12 Aprel 2026 12:13
150
DÜNYA
A- A+
Ukrayna Baş Qərargahı: “Pasxa atəşkəsi”ndən sonra Rusiya kütləvi şəkildə atəşkəsi pozub

Ukrayna Baş Qərargahı: “Pasxa atəşkəsi”ndən sonra Rusiya kütləvi şəkildə atəşkəsi pozub


Son 24 saat ərzində Ukrayna Müdafiə Qüvvələri ilə Rusiya qoşunları arasında 120 döyüş toqquşması baş verib. Aprelin 12-si səhər saatlarına olan məlumata görə, 2299 atəşkəs pozuntusu qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook”-da məlumat yayıb.

Aprelin 11-i saat 16:00-dan (Bakı vaxtilə 17:00-red.) sonra, yəni “Pasxa atəşkəsi” qüvvəyə mindikdən günün sonuna olan məlumata görə, 1723 atəşkəs pozuntusu qeydə alınıb. Xüsusilə, Rusiya ordusunun 25 hücumu, 365 atəş açması, 566 dron hücumu (Lancet, Molniya) və 767 FPV dron hücumu qeydə alınıb. Lakin raketlər, idarə olunan bombalar və ya “Şahed” tipli PUA-larla heç bir zərbə qeydə alınmayıb.

Aprelin 12-si yerli vaxtla səhər saat 7:00-a (Bakı vaxtilə 08:00 –red.) olan məlumata görə, 2299 atəşkəs pozuntusu qeydə alınıb. Xüsusilə, Rusiya ordusunun 28 hücumu, 479 atəş hücumu, 747 dron hücumu (Lancet, Molniya) və 1045 FPV dron hücumu qeydə alınıb. Raketlər, idarə olunan hava bombaları və ya “Şahed” tipli PUA-larla heç bir zərbə olmayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Pasxa bayramı münasibətilə atəşkəs elan edib. Atəşkəs aprelin 11-i saat 16:00-dan (Bakı vaxtı ilə 17:00) aprelin 12-si günün sonunadək qüvvədə olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tibb tariximizdə silinməz iz qoymuş görkəmli alim

19:36
12 Aprel

ABŞ Prezidenti: İran heç vaxt nüvə silahına sahib olmayacaq

19:35
12 Aprel

Bibiheybət yolunda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq

19:34
12 Aprel

Tramp Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazına girməyə və ya çıxmağa çalışan bütün gəmiləri bloklamağı tapşırıb  

19:01
12 Aprel

Premyer Liqa: "Qəbələ" öz meydanında "İmişli"yə uduzub

17:33
12 Aprel

XİN: Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edib

16:27
12 Aprel

Tolerantlıq və multikultural dəyərlər modeli - Nic kəndi

15:57
12 Aprel

Çin Tayvanla münasibətlərin yaxşılaşdırılması üzrə 10 maddəlik siyasət paketi elan edib  

15:23
12 Aprel

Bu gün 52 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verib

14:39
12 Aprel

Rəsmi Kiyev əsirlərin növbəti mübadiləsinin anonsunu verib

14:02
12 Aprel

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər  

13:44
12 Aprel

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava ilə bağlı xəbərdarlıq edib

13:18
12 Aprel

Sabah paytaxtda hava əsasən yağmursuz olacaq

12:39
12 Aprel

Ukrayna Baş Qərargahı: “Pasxa atəşkəsi”ndən sonra Rusiya kütləvi şəkildə atəşkəsi pozub

12:13
12 Aprel

Aprelin 12-si Dünya Aviasiya və Kosmonavtika Günüdür 

11:58
12 Aprel

Səudiyyə Ərəbistanı: Şərq-Qərb neft kəməri tam gücü ilə işə düşüb, bəzi yataqlarda işlər davam edir

11:38
12 Aprel

FHN: Üç ton ərzaq və gündəlik tələbat malları Qubanın Qonaqkənd kəndinə çatdırılıb 

11:16
12 Aprel

“Azərkosmos” 15 ildə Azərbaycanın kosmik sahədə formalaşan iradəsi, peşəkarlığı və suverenliyidir 

11:05
12 Aprel

Tədqiqat: Keçən il rekord həcmdə buzlaq əriyib

10:48
12 Aprel

İran XİN: ABŞ ilə danışıqlarda iki və ya üç vacib məsələdə fikir ayrılığı olub  

10:28
12 Aprel

FHN bəzi ərazilərdə gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO  

10:26
12 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!