15 Aprel 2024 17:10
2105
Səhiyyə
A- A+

Tədqiqat: B12 vitamini xroniki iltihabı azaltmağa kömək edə bilər

 

Bu yaxınlarda aparılan bir araşdırma B12 vitamini ilə ürək xəstəliyi, diabet və neyrodegenerativ xəstəliklər də daxil bir sıra ciddi sağlamlıq problemlərinə səbəb olan xroniki iltihab arasında xüsusi əlaqəni üzə çıxarıb.

AZƏRTAC “Knowridge” saytına istinadla xəbər verir ki, “Journal of Food and Agriculture” nəşrində dərc olunan tədqiqat B12 vitamininin həm insanlarda, həm də siçanlarda iltihabın əsas markerlərinə necə təsir etdiyinə yönəlib. Məhz bu vitamin xüsusilə sinir, DNT və qırmızı qan hüceyrələrinin istehsalı üçün vacibdir. Onun bədəndə kəskin çatışmazlığı nevroloji pozğunluq kimi ağırlaşmalara səbəb ola bilər.

Əvvəlki araşdırmalar B12 vitamininin iltihabı azaltmağa kömək edə biləcəyini irəli sürsə də, bu əlaqənin dəqiq sübutu indiyə qədər tam müəyyənləşməyib. İspaniyalı tədqiqatçılar B12 vitamini səviyyəsinin iki xüsusi iltihabi markerə necə təsir etdiyinə diqqət yetiriblər: interleykin-6 (IL-6) və C-reaktiv protein (CRP).

Tədqiqatlarını aparmaq üçün komanda İspaniyada Aralıq dənizi pəhrizinin ürək-damar xəstəliklərinin qarşısının alınmasına təsirini araşdıran böyük bir klinik sınaq olan “PREDIMED” iştirakçılarının məlumatlarından istifadə edib. Bu məqsədlə B12 vitamini, habelə IL-6 və CRP səviyyələrini ölçmək üçün iştirakçıların qanı analiz olunub. Tapıntılar əks-əlaqəni göstərib: B12 vitamini çox olanlarda iltihab markerləri aşağı səviyyəyə enib. Nəticə bu vitaminin adekvat səviyyədə saxlanmasının potensial olaraq iltihabı idarə etməyə və əlaqəli xəstəliklərin qarşısının alınmasına kömək edə biləcəyini göstərir.

Araşdırma potensial müalicə vasitəsi kimi B12 vitamini ilə bağlı əlavə tədqiqatlara yol açır. Onlar nəticələrin müxtəlif yaşlar üzrə doğru olub-olmadığını yoxlamaq və B12 vitamini çatışmazlığı, infeksiyalar, yaşlanma prosesinin xroniki iltihabla qarşılıqlı əlaqəsini araşdırmaq üçün tədqiqata daha müxtəlif qrupları cəlb etmək niyyətindədir.

Bu tədqiqat iltihabla mübarizədə B12 vitamininin potensial rolunu vurğulayır və xəstəliklərin idarə olunmasında, həmçinin qarşısının alınmasında onun daha geniş tətbiqini dəstəkləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video