında atəşkəsə uyğun hərəkət edəcəyik

09:37
10 Aprel

“Gernika” rəsm əsəri İspaniyada siyasi mübahisənin mərkəzinə çevrilib

09:36
10 Aprel

Yaşıllıq sağlamlıqdır

09:35
10 Aprel

Avropa Liqası: İngiltərə klubları səfərdən uğurlu nəticə ilə qayıdır

09:33
10 Aprel

"Vətəndaşlar növbəlilik əsasında su ilə təmin olunurlar"

09:33
10 Aprel

Hücumlardan sonra Səudiyyə Ərəbistanının ixrac gücü gündə 700 min barel azalıb  

09:32
10 Aprel

Xamenei: Tehran “Müqavimət oxu”nun hissələrini vahid bir qurum kimi görür  

09:30
10 Aprel

Torpaq sürüşməsi üzündən kəndimiz boşalır

09:30
10 Aprel

Putin Pasxa bayramı münasibətilə atəşkəs elan edib

09:27
10 Aprel

Misir və Kipr arasında qaz tədarükü üzrə 15 illik saziş imzalanıb

09:26
10 Aprel

Bakı funikulyoru - bir neçə dəqiqəlik yol, 65 illik tarix 

09:25
10 Aprel

Ağsaqqallıq təkcə yaşla ölçülmür

09:20
10 Aprel

Müraciətlərimizə diqqətlə yanaşılır

09:17
10 Aprel

Vətən sevgisi ilə ürəklərə köçənlərə dərin hörmət

09:15
10 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!