15 Mart 2026 13:11
912
SİYASƏT
A- A+
Qlobal Bakı Forumu çərçivəsində Cənub-Şərqi Avropa və Transxəzər Biznes Sammiti 

Qlobal Bakı Forumu çərçivəsində Cənub-Şərqi Avropa və Transxəzər Biznes Sammiti 


Martın 15-də işini davam etdirən XIII Qlobal Bakı Forumu çərçivəsində "The Economist" jurnalının birgə təşkilatçılığı ilə “Cənub-Şərqi Avropa və Transxəzər Biznes Sammiti” keçirilib.

AZƏRTAC xəbər verir ki, “Enerji və infrastruktur sahəsində tərəfdaşlıq naminə dəhlizlərin genişləndirilməsi” mövzusunda təşkil olunan panel müzakirəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır, Haitinin keçmiş Baş naziri Cozef Contue, Sülhü əks etmə qrupunun həmsədri, Beynəlxalq və Avropa Məsələləri İnstitutunun üzvü Frank Odannell (İrlandiya), Dünya İncəsənət və Elm Akademiyasının Baş katibi Conani Ramanatxan və başqaları çıxış ediblər.

Qeyd olunub ki, son 10 ildə dünyada böyük transformasiyalar baş verib, iqlim dəyişmələri, qlobal və regional xarakterli silahlı münaqişələr dünya düzənini pozub. Qlobal Cənubla yanaşı, Qlobal Şimalda da insanların təhlükəsiz yaşaması problemə çevrilib.

Müasir texnologiyaların sürətli inkişafı bir tərəfdən cəmiyyətin sosial-iqtisadi inkişafına təkan verirsə, digər tərəfdən müharibələr üçün alətə çevrilir. Bütün bunlara görə də bu gün dünya liderləri birləşib sistemli problemlərin həlli yollarını tapmalı, sülh və təhlükəsizliyin təmin olunması üçün ciddi səylər göstərməlidirlər. Bu birliyi yaratmaq üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq daha da genişləndirilməlidir.

Müzakirələrdə enerji sahəsində əməkdaşlıq məsələlərinə də toxunulub. Məsələ ətrafında Ekvadorun keçmiş xarici işlər naziri, BMT Baş Assambleyasının 73-cü sessiyasının Prezidenti Maria Fernanda Espinosa, Ərəb Liqasının keçmiş Baş katibi Əmr Musa, İsveçrə Beynəlxalq Əlaqələr İnstitutunun vitse-prezidenti David Sikvaidze, Gürcüstanın Baş nazirinin keçmiş müavini Eka Tkeselaşvili və başqaları çıxış ediblər.

Diqqətə çatdırılıb ki, iqlim dəyişmələrinin qarşısını almaq üçün karbon emissiyasını azaltmaq və atmosferə digər zəhərli qazların tullantısını dayandırmaq olduqca vacib məsələdir. Buna nail olmaq üçün alternativ enerji mənbələrindən enerji istehsalını artırmaq, bu sahəyə sərmayə yatırımını təşviq etmək zəruridir.

Azərbaycan bu gün qlobal xarakterli layihələr həyata keçirməkdədir. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayaraq 16 ölkəyə təbii qaz ixrac edir. Bununla yanaşı, Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında körpü funksiyasını yerinə yetirərək, Mərkəzi Asiya ölkələrində istehsal olunan alternativ enerjini “Köhnə qitə”yə tranzit olaraq ötürməyə hazırlaşır. Xəzər dənizi ilə Qara dənizi birləşdirəcək enerji dəhlizi qlobal enerji təminatına verilən böyük töhfədir.

Digər panellərdə Yaxın Şərqdə baş verən müharibə və onun həlli yolları, müasir şəhərsalma metodları, informasiya texnologiyalarının inkişafı və süni intellektin cəmiyyətin həyatına təsiri və bir sıra başqa aktual məsələlər müzakirə olunub, fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xankəndi şəhərində intellektual festival

21:09
01 May

Burundili tələbə: Müstəmləkəçilik zehniyyətindən uzaqlaşmalı, yeni bir təfəkkürə keçməliyik

21:07
01 May

“Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq Gənclər Forumuna yekun vurulub  

21:06
01 May

Media: İran ABŞ-yə sülh müqaviləsi layihəsi ilə bağlı cavab verib

21:01
01 May

DİN: Məktəbə gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub, araşdırma başlayıb

20:48
01 May

III Çarlzın ABŞ-yə səfəri başa çatıb

20:28
01 May

BP-nin AGT regionu üzrə yerli xərcləri artıb

20:13
01 May

Afrikada qida qıtlığı riski artır  

20:01
01 May

Nəhəng şirkətlər aşağı karbonlu enerjini necə təmin edir?

19:53
01 May

Böyük Britaniyada süni intellektlə bağlı yeni araşdırma

19:46
01 May

Gənclər milli kimlik və həmrəylik mesajları səsləndirib

19:39
01 May

Bu il dünyada 45 milyon insan aclıq riski ilə üzləşə bilər

19:31
01 May

Böyük Britaniyada terror təhlükəsi səbəbindən təhlükəsizlik gücləndirilib

19:22
01 May

Çin Afrika ölkələri ilə ticarət əlaqələrini genişləndirir

19:13
01 May

Yanacağın bahalaşması Avropa aviaşirkətlərini müflis edə bilər

19:05
01 May

ABŞ və Venesuela arasında 7 illik fasilədən sonra birbaşa uçuşlar bərpa olunub  

18:57
01 May

Somali sahillərində piratçılıq yenidən artır

18:48
01 May

Nazir: Naxçıvanda fövqəladə hadisələrlə uğurla mübarizə aparılır

18:44
01 May

Diplomatik korpusun nümayəndələri Şuşa qala divarlarını ziyarət ediblər

18:43
01 May

WUF13-ün Bakıda təşkili Azərbaycanın şəhərsalma nailiyyətlərinin beynəlxalq tanınmasının göstəricisi kimi dəyərləndirilib  

18:41
01 May

“ABAD məhəllə” layihəsi çərçivəsində abadlıq və yenidənqurma işləri genişlənir

18:33
01 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!