25 İyun 2026 17:09
157
DÜNYA
A- A+
Bəşəriyyətin ən qədim kabusu

Bəşəriyyətin ən qədim kabusu


Alimlər Sibirdəki Baykal gölü yaxınlığında aşkar edilən qədim məzarlardakı insan qalıqlarından bəşəriyyətə məlum olan ən qədim taun bakteriyasının DNT-sini tapıblar. Bu kəşf taunun tarixini min illərlə geriyə çəkir.

“Nature” jurnalında dərc olunan yeni elmi kəşf göstərir ki, 5500 il əvvəl ovçu-yığıcı icmalarını sarsıdan bu epidemiya xüsusilə 8-12 yaş arası uşaqlar üçün ölümcül olub. Tapılan qəbirlərdə azyaşlı bacı-qardaşların eyni vaxtda dəfn edilməsi xəstəliyin sürətli və dağıdıcı yayıldığını sübut edir. Alimlərin qənaətinə görə, taun bakteriyası insanlara ilk dəfə bu regionda geniş yayılan və ovlanan dağsiçanlarından (marmot) keçib. Yoluxma qeyri-kafi bişirilmiş ət və ya xəstə heyvanla birbaşa təmas zamanı baş verib, daha sonra isə insanlar arasında yayılıb. 

Bu qədim taun ştammı orta əsrlərdə Avropa əhalisinin böyük hissəsini məhv edən “Qara ölüm”dən fərqlənib. O dövrdə bakteriya hələ birələrlə ötürülmə qabiliyyətinə və limfa düyünlərini şişirtmək xüsusiyyətinə sahib olmayıb, lakin uşaqlarda ağır daxili iltihabi fəsadlar törədərək ölümə yol açıb. 

Bu kəşfə qədər elmdə belə bir fərziyyə var idi ki, böyük taun epidemiyaları yalnız bəşəriyyət oturaq həyata və kənd təsərrüfatına keçdikdən, yəni əhali sıxlığı artdıqdan sonra formalaşıb. Lakin Baykal gölü ətrafındakı tapıntılar sübut etdi ki, taun hətta meşələrdə kiçik qruplar halında köçəri həyat sürən qədim ovçuları da kütləvi şəkildə məhv etməyə qadir olub.

Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu il ölkə üzrə 131 mindən çox şagird birinci sinfi bitirib

18:01
25 İyun

Aqrar Sığorta Fondu Goranboyda fermerlərə sığorta ödənişləri edib

18:01
25 İyun

Sahibkarlara dövlət əyar nəzarəti və əyarlama xidməti barədə məlumat verilib

18:00
25 İyun

Almaniyada istilik dalğası rekord göstəricilərlə müşayiət olunur

17:59
25 İyun

Həftəsonu hava şəraiti qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

17:57
25 İyun

Azərbaycan-Aİ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub  

17:51
25 İyun

Dünya Kubokunda avtomobil meksikalı azarkeşlərin izdihamına çırpılıb

17:32
25 İyun

 Fransa - Norveç oyununda təbii fəlakət təhlükəsi 

17:23
25 İyun

Bəşəriyyətin ən qədim kabusu

17:09
25 İyun

Aİ vergi sistemini sadələşdirir

17:01
25 İyun

ÜST anomal istilərlə bağlı xəbərdarlıq edib

16:49
25 İyun

 Ürəyimizi necə qoruyaq?

16:43
25 İyun

Hesabat: Avropa ekstremal hava riskləri zonasına çevrilir  

16:36
25 İyun

Parlament diplomatiyası Azərbaycanın xarici siyasət kursunda mühüm yer tutur

16:34
25 İyun

Səhiyyə Nazirliyi: Qanvermə aksiyalarında 2821 könüllü donor iştirak edib, 1269,45 litr qan toplanıb

16:29
25 İyun

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Belarusdan hücum riskini qiymətləndirib  

16:14
25 İyun

Azərbaycan və Həştərxan vilayəti arasında regional iqtisadi əlaqələrin möhkəmləndirilməsi nəzərdən keçirilib

16:12
25 İyun

Müdafiə naziri: Bu gün məzun olan gənc zabitlərimiz Zəfərin məsuliyyətini və dəyərini dərindən dərk etməlidirlər 

16:09
25 İyun

Xələf Xələfov AQEM-in Baş katibi Kayrat Sarıbay ilə görüşüb

16:07
25 İyun

Energetika naziri Ağdamda vətəndaşlarla görüşüb

16:03
25 İyun

Baş nazir: Nəqliyyat dəhlizlərinə tələbat sürətlə artır

15:56
25 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!