16 Aprel 2024 17:22
551
CƏMİYYƏT
A- A+
“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

 

Aprelin 16-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində ölkənin ictimai həyatında səmərəli fəaliyyətlərinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunan qadınlara mükafatlarının təqdimetmə mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən komitə sədri Bahar Muradova Azərbaycan qadınının tarixən ailə dəyərlərimizi qoruyan və inkişaf etdirən, layiqli vətəndaş, eləcə də torpaqlarımızı işğaldan qurtaran igid qəhrəmanlar yetişdirən fədakar analar olduqlarını vurğulayıb. B.Muradova milli-mənəvi dəyərlərimizin yaşadılmasında əsas yükün qadınların çiyinlərinə düşdüyünü, xalqımızın tarixən maarifpərvər və bacarıqlı xanımlarımızla qürur duyduğunu deyib.

Ümummilli Lider Heydər Əliyevin qadınları hər zaman yüksək qiymətləndirdiyini, onların ailədə, cəmiyyətdə, dövlət həyatındakı yerinə özünəməxsus münasibəti olduğunu xatırladan komitə sədri Ulu Öndərin qadın siyasətində qoyduğu ənənələrin bu gün də davam etdirildiyini diqqətə çatdırıb.

“Heydər Əliyev İli” çərçivəsində reallaşdırılan layihələrdən söz açan B.Muradova Azərbaycanın ötən il əldə etdiyi bir çox nailiyyətləri xatırladıb, Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Zəfərdən sonra ölkəmizin yeni-yeni uğurlara imza atdığını, antiterror tədbirləri nəticəsində öz suverenliyini, ərazi bütövlüyünü bərpa etdiyini bildirib. Komitə sədri qələbə ruhunda keçirilən ilk prezident seçkilərinin nəticələrini Ulu Öndərin irsinə sadiqliyin göstəricisi adlandırıb. Əlavə edib ki, bütün bu proseslərdə, eyni zamanda, yaxın gələcəkdə Qarabağa qayıdışın təmin olunmasında qadınlarımızın rolu danılmazdır.

Prezidentin Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrikdə “Xalqımız hər zaman qadınlara çox böyük hörmət, ehtiram bəsləmiş, ana haqqını üstün tutmuşdur” fikrini xatırladan Bahar Muradova ölkəmizin hazırkı dövlət qadın siyasətinin bu zəmin üzərində inkişaf etməkdə olduğunu deyib.

Sonda komitə sədri təltif olunan qadınları təbrik edib, Prezidentin imzası ilə dövlət mükafatı almağın şərəf, qürur və məsuliyyət olduğunu, onların medalı ləyaqət və fəxarətlə daşıyacaqlarına inandığını bildirib.

Daha sonra Azərbaycan elminin və mədəniyyətinin inkişafında öz sözünü demiş, eləcə də ictimai-siyasi sahədə mühüm xidmətləri olan qadınlara Prezident təltifləri təqdim edilib.

Mükafatlandırılan qadınlar çıxışlarında qalib ölkənin vətəndaşları kimi təltif edilmələrinin qürurverici olduğunu söyləyiblər. Bu təltifi fəaliyyətlərində şərəfli bir səhifə kimi qiymətləndirərək, Azərbaycan qadınlarına göstərdiyi diqqət və etimada görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, etimadı doğruldacaqlarını, Vətənimizə, millətimizə sadiq olacaqlarını vurğulayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub

12:41
05 Mart

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sənayesində investisiyalar 26 faizədək artıb 

12:02
05 Mart

Uşaqları və gəncləri idmana təşviq etmək daha sağlam nəslə sərmayə qoymaqdır

11:43
05 Mart

Nazir: Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə əmək müqavilələrinin sayı 1 milyonu ötüb

11:23
05 Mart

Baş nazirin müavini: Azərbaycan iqtisadi siyasətini qlobal proseslərin real təsirləri nəzərə alınmaqla formalaşdırır  

11:17
05 Mart

“New York Post”: Heydər Əliyev Mərkəzi beynəlxalq incəsənət mərkəzinə çevrilir

11:07
05 Mart

Azərbaycandan Ermənistana neft məhsulları və Rusiya gübrəsi yola salınıb

10:51
05 Mart

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

10:50
05 Mart

Dünya bazarında qızıl 40 dollaradək bahalaşıb

10:16
05 Mart

Dünya birjalarında neft bahalaşıb

10:08
05 Mart

Azərbaycan nefti ucuzlaşıb

10:02
05 Mart

Keçmiş məcburi köçkün: Sevincimizin həddi-hüdudu yoxdur 

09:47
05 Mart

Ağdam sakini: Həmişə düşünürdüm ki, mütləq qayıdacağıq 

09:36
05 Mart

Avropada sığınacaq axtaranların sayı xeyli azalıb

09:15
05 Mart

Keçmiş məcburi köçkün: 32 yaşımda 4 nəfərlə çıxmışdıq, 66 yaşımda 10 nəfərlə qayıdıram 

09:13
05 Mart

"Alimlərin sultanı"

09:10
05 Mart

Növbəti Beynəlxalq Xalça Festivalı mayda keçiriləcək

09:05
05 Mart

Ağdam şəhərinə daha 90 ailə köçürülüb

09:04
05 Mart

Bənzərsiz memarlıq abidəsi 

09:00
05 Mart

Özü xalqın xatirəsində, adı zamanın yaddaşında yaşayır

08:55
05 Mart

"Şəhid ismi yazılaydı soyadım..."

08:50
05 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!