25 İyun 2026 15:13
152
DÜNYA
A- A+
Venesuelada dəhşətli zəlzələ baş verib 

Venesuelada dəhşətli zəlzələ baş verib 


Ölkədə fövqəladə vəziyyət elan edilib


Venesuela paytaxtının qərbində 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib. Zəlzələlər Karakasda binaların uçmasına səbəb olub və mütəxəssislər çoxlu sayda itki olacağını proqnozlaşdırırlar.

ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, ikinci zəlzələ birincidən bir dəqiqədən az müddət sonra baş verib. Birinci zəlzələnin episentri ölkənin Karib dənizi sahilindəki Moron şəhərinin qərbində - Karakasdan təxminən 168 kilometr qərbdə, 22 kilometr dərinlikdə yerləşib. İkinci zəlzələnin episentri isə 10 kilometr dərinlikdə Morondan 16 kilometr cənub-qərbdə qeydə alınıb.

Karakasda ilkin hesablamalara görə, 164 nəfər ölüb, 1000-dən çox insan yaralanıb. Bildirilib ki, ölən və yaralananların sayı 10.000 ilə 100.000 nəfər arasında ola bilər.

Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigez fövqəladə vəziyyət elan edib. O, həmçinin zəlzələnin vurduğu ziyana görə Karakas Beynəlxalq Hava Limanının bağlandığını bildirib. Rodrigez həmçinin ölkədəki bütün səhiyyə işçilərini zərərçəkənlərə kömək etmək üçün xəstəxanalara getməyə çağırıb. 

Amerika qitəsində yerləşən digər ölkələrin səlahiyyətliləri Venesuelaya başsağlığı  və dəstək verir. Onların arasında ABŞ Prezidenti Donald Tramp da var.  o, "Truth Social" sosial şəbəkəsində yazıb:"Yenicə Venesuelanın böyük xalqını vuran iki böyük zəlzələ nəhəng miqyasdadır və çoxlu sayda insanın həyatına son qoyub. ABŞ kömək etməyə hazırdır, istəyir və qadirdir! Mən hökumətimizin bütün departamentlərinə təcili tədbirlər görməyə hazırlaşmağı tapşırmışam. Biz yeni və böyük dostlarımıza yaxın olacağıq".

Rizvan CƏFƏROV,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aqrar Sığorta Fondu Goranboyda fermerlərə sığorta ödənişləri edib

18:01
25 İyun

Sahibkarlara dövlət əyar nəzarəti və əyarlama xidməti barədə məlumat verilib

18:00
25 İyun

Almaniyada istilik dalğası rekord göstəricilərlə müşayiət olunur

17:59
25 İyun

Həftəsonu hava şəraiti qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

17:57
25 İyun

Azərbaycan-Aİ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub  

17:51
25 İyun

Dünya Kubokunda avtomobil meksikalı azarkeşlərin izdihamına çırpılıb

17:32
25 İyun

 Fransa - Norveç oyununda təbii fəlakət təhlükəsi 

17:23
25 İyun

Bəşəriyyətin ən qədim kabusu

17:09
25 İyun

Aİ vergi sistemini sadələşdirir

17:01
25 İyun

ÜST anomal istilərlə bağlı xəbərdarlıq edib

16:49
25 İyun

 Ürəyimizi necə qoruyaq?

16:43
25 İyun

Hesabat: Avropa ekstremal hava riskləri zonasına çevrilir  

16:36
25 İyun

Parlament diplomatiyası Azərbaycanın xarici siyasət kursunda mühüm yer tutur

16:34
25 İyun

Səhiyyə Nazirliyi: Qanvermə aksiyalarında 2821 könüllü donor iştirak edib, 1269,45 litr qan toplanıb

16:29
25 İyun

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Belarusdan hücum riskini qiymətləndirib  

16:14
25 İyun

Azərbaycan və Həştərxan vilayəti arasında regional iqtisadi əlaqələrin möhkəmləndirilməsi nəzərdən keçirilib

16:12
25 İyun

Müdafiə naziri: Bu gün məzun olan gənc zabitlərimiz Zəfərin məsuliyyətini və dəyərini dərindən dərk etməlidirlər 

16:09
25 İyun

Xələf Xələfov AQEM-in Baş katibi Kayrat Sarıbay ilə görüşüb

16:07
25 İyun

Energetika naziri Ağdamda vətəndaşlarla görüşüb

16:03
25 İyun

Baş nazir: Nəqliyyat dəhlizlərinə tələbat sürətlə artır

15:56
25 İyun

Cənubi Qafqazda ilk: Akademik Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində unikal kraniofasial əməliyyat həyata keçirilib  

15:52
25 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!