25 Sentyabr 2026 13:46
139
İQTİSADİYYAT
A- A+
Valerio De Molli: Azərbaycan Cənubi Qafqazda investisiya artımı üçün mühüm mərkəzə çevrilir  

Valerio De Molli: Azərbaycan Cənubi Qafqazda investisiya artımı üçün mühüm mərkəzə çevrilir  


Azərbaycanın son 25 ildə əldə etdiyi sosial-iqtisadi inkişafın nəticələri ölkənin qlobal iqtisadi sistemdə mövqeyinin möhkəmlənməsinə və investisiya imkanlarının genişlənməsinə şərait yaradıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “The European House – Ambrosetti” və "TEHA Group"un icraçı direktoru və idarəedici tərəfdaşı Valerio De Molli “Azərbaycan və Cənubi Qafqaz: investisiya artımı üçün mərkəzi hab” mövzusunda təqdimatında deyib.

O bildirib ki, Azərbaycanın inkişaf göstəricilərinin beynəlxalq indikatorlar əsasında təhlili ölkənin bir sıra istiqamətlərdə əhəmiyyətli dinamika nümayiş etdirdiyini göstərir. Bu göstəricilər sırasında iqtisadi inkişaf, innovasiya, açıqlıq, şaxələndirmə, dövlət idarəçiliyinin səmərəliliyi və gələcəyə yönümlülük xüsusi yer tutur.

Valerio De Molli qeyd edib ki, Azərbaycan yalnız Cənubi Qafqaz və digər regional ölkələrlə deyil, həm də yüksək iqtisadi dinamizm nümayiş etdirən dövlətlərlə müqayisə olunmalıdır. Onun sözlərinə görə, son 25 ildə Azərbaycanın ÜDM göstəricilərində yüksək artım dinamikası müşahidə olunub və ölkə qlobal iqtisadi inkişaf baxımından diqqətçəkən nəticələr əldə edib.

“Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə baxdıqda ölkənin bir sıra mühüm istiqamətlərdə dünya üzrə yüksək nəticələr nümayiş etdirdiyini görürük”, – deyə Valerio De Molli vurğulayıb.

O bildirib ki, Azərbaycanın ixrac strukturunun genişlənməsi və şaxələndirilməsi də müsbət tendensiyalardan biridir. Son illərdə qeyri-neft sektorunun inkişafı, müxtəlif məhsulların ixracının artması və yeni bazarlara çıxış imkanlarının genişlənməsi ölkənin iqtisadi potensialını gücləndirib.

Valerio De Molli Azərbaycanın qeyri-neft sektorlarında əldə etdiyi irəliləyişləri də qeyd edib. O, xüsusilə dəri, mineral məhsullar, dəmir və polad kimi məhsulların ixracında artımın qeydə alındığını bildirib.

“Azərbaycanın elmi-tədqiqat və elmi nəşrlər sahəsində də mühüm nəticələri var. 2017-ci ildən etibarən elmi nəşrlərin sayının artımına görə Azərbaycan dünyada doqquzuncu yerdədir”, – deyə o qeyd edib.

"TEHA Group"un icraçı direktoru Azərbaycanın maliyyə sabitliyinin də investisiya mühitinin mühüm elementlərindən biri olduğunu vurğulayıb: “ Ölkənin xarici borcunun ÜDM-ə nisbəti baxımından yüksək mövqedə olması makroiqtisadi sabitliyin göstəricilərindən biridir”.

O, turizm, texnologiya, sənaye və digər qeyri-neft sahələrində inkişafın Azərbaycanın iqtisadiyyatının daha da şaxələndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.

Valerio De Molli Azərbaycanın strateji coğrafi mövqeyinin də ölkənin investisiya cəlbediciliyini artıran amillərdən biri olduğunu qeyd edib. Onun sözlərinə görə, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat əlaqələrinin kəsişməsində yerləşən Azərbaycan regional və qlobal iqtisadi əlaqələrin inkişafında mühüm rol oynaya bilər. Cənubi Qafqazın strateji əhəmiyyəti artır və regional əməkdaşlığın genişləndirilməsi davamlı iqtisadi inkişaf, yeni investisiyaların cəlb olunması və uzunmüddətli tərəfdaşlıqların qurulması üçün mühüm əhəmiyyət daşıyır.

O, qlobal iqtisadi düzəndə baş verən dəyişikliklərə də diqqət çəkərək BRICS ölkələrinin dünya iqtisadiyyatında çəkisinin artdığını qeyd edib: “ Qlobal iqtisadi mərkəzlərdə baş verən dəyişikliklər yeni əməkdaşlıq və investisiya imkanları yaradır”.

“Azərbaycan və Cənubi Qafqaz: investisiya artımı üçün mərkəzi hab” mövzusundakı təqdimatında Valerio De Molli Azərbaycanın dinamik və perspektivli investisiya məkanı kimi artan rolunu xüsusi vurğulayıb.

O əlavə edib ki, Azərbaycan Qafqazda yeganə ölkədir ki onun regionda ilk süni intellekt strategiyası və iki data mərkəzi var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Formula 2: Əsas yarışda qəza baş verib

14:42
25 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisi Türkiyə mediasının diqqət mərkəzindədir  

14:41
25 Sentyabr

Nazir Anar Əliyev Qusarda vətəndaş müraciətlərini dinləyib

14:40
25 Sentyabr

Jonathan Bar: Orta Dəhlizin inkişafı yeni investisiya imkanları yaradır

14:39
25 Sentyabr

İcma: Ermənistanın dövlət məsuliyyətini və cinayətlərini danması siyasəti iflasa məhkumdur  

14:37
25 Sentyabr

Azərbaycan və Albaniya arasında idman əməkdaşlığı müzakirə olunub  

14:35
25 Sentyabr

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olunub  

14:34
25 Sentyabr

Azərbaycan və Türkiyə DİN-ləri arasında qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb  

14:34
25 Sentyabr

Özbəkistanlı nazir: Azərbaycanla yaşıl enerji sahəsində birgə layihələr həyata keçiririk

14:33
25 Sentyabr

Mikayıl Cabbarov: 2027-2030-cu illərdə iqtisadiyyatın şaxələndirilməsi əsas prioritet olacaq 

14:32
25 Sentyabr

Formula 1: Maks Ferstappen üçüncü sərbəst yürüşün qalibi olub - YENİLƏNİB

14:29
25 Sentyabr

Ərazi bütövlüyümüz, Böyük Qayıdış Vətən müharibəsinin möhtəşəm nəticəsidir  

14:24
25 Sentyabr

İtaliyada məktəblərdə burqa və niqab qadağası  

14:18
25 Sentyabr

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində 11 sənəd imzalanıb  

14:04
25 Sentyabr

Nazir: Suriya iqtisadiyyatını qlobal iqtisadi sistemə yenidən inteqrasiya etməyə çalışır  

14:01
25 Sentyabr

Formula 1: “Aston Martin” pilotu sərbəst yürüş zamanı qəza törədib

14:00
25 Sentyabr

Şimali Makedoniyalı nazir: Əlçatan və əlverişli enerji təchizatı sənaye rəqabətqabiliyyətliliyi üçün əsas sütunlardandır  

14:00
25 Sentyabr

Azərbaycanın tarixi zəfəri  

13:58
25 Sentyabr

“Avtovağzal”da avtobuslar üçün yol qısaldıldı

13:57
25 Sentyabr

Aleem Khan: Pakistan qlobal ticarət və investisiya əlaqələrinin genişləndirilməsinə xüsusi önəm verir

13:53
25 Sentyabr

Özbək nazir: Ölkəmiz Orta Dəhliz üzrə yeni imkanlara sərmayə yatırmağa hazırdır  

13:52
25 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!