07 Sentyabr 2023 10:00
680
İQTİSADİYYAT
A- A+
Ticarət evləri qeyri-neft məhsullarımızın tanıdılması baxımından uğurlu layihədir

Ticarət evləri qeyri-neft məhsullarımızın tanıdılması baxımından uğurlu layihədir

 

Bu gün ölkənin qeyri-neft sektorunun qarşısında duran əsas hədəflərdən biri Azərbaycan məhsullarının xarici bazarlara çıxışını təmin etmək, ölkənin ixrac potensialını artırmaq və "Made in Azerbaijan" brendini dünyada tanıtmaqdır. Bu istiqamətdə atılan addımlar sırasında xaricdəki Ticarət evləri xüsusi qeyd olunmalıdır. 
İlk dəfə bu barədə danışarkən Prezident İlham Əliyev demişdir: "Bu, həm ölkəmizi təbliğ edəcək, həm də ixracatçılar üçün yeni imkanlar yaradacaqdır. Bununla bərabər, Asiya qitəsinin böyük ölkələrində mütləq Ticarət evlərimiz olmalıdır. İndi Körfəz ölkələrində bizim məhsullarımıza böyük maraq göstərilir. Əslində, bu marağın da mənbəyi bizim fəaliyyətimizdir". 
Son illər Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, yerli məhsulların ixracının dəstəklənməsi, ixrac həcminin və coğrafiyasının genişləndirilməsi, eləcə də "Made in Azerbaijan" brendinin daha çox tanıdılması və ixracını həyata keçirmək məqsədilə xarici ölkələrdə Ticarət evləri yaradılır. Artıq Rusiya, Belarus, Ukrayna, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Latviya, Çin, Qazaxıstanda Azərbaycanın Ticarət evləri fəaliyyət göstərir. 
Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Çinin paytaxtı Pekində Azərbaycan Ticarət Evinin açılış mərasimi keçirilmişdir. Bununla əlaqədar təşkil olunmuş tədbirdə hər iki ölkənin rəsmi şəxsləri, sahibkarlar və Çində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak etmişlər. Prezidentin tapşırığı ilə İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Azərbaycan Ticarət Evi "Made in Azerbaijan" brendinin Çin bazarında daha çox tanıdılmasına, ölkəmizdə istehsal olunan məhsulların ixrac coğrafiyasının genişləndirilməsinə dəstək göstərəcək, bu sahədə əlaqələndirici rol oynayacaq.
Bu, Azərbaycanın Çində sayca 4-cü Ticarət Evidir. Digər 3 Ticarət Evi Çinin başqa şəhərlərində - Çindao, Çendu və Canciaciyedə uğurla fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycanın Şanxay, Harbin, Cinan və Vuhanda 4 ticarət bölməsi var. Urumçi və Şanxay kimi şəhərlərdə isə 3 Azərbaycan Şərab Evi yaradılıb. Asiya regionu kimi Çin bazarı şərab məhsullarının əsas istehlakçısı kimi Azərbaycana böyük perspektiv vəd edir.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi "Made in Azerbaijan" brendi altında qeyri-neft məhsullarının ixracının artırılması məqsədilə xaricdə Ticarət evlərini 2017-ci ildə yaratmağa başlayıb. Azərbaycanın ilk Ticarət Evi həmin il Minskdə açılıb. 2018-ci ildə isə Kiyev, Riqa və Varşavada Ticarət evləri fəaliyyətə başlayıb. Bir il sonra BƏƏ-də də Ticarət Evi yaradılıb. Daha sonra bu iş bir sıra MDB ölkələrində həyata keçirilib. Asiya qitəsi və Körfəz ölkələri də unudulmayıb. 
Bəs, xaricdə açılan Ticarət evləri həm təbliğat, həm də ixrac imkanlarımızın genişləndirilməsi baxımından nə dərəcədə effektlidir? Ümumiyyətlə, Ticarət evləri iqtisadi cəhətdən Azərbaycana nə verir? 
Öncə bildirək ki, Ticarət evləri məhsullarımızın daha geniş coğrafiyaya ixrac edilməsi və daha çox xarici ölkələrlə xarici ticarət əlaqələrinin yaradılmasına xidmət edir. Eləcə də bu, ondan xəbər verir ki, Azərbaycan təkcə neft yox, həm də qeyri-neft məhsulları istehsal və ixrac edən ölkədir. Üstəlik, Ticarət evləri Azərbaycana yeni bazarlara çıxış imkanı verir. Eyni zamanda bu evlər vasitəsilə Azərbaycan sahibkarları xarici ölkələrdə fərqli sektorlardakı vəziyyəti öyrənir, bazarlarda marketinq araşdırmaları aparmağa fürsət qazanırlar. 
Bütün bunlar onu deməyə əsas verir ki, xaricdəki Ticarət evləri Azərbaycanın ticarət potensialının artırılması, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və ölkəyə xarici investisiyanın cəlb edilməsi baxımından uğurlu bir layihədir. Artıq ölkəmizin xarici tərəfdaşları da etiraf edirlər ki, Azərbaycanın böyük ixrac potensialı var və Ticarət evləri həmin potensialı reallaşdırmaq üçün uğurlu vasitədir. Bu yerdə ölkəmizin xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndəliklərinin yaradılmasını və onların səmərəli fəaliyyətini də unutmamalıyıq.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə XİN: İrqçiliklə mübarizədə beynəlxalq əməkdaşlığa töhfə verməyi davam etdirəcəyik

16:31
15 Mart

Səudiyyə Ərəbistanı gecə yarıdan bəri 27 PUA-nı və 6 ballistik raketi zərərsizləşdirib

15:13
15 Mart

Ukrayna ABŞ-yə 35-50 milyard dollar dəyərində dron istehsalı müqaviləsi imzalamağı təklif edib

15:02
15 Mart

İrandan Azərbaycana növbəti təxliyə: daha 6 nəfər sərhədi keçib  

14:53
15 Mart

Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib

14:42
15 Mart

Əraqçi: Hörmüz boğazı ABŞ və onun müttəfiqləri istisna olmaqla, hər kəs üçün açıqdır  

14:38
15 Mart

Buraxılış imtahanı işğaldan azad olunan ərazilərdə ümumilikdə 6 binada təşkil edilib

14:23
15 Mart

Zelenski: Ukrayna parlamentində çalışmaq istəməyən deputatlar cəbhəyə xidmətə getməlidirlər

14:06
15 Mart

Qazaxıstanda referendum baş tutmuş hesab olunub

13:46
15 Mart

Qlobal Bakı Forumu çərçivəsində Cənub-Şərqi Avropa və Transxəzər Biznes Sammiti 

13:11
15 Mart

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

13:02
15 Mart

Kasım-Jomart Tokayev: Prezident seçkiləri 2029-cu ildə keçiriləcək

12:48
15 Mart

Alkis Drakinos: Cənubi Qafqazdan keçən nəqliyyat marşrutları Avropa ilə Asiya arasında ticarət əlaqələrinin artmasına təkan verir  

11:49
15 Mart

Avropada doğum səviyyəsi azalmaqda davam edir  

11:29
15 Mart

Hakan Fidan: İran ətrafındakı müharibə bütün regiona yayılmaqdadır

10:38
15 Mart

Media: İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib  

22:01
14 Mart

Azərbaycan güləşçisi Avropa ikincisi olub

21:49
14 Mart

Misli Premyer Liqası: “Sabah”dan darmadağın, “Qarabağ”dan inamlı qələbə

21:19
14 Mart

Mədəniyyət naziri Hacıqabul rayonunda vətəndaşların müraciətini dinləyib  

20:47
14 Mart

BMT Baş katibi İsrail və Hizbullahı müharibəni dayandırmağa çağırıb  

20:18
14 Mart

BƏƏ-nin İraqdakı Baş Konsulluğu bir həftə ərzində ikinci dəfə vurulub  

19:39
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!