13 Fevral 2025 18:37
574
DÜNYA
A- A+
Teleqrama yeni funksiyalar əlavə edilib

Teleqrama yeni funksiyalar əlavə edilib


Əldə edilə növbəti böyük yenilənmə ilə Teleqram istifadəçilər videolar üçün üzlüklər təyin edə, kanallar adından ulduz reaksiyası qoya, videolar üçün müəyyən bir vaxtdan başlamaqla keçid linkləri kopyalaya və stikerlər üzrə axtarış üçün süni zəkadan istifadə edə bilərlər. Axtarış nəticələrində istifadəçilər tərəfindən yaradılmış milyonlarla stiker və emoji əlçatan olub. Axtarışda "kədərli pişik" və ya "robot-musiqiçi" kimi bir neçə açar söz daxil etmək kifayətdir və uyğun stiker və emojilər dərhal görünəcək. Bu funksiya ümumilikdə 29 dildə çalışır. Bundan əlavə, istənilən istifadəçi daxili redaktor vasitəsilə öz stikerlərini və emojilərini yarada bilər.

2019-cu ildən etibarən Teleqramda videoya müəyyən bir andan başlaması üçün zaman nişanı əlavə etmək mümkün idi. İndi isə bu funksiyanı zaman nişanı ilə deyil, birbaşa keçid linki vasitəsilə paylaşmaq imkanı yaradılıb. Belə bir linkə keçid etdikdə, Teleqramda video göstərilən vaxtdan etibarən avtomatik başlayacaq. Link paylaşmaq üçün videoplayerdəki "Paylaş" düyməsinə toxunmaq və açılan pəncərədə müvafiq seçimə işarə qoymaq kifayətdir. İstifadəçi həmin anki görüntüdən başlayacaq bir keçid əldə edəcək. Videolar paylaşılarkən və ya video hekayələr yaradılarkən artıq üzlük üçün istənilən kadr seçilə bilər. Videoya əlavə olaraq mətn, emoji, stikerlər və digər elementlər daxil etmək mümkündür. Üzlük təyin etmək üçün videonu redaktorda açmaq, sağ üst küncdəki üç nöqtəyə klikləmək və "Üzlüyü dəyiş" seçimini etmək lazımdır.

Platformda video izləmək də artıq daha rahatdır. Player avtomatik olaraq dayanılan anı yadda saxlayır və beləliklə istənilən vaxt videonu izləməyə qaldığı yerdən davam etmək mümkündür. Bütün videolar artıq “picture-in-picture” rejimində izlənilə bilər. Bu funksiya videonu dayandırmadan mesajlara cavab verməyə və çatları nəzərdən keçirməyə imkan yaradır. İstifadəçilər artıq ulduz reaksiyasını yalnız öz adlarından deyil, həm də kanalların adından qoya bilərlər. Bu yenilik, postların altındakı şərhlərdə liderlər sıralamasında görünməklə kanalların tanıtımına kömək edir. Məxfiliyi qorumaq üçün anonim rejim aktiv edilə bilər, bu da istifadəçinin adını gizlətməyə imkan verir.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Oman münasibətlərinin inkişafı diqqət mərkəzində olub

19:06
10 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:04
10 Mart

Bob Blekmen: Azərbaycan Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşağına çevrilir  

18:47
10 Mart

Gürcüstanın Apellyasiya Məhkəməsi Mixeil Saakaşvili barədə qərarı qüvvədə saxlayıb

18:17
10 Mart

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

18:05
10 Mart

ABŞ-Azərbaycan Ticarət Palatası 30 yaşını qeyd edir

17:56
10 Mart

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

17:46
10 Mart

DSMF: Müavinətlərin proaktiv təyini sosial xidmətlərin daha sürətli, şəffaf və rahat göstərilməsinə kömək edəcək  

17:42
10 Mart

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük neft emalı zavodu fəaliyyətini dayandırıb  

17:35
10 Mart

“ƏDV geri al” çərçivəsində 35 milyon manatadək vəsait istehlakçılara qaytarılıb

17:29
10 Mart

Energetik içkilərdə orqanizm üçün təhlükəli maddə aşkarlanıb

17:21
10 Mart

Kolumbiyanın ölkəmizdəki yeni səfiri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib  

17:12
10 Mart

Kənd təsərrüfatı nazirinin müavini Salyanda vətəndaşların müraciətlərini dinləyib

16:58
10 Mart

Çinin idxalının kəskin artması 120 günlük neft ehtiyatını təmin edəcək

16:50
10 Mart

Keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib

16:49
10 Mart

MEDİA: Avropa Şurası Platformasının hesabatı qərəzli və spekulyativdir

16:47
10 Mart

Qlobal neft tələbatının təxminən 70%-i strateji dəniz boğazları vasitəsilə nəql olunur. Rəqəmlər və faktlar 

16:46
10 Mart

İrandan xarici vətəndaşların təxliyəsi davam edir: Daha 3 Hindistan vətəndaşı Azərbaycan ərazisinə keçib  

16:44
10 Mart

Xankəndi və Xocalının bir sıra təhsil müəssisələrində tədris prosesi izlənilib

16:43
10 Mart

Qətər XİN: İranın enerji obyektlərinə hücumları təhlükəli presedent yaradır

16:41
10 Mart

Kreml Ukrayna üzrə danışıqların davam etdirilməsini istəyir

16:33
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!