11 Oktyabr 2023 16:45
696
Elm və texnika
A- A+
UNEC-ə qəbulun nəticələri barədə hesabatlar dinlənilib  

UNEC-ə qəbulun nəticələri barədə hesabatlar dinlənilib  

 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elmi şuranın növbəti iclası keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədris üzrə prorektor dosent Gəray Musayev 2023/2024-cü tədris ilində bakalavriat səviyyəsi üzrə qəbulun nəticələri və qarşıda duran vəzifələr barədə hesabat verib. Hesabatda bakalavriaturaya qəbul planının 98,2 faiz yerinə yetirildiyi, 600 və daha yüksək bal toplayaraq UNEC-ə qəbul olanların sayının ötən illə müqayisədə 16 faiz artdığı bildirilib. Dövlət sifarişi ilə təhsil alanların sayının ötən illərlə müqayisədə 3 dəfə artaraq 80 faiz təşkil etdiyi diqqətə çatdırılıb. G.Musayev son beş ildəki qəbul planının statistikası və ixtisas seçiminin nəticələri barədə də məlumat verib.

Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Neman Muradlı bu tədris ilində UNEC-ə qəbul olan əcnəbilər barədə hesabatı təqdim edib. Hesabatda UNEC-ə müraciət edən 201 əcnəbi vətəndaşdan 151 nəfərinin təhsil almaq hüququ qazandığı, bu rəqəmin son 8 illə müqayisədə 53 faiz çox olduğu deyilib. Əcnəbilərdən 125 nəfərin bakalavriat, 24 nəfərin magistratura, 2 nəfərin isə doktorantura pilləsinə qəbul olunduğu, onların əsasən Türkiyə, Çin, Rusiya, Gürcüstan və Türk dünyası dövlətlərinin vətəndaşları olduqları diqqətə çatdırılıb. Ümumilikdə isə UNEC-də 392 əcnəbi tələbənin təhsil aldığı qeyd olunub.

Sonra Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru (BMDM) dosent Fariz Əhmədov magistraturaya (6, 14, 19, 20, 21, 23, 26, 53-cü proqramlar) qəbulun nəticələri barədə təqdimatla çıxış edib. İqtisadiyyat və idarəetmə, texniki və texnoloji ixtisaslar, eləcə də SABAH Magistraturası elektron kommersiya ixtisası da daxil olmaqla, 19 ixtisas üzrə 56 ixtisaslaşmaya qəbulun aparıldığını bildirib. O, qəbul planının 99,1 faiz yerinə yetirildiyini, dövlət sifarişli təhsil alan magistrantların 83 faiz təşkil etdiyini deyib. Magistraturaya qəbulda ən yüksək nəticə (100 bal) göstərən bakalavrın UNEC-i seçdiyini diqqətə çatdırıb.

Şuranın iclası Qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyevin cari ildə təkrar ali təhsilə qəbulun nəticələri barədə hesabatla davam edib. Qeyd olunub ki, təkrar ali təhsilə 22 ixtisas üzrə 173, Zaqatala filialında isə 16 tələbə qəbul olub.

UNEC Biznes Məktəbinin direktoru dosent Nazim Hacıyev MBA proqramında 29 ixtisaslaşma üzrə qəbul planının 98,3 faiz yerinə yetirildiyini bildirib. Yüksək bal toplayaraq qəbul olanların sayının ötən illərlə müqayisədə artdığını, qəbul imtahanlarında 81-100 arasında bal toplayanlardan 354 nəfərin UNEC Biznes Məktəbini seçdiyini deyib. Fakültədə minimum balın 49, maksimum isə 93,5 bal olduğunu diqqətə çatdırıb.

Elmi şura cari məsələlərin müzakirəsi ilə davam edib. “UNEC-in vəsaiti hesabına tədris vəsaitlərinin nəşr edilməsi Qaydaları” və “UNEC əməkdaşlarının “Scopus” bazasındakı istinadlarına görə mükafatlandırılması haqqında” Qaydalar şura üzvləri tərəfindən təsdiqlənib. Eləcə də iki yeni tədqiqat mərkəzinin – “UNEC Sosial iş və Sosial innovasiyalar Tədqiqat Mərkəzi” və “UNEC Riyazi Modelləşdirmə və Optimallaşdırma Tədqiqat Mərkəzi”nin yaradılmasına qərar verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna Rusiyanın komanda məntəqələrinə, anbarlarına və logistika mərkəzlərinə zərbələr endirib  

20:17
12 May

Böyük Britaniyanın səfiri Fergus Auldun Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb

20:16
12 May

Nazir: Səhiyyə Nazirliyi ilə Asiya İnkişaf Bankı arasında birgə təşəbbüslər əhəmiyyətlidir

20:15
12 May

Aqrar Sığorta Fondu vəhşi heyvan hücumları ilə bağlı fermerlərə müraciət edib  

19:58
12 May

Prezident İlham Əliyevlə Pakistanın Baş naziri arasında telefon danışığı olub

19:51
12 May

YAP nümayəndə heyəti Çində səfərdədir

19:48
12 May

ƏƏSMN və AİB arasında sosial sahədə yeni birgə layihələrin icrası imkanları nəzərdən keçirilib  

19:43
12 May

Küveyt dəniz yolu ilə ərazisinə daxil olan dörd İran vətəndaşını saxlayıb

19:39
12 May

Rumıniya Senatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub  

19:34
12 May

Şahin Mustafayev: Türk dillərində terminoloji yaxınlaşma prioritet istiqamətlərdəndir  

19:21
12 May

WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək  

19:13
12 May

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə qayıdışı ilə bağlı müraciətləri dinlənilib

19:07
12 May

Gənc qızların təhsilinə dəstək layihəsinin beynəlxalq tərəfdaşlarla inkişafı nəzərdən keçirilib  

19:01
12 May

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub 

18:56
12 May

Avropa İttifaqı təbiəti mühafizə qaydalarını yumşalda bilər

18:46
12 May

Finlandiya Prezidentindən Avropaya çağırış

18:23
12 May

Fransa Aİ-nin büdcə razılaşmasının sürətləndirilməsinə qarşı çıxır  

18:13
12 May

Norveç yenidən Avropa İttifaqı yolunda?

18:03
12 May

BMT Hörmüz boğazının bağlanmasının fəsadlarını vurğulayıb

17:54
12 May

WUF13 Festivalı Sumqayıtda

17:53
12 May

Almaniyada hər 12 şirkətdən biri iflas təhlükəsi ilə üzləşib

17:53
12 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!