20 Yanvar 2026 19:52
479
SİYASƏT
A- A+
Türk politoloq: Qarabağ Zəfərindən sonra Azərbaycan regionda güclü və nüfuzlu dövlət kimi mövqeyini möhkəmləndirib  

Türk politoloq: Qarabağ Zəfərindən sonra Azərbaycan regionda güclü və nüfuzlu dövlət kimi mövqeyini möhkəmləndirib  


1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində baş verən qlobal geosiyasi proseslər keçmiş sovet məkanında müstəqillik məsələsini gündəmə gətirdi. 1989-cu ildə Berlin divarının yıxılması, 1990-cı ildə Şərqi Avropada, xüsusilə Macarıstan, Çexiya və Polşada sosialist rejimlərə qarşı kütləvi xalq hərəkatlarının başlaması, 1991-ci ildə isə Rusiyada Kommunist Partiyasının dağılması və Sovet Sosialist Respublikalar İttifaqının ideoloji və iqtisadi baxımdan beynəlxalq arenadan çəkilməsi bu prosesləri sürətləndirdi. Həmin dövrdə əvvəl Ermənistanın, sonra Azərbaycanın müstəqillik elan etməsi Cənubi Qafqazda ciddi qarşıdurmaların başlanmasına səbəb oldu

Bunu AZƏRTAC-a açıqlamasında türk politoloq Hüsamettin İnanç bildirib.

O deyib ki, Cənubi Qafqazda müstəqil türk dövlətinin mövcudluğuna nə sovet Rusiyası, nə də Ermənistan tərəfindən dözümlü münasibət göstərilirdi:“Bu səbəbdən Azərbaycana qarşı hücumlar qaçılmaz idi. Ermənistan silahlı dəstələri ciddi şəkildə dəstəklənirdi və xüsusilə Xocalıda törədilən soyqırımı bu siyasətin ən dəhşətli təzahürü oldu. Məqsəd Qarabağ bölgəsində yaşayan azərbaycanlıları öz yurdlarından didərgin salmaq, demoqrafik vəziyyəti dəyişmək idi. Nəticədə bir milyona yaxın insan qaçqın və məcburi köçkün vəziyyətinə düşdü”.

Hüsamettin İnanç vurğulayıb ki, Xocalı, Xocavənd və digər yaşayış məntəqələrində baş verən bu hadisələr beynəlxalq miqyasda misli görünməmiş insanlıq cinayətləridir. “Bu proses nəticəsində Qarabağ və ətraf yeddi rayon uzun müddət Ermənistanın işğalı altında qaldı. Amma tarixi faktlar göstərir ki, XIX əsrin əvvəllərinə qədər indiki Ermənistan ərazisi, o cümlədən İrəvan türk torpaqları olub”, - deyə o vurğulayıb.

Politoloqun sözlərinə görə, sovet dövründə Azərbaycan xalqının dilinin, dininin və tarixi kimliyinin sistemli şəkildə sıxışdırılmasına cəhd göstərilsə də, bu siyasət məqsədə çatmayıb: “Azərbaycan xalqı heç vaxt rus hakimiyyətini tam qəbul etmədi. Bu gün gəldiyimiz nöqtədə isə Azərbaycan artıq Türk Dövlətləri Təşkilatında aparıcı mövqeyə malikdir, hərbi və təhlükəsizlik arxitekturasında Bakının rolu açıq şəkildə görünür”.

Hüsamettin İnanç vurğulayıb ki, 2020-ci ildə əldə olunan Qarabağ Zəfəri Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olub:

“Bu zəfərlə işğal altında olan torpaqlar azad edildi, bu gün Azərbaycan beynəlxalq sistemdə güclü, nüfuzlu və hörmət edilən dövlətdir. Enerji resurslarından ağıllı şəkildə istifadə edən Azərbaycan Avropa və dünya üçün etibarlı tərəfdaşdır”.

Türk politoloq qeyd edib ki, Azərbaycan dövlət quruculuğu və milliləşmə prosesini böyük ölçüdə tamamlayıb və Türk dünyasında qürur mənbəyi olan ölkələrdən biridir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan səfiri etimadnaməsini İƏT Baş katibinə təqdim edib

22:32
16 Fevral

BƏƏ şirkət rəhbəri: Ümid edirəm ki, Azərbaycandan daha çox kənd təsərrüfatı məhsulları idxal edə biləcəyik

20:39
16 Fevral

Britaniyada kiçik qayıqla ölkəyə gələn miqrantlara 210 min funt kompensasiya ödənilib  

20:01
16 Fevral

Ötən ay ərzində 31 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb  

19:53
16 Fevral

Azərbaycandan polietilen ixracı 1,5 dəfə artıb  

19:46
16 Fevral

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Qaranlıqdan sonra” adlı tədbirdə iştirak edib  

19:33
16 Fevral

İrəvan Qazılığının tarixi ilə bağlı kitab çap olunacaq

19:26
16 Fevral

Ramin Məmmədov: Dövlət Komitəsinin 2026-cı il prioritetləri sırasında rəqəmsal transformasiya və süni intellekt həlləri yer alır  

19:02
16 Fevral

Premyer Liqa: “Sabah” səfərdə “Qəbələ”ni məğlub edib  

18:58
16 Fevral

Rəsədxana: Sabah Günəş tutulması baş verəcək

18:57
16 Fevral

Yanvarda ixrac edilən xam neft və neft məhsullarının həcmi 2 milyon tonu ötüb

18:34
16 Fevral

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib  

18:11
16 Fevral

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanılıb  

18:03
16 Fevral

Ermənişünas-alim: Konstitusiya dəyişikliyi Ermənistan üçün əsas imtahandır  

17:56
16 Fevral

Almaniya uşaqların sosial şəbəkələrə çıxışını məhdudlaşdıra bilər  

17:43
16 Fevral

Mərkəzi Asiya ölkələri Astanada Əfqanıstanla qarşılıqlı fəaliyyəti müzakirə ediblər  

17:33
16 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

17:23
16 Fevral

Azərbaycan və Serbiya dost ölkələrdir  

17:09
16 Fevral

Bakı ilə Belqrad arasında münasibətlər əməkdaşlıq üçün yeni platformadır  

17:00
16 Fevral

Premyer Liqa: “Şamaxı” - “Turan Tovuz” oyununda qapılara qol vurulmayıb

16:42
16 Fevral

Daha 130-dan çox şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

16:21
16 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!