08 Mart 2025 09:15
2346
SİYASƏT
A- A+
"Ümid" körpüsündən İğdır-Naxçıvan qaz kəmərinə...

"Ümid" körpüsündən İğdır-Naxçıvan qaz kəmərinə...


Martın 5-də açılışı olan İğdır-Naxçıvan qaz kəməri Azərbaycan və Türkiyə dostluğunun və qardaşlığının növbəti təntənəsinə çevrildi. Bu kəmərin istifadəyə verilməsi 35 ilə yaxındır ki, blokada vəziyyətində olan Naxçıvanın enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, Azərbaycanla Türkiyə arasındakı bağları daha da möhkəmləndirdi. 

Açılış mərasimində çıxış edən Azərbaycan və Türkiyə prezidentləri iki dövlət arasındakı münasibətlərlə bağlı bir çox məsələlərə toxundular, mühüm açıqlamalar verdilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu mərasim bir daha Azərbaycan-Türkiyə birliyini, dostluğunu və qardaşlığını göstərdi. 

Azərbaycan və Türkiyə liderlərinin uzaqgörən siyasətinin nəticəsi kimi ərsəyə gələn İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldırmış olacaq. Azərbaycandan Türkiyəyə ötürülən təbii qaz bu kəmər vasitəsilə həm də Naxçıvana çatdırılacaq. Bununla da muxtar respublika həm də öz təbii qazımızla təmin olunacaq. Gündəlik 2 milyon kubmetrə qədər nəqletmə qabiliyyətinə malik bu kəmər Naxçıvanın təbii qaz ehtiyacının hamısını ən azı 30 il müddətində təmin edəcək. 

Xatırladaq ki, İğdır-Naxçıvan qaz kəmərinin təməli 2023-cü il sentyabrın 25-də qoyulub. Cəmi il yarıma kəmərin inşasının başa çatdırılması və istifadəyə verilməsi həm də hər iki dövlətin prezidentinin qətiyyətli siyasi iradəsinin təcəssümüdür.

Prezident İlham Əliyevin toxunduğu məsələlərdən biri də türk dünyasının birliyi ilə bağlı oldu. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətinin güclənməsi bütün türk dünyasına böyük töhfədir. Reallıq da ondan ibarətdir ki, Azərbaycanla Türkiyəni birləşdirən bütün enerji və nəqliyyat layihələri həm də türk dövlətləri arasındakı iqtisadi əlaqələrə xidmət edir. Həm Bakı-Tbilisi-Qars dəmir yolu xətti, həm də neft və qaz kəmərləri dünya bazarlarına çıxış yolunda Orta Asiyanın türk dövlətləri üçün yeni imkanlar yaradır. Türkiyə isə həm də tranzit ölkə kimi neft-qaz boru kəmərlərinin bəhrəsini görür. Bütün bunlar Azərbaycanın türk dünyasına böyük töhfələridir. 

Prezident İlham Əliyevin çıxışında toxunduğu məsələlərdən biri də Naxçıvanla bağlı oldu.  1920-ci ildə sovet hakimiyyətinin qədim Azərbaycan torpağı olan Zəngəzuru Ermənistana birləşdirməsindən sonra Naxçıvan respublikamızın əsas hissəsindən ayrı düşüb.  Artıq 35 ilə yaxındır ki, Naxçıvan həm də blokada vəziyyətindədir.  Ötən əsrin sonlarına yaxın Azərbaycan ərazilərinin işğal edilməsi planlarını işə salan Ermənistanın hədəflərindən biri də Naxçıvan idi. Lakin Ulu Öndər Heydər Əliyevin 1990-cı ildə Naxçıvana qayıdışı ermənilərin bu diyarla bağlı təcavüzkar planlarının qarşısını aldı. Naxçıvan sakinləri Ulu Öndərin rəhbərliyi ilə səfərbər olaraq doğma yurdlarını müdafiə etdilər. O zaman respublikamıza rəhbərlik edənlərin laqeyd münasibətlərinə, hərbi dəstəyin olmamasına baxmayaraq, Ulu Öndər Heydər Əliyev öz qətiyyəti ilə bu doğma yurdu qorudu, ermənilər tərəfindən işğal olunmasına imkan vermədi. "Onların planları Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman mənim atam Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün naxçıvanlılar səfərbər oldular, öz doğma torpaqlarını qorudular və işğalçını yerində oturtdular", - deyə Prezident İlham Əliyev bildirib.

Ümumiyyətlə, müstəqilliyimizin ilk illərində respublikamızda iqtidarda olanların heç biri blokada vəziyyətində olan Naxçıvanın sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün hansısa bir addım atmamışdılar. Əksinə, onlar muxtar respublika üçün nəzərdə tutulan yardımların, göndərilən yanacağın həcminin azaldılmasına çalışmışdılar. Həmin ağır günlərdə məhz Heydər Əliyev özünün uzaqgörənliyi ilə muxtar respublika əhalisinin sosial-iqtisadi durumunu yaxşılaşdırmaq istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsinə nail olmuşdu. Bu sırada Ulu Öndərin muxtar respublikaya rəhbərlik etdiyi həmin dövrdə tikintisinə başlanılan və 1992-ci il mayın 28-də istifadəyə verilən "Ümid" körpüsü xüsusi qeyd edilməlidir. Azərbaycanla Türkiyə arasında salınan "Ümid" körpüsü həmin dövrdə Naxçıvanın nəqliyyat blokadasının qismən aradan qaldırılmasında böyük rol oynamışdı. 

Prezident İlham Əliyev bu faktları diqqətə çatdırmaqla həm də Azərbaycanla Türkiyə arasında qardaşlıq bağlarının yaradılmasının tarixini xatırlatdı. Görünən odur ki, iki dövlətin həyata keçirdiyi bütün əzəmətli layihələr möhkəm və sarsılmaz təməllərə, qürurdoğuran tarixi reallıqlara söykənir. "Ümid" körpüsündən İğdır-Naxçıvan qaz kəmərinə qədər olan bu tarix Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft, "Cənub qaz dəhlizi" kimi infrastrukturlarla daha da möhtəşəm məzmun alıb. Bu polad infrastrukturlar iki türk dövlətini bir-birinə qırılmaz bağlarla daha yaxın edib.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

03:05
09 Noyabr

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 24 oktyabr tarixli 275-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:05
09 Noyabr

Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradla bağlı paylaşım edib VİDEO  

01:18
09 Noyabr

Bakıda keçirilən Hərbi parad dünyanın bir sıra ölkələrinin nüfuzlu media qurumlarında geniş işıqlandırılıb 

01:15
09 Noyabr

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - YENİLƏNİB  

01:13
09 Noyabr

Hilmi Daşdemir: 8 Noyabr Türk dünyasının yenidən tarix səhnəsinə çıxdığı gündür  

01:11
09 Noyabr

Laçında konsert: “Zəfərin Səsi" 

23:09
08 Noyabr

Şuşada möhtəşəm atəşfəşanlıq olub

22:40
08 Noyabr

Hidayət Heydərov İslamiadanın ikiqat qalibi olub, daha 3 cüdoçumuz medal qazanıb

22:02
08 Noyabr

Gürcüstan mətbuatı Azərbaycanın Zəfər bayramından yazıb  

21:50
08 Noyabr

Xankəndidə Zəfər Günü ilə bağlı atəşfəşanlıq olub

21:36
08 Noyabr

Naxçıvanda Zəfər Gününün 5 illiyi münasibətilə möhtəşəm atəşfəşanlıq olub  

21:35
08 Noyabr

Yavuz Subaşı: 8 Noyabr Azərbaycan xalqının əzminin və qətiyyətinin ən parlaq göstəricisidir  

20:54
08 Noyabr

Professor Renyin Li: Çin süni intellekt sahəsindəki təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır  

20:36
08 Noyabr

Türkiyənin və Şimali Kiprin aparıcı media qurumları Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradı geniş işıqlandırıblar  

20:31
08 Noyabr

Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib YENİLƏNİB - 4

20:14
08 Noyabr

Azərbaycan xalqı Zəfər Günündə şəhidlərin xatirəsini yad edib 

20:06
08 Noyabr

Xankəndidə Zəfərimizin 5 illiyi möhtəşəm bayram coşqusu ilə qeyd olunub  

20:03
08 Noyabr

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən  

19:49
08 Noyabr

İslamiada: Azərbaycan boksçuları günü maksimum nəticə ilə başa vurublar  

19:36
08 Noyabr

Füzulidə Zəfər Günü tədbirləri atəşfəşanlıqla başa çatıb 

19:24
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!