04 Noyabr 2021 00:16
2083
SİYASƏT
A- A+
Tarixin ən şanlı 44 günü

Tarixin ən şanlı 44 günü

 

Qələbə ilə başa çatan 44 günlük şanlı Zəfər tarixindən artıq bir il ötür. Lakin “dəmir yumruq” əməliyyatı ilə keçirilən İkinci Qarabağ savaşı Azərbaycan tarixinə şanlı səhifələr yazdı. Dünya xəritəsində kiçik bir yeri əhatə edən Azərbaycan dövləti Vətən müharibəsində bütün bəşəriyyətə səs salaraq öz gücünü göstərdi.

O güc ki, heç bir beynəlxalq təşkilat tərəfindən, heç bir bəyanat və danışıqlarla öz həllini tapa bilmirdi. 44 günün tamamında Azərbaycan öz həqiqətlərini dünya birliyinə çatdırdı. Göstərdi ki, necə qüdrətli dövlətimiz, necə əzmkar, vətənpərvər, igid xalqımız var imiş. Torpaqlarımızdan ayrı qaldığımız 30 ilin küdurəti, nisgili, ağrısı-acısı vulkan olub 44 gündə püskürdü və bundan çıxan od-alov düşməni yandırdı.

Ötən il bu vaxtlar qüdrətli Azərbaycan dövləti öz əzəli-əbədi torpaqlarını işğaldan azad etmək üçün əks-hücum tədbirlərinə başladı. Biz öz əzəli-əbədi torpaqlarımız, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağımız uğrunda müharibə etdik. Lakin daha əvvəl 30 ilə yaxın müddət ərzində sülh danışıqları apararaq, Qarabağ münaqişəsinin dinc yolla həll olunacağına ümid bəsləyirdik. Ümummilli Lider Heydər Əliyev, Prezident

İlham Əliyev dəfələrlə danışıqlar aparmış, beynəlxalq konfranslarda çıxışlar etmiş, Dağlıq Qarabağın ədalətli həlli üçün dünya birliyinə çağırışlar etmişdilər. Lakin bütün danışıqlara əhəmiyyət verilməmiş, BMT tərəfindən qəbul olunmuş 4 qətnamə kağız üzərində qalmış, heç bir nəticə hasil olmamışdır.

Aprel döyüşlərindən 4 il sonra 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində şiddətli döyüşlər baş verdi. Belə ki, Ermənistan ordusu artilleriya, iriçaplı silahlar və minaatanlardan istifadə etməklə Tovuz rayonu istiqamətindəki mövqelərimizə hücum etdi. Azərbaycanın qüdrətli ordusu tərəfindən hücumun qarşısı alındı və işğalçılara ağır zərbələr endirildi. Həmin döyüşlər zamanı general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev də daxil olmaqla, böyük şücaət göstərən 12 hərbçimiz şəhidlik zirvəsinə yüksəldi. Bu, bir daha sübut etdi ki, qüdrətli ordumuzun yüksək rütbəli zabitləri əsgərlərlə çiyin-çiyinə döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. 5 günlük Tovuz döyüşləri Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının azad olunmasına yol açaraq qığılcım rolunu oynadı.

Ermənistanın ölkəmizə qarşı 2020-ci il 27 sentyabrdan başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycanın Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsi başladı. Bu, müasir dünya tarixinə qızıl hərflərlə yazılacaq vətənin ərazi bütövlüyü uğrunda savaşı idi.

28 sentyabr 2020-ci ildə Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəcamı ilə ölkədə qismən səfərbərlik elan olundu. Ehtiyatda olan hərbi qulluqçular, o cümlədən könüllü olaraq ordu sıralarına yazılmış gənclər döyüşlərə cəlb olundu.

Qələbəmizin qazanılmasında vətənə canını fəda edən şəhidlərimizdən, öz sağlamlıqlarını qurban verən qazilərimizdən, müharibənin dəhşətləri içərisində böyük zədə alan veteranlarımızdan əlavə bu cür mərd oğulları yetişdirən valideynlərin, heç nəyə baxmadan onları qürurla cəbhəyə yola salan mərd xanımların da böyük rolu var idi. Mən bir neçə müharibə iştirakçısının xanımı ilə əlaqə saxladıqda ortaq bir məqama şahid oldum. Biz yoldaşlarımızı müharibəyə fəxrlə yola saldıq, onların ardınca ağlamadıq, mərd dayandıq, başımızı uca tutduq, çünki biz möhkəm olmalı idik ki, onlar güc toplayıb düşmənə daha ağır zərbələr endirə bilsinlər. Biz möhkəm olmalı idik ki, övladlarımız atalarının necə bir qəhrəman olduqlarını dərk edə bilsinlər.

Mən yoldaşımı cəbhəyə yola salan ilk gündən azyaşlı övladıma “sənin atan qəhrəmandır, düşmənləri bizim torpaqlarımızdan qovmağa gedir” söyləyirdim. Qızım balaca ürəyi ilə çox sevinirdi ki, atası düşmənlə savaşa gedir. Lakin onun üçün çox darıxırdı. Əgər biz xanımlar da göz yaşı töksəydik, kim onlara təsəlli verəcəkdi?! Döyüşçü xanımı olmaq nə qədər çətin olsa da, eyni zamanda, qürurvericidir. Həmin ərəfələrdə keçirilən qarışıq hissləri sözlə ifadə etmək qeyri-mümkündür. Hər səhəri ümidlə açmaq arzusu, hər gecə yuxuların ərşə çəkilməsi, bir neçə gün cəbhə ilə əlaqə saxlaya bilmədikdə bütün mümkün ola biləcəklərin bir anda ard-arda xəyalında canlanması və ürəyindəki narahatlığı heç kimə büruzə verməmək çox ağırdır.

Bütün bunlar yalnız 44 gündə deyil, müharibə bitdikdən sonra döyüşçülərimiz geri qayıdana qədər də yaşandı. Bir an belə nigarançılıqdan qurtula bilmirdin: kaş ki bütün mərd oğullarımız şanlı qələbə ilə nəticələnən müharibədən sağ-salamat geri qayıdaydı, kaş ki heç bir uşaq atasız, heç bir valideyn övladsız, heç bir bacı qardaşsız, heç bir xanım yoldaşsız qalmayaydı...

Yoldaşım Ağayev İlkin Elman oğlu Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etdi. Cəbrayılda olarkən döyüş yoldaşları ilə birlikdə tank əleyhinə minaatanın dalğasına tuş gəldi. 44 gün ərzində hər an ölümlə üz-üzə qalsalar belə, qorxmadılar, çəkinmədilər. Onları yandıran gözləri önündə faciəli şəkildə şəhid olan döyüş yoldaşları idi. İgid qardaşlarının qanının yerdə qalmamaları üçün ölümə gedirdilər. Bir il keçməsinə baxmayaraq, hələ də bu barədə söhbət açılarkən müharibə iştirakçılarının halı dəyişir, gözləri yaşarır. Təkcə ona görə yox ki, müharibədə dəhşət içində döyüşdülər, ağrılar, acılar çəkdilər, yaralandılar, böyük fiziki zərbə aldılar, həm də ona görə ki, döyüş yoldaşlarının dəhşətli ölümünə şahid oldular.

Bizim qəhrəmanımız Vətən müharibəsi barədə söz açanda gördüklərinin filmlərdə çəkilənlərdən qat-qat dəhşətli olduğunu deyir. Təkcə Şuşa uğrunda gedən döyüşlər nəinki bizimkiləri, bütün dünyanı heyrətə gətirmişdi. Hərbçilərimiz sıldırım qayalara yüngül silahlarla çıxmış, düşmənlə əlbəyaxa döyüşmüş, şəhid və yaralı yoldaşlarını özləri ilə daşımışdılar.

44 gün ərzində döyüş meydanında qazanılan şanlı qələbəmizlə yanaşı, Azərbaycan xalqı informasiya cəbhəsində də üstünlüyü əlinə aldı. Xalqımız gerçəkləri dünyaya çatdırmaq üçün sosial şəbəkələrdə genişmiqyaslı informasiya müharibəsində də qalib oldu. Bu qalibiyyətin başında da Ali Baş Komandan dururdu.

İlham Əliyevin müzəffər ordumuzun uğurları ilə eyni vaxtda informasiya siyasətinin də başına keçərək Azərbaycanın haqq səsini dünya birliyinə və mediasına çatdırdı.

İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı Zəfər salnaməsi kimi yadda qalacaq. Artıq balalarımız bu şanlı tarixi dərsliklərdən öyrənəcəklər. Lakin qan yaddaşımızı da unutmaq olmaz.

44 gün ərzində xalqımız yüksək səviyyədə birlik nümayiş etdirdi. Ön cəbhədə hərbçilərimizin şücaəti, ordumuzun rəşadəti, arxa cəbhədə mülki insanlarımız, bütövlükdə isə xalqımızın həmrəyliyi nəticəsində qələbə çaldıq. Bir daha dünyaya sübut etdik ki, bu torpaqlar əzəli və əbədi Azərbaycan torpaqları olmuşdur, “Dəmir yumruq” əməliyyatı göstərdi ki, Qarabağ Azərbaycandır!

 

Nuridə ƏLİZADƏ,

hüquqşünas

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün BƏƏ 9 ballistik raketin və 50 PUA-nın hücumuna məruz qalıb

15:58
05 Aprel

Nazir Kəmaləddin Heydərov Badamdar yamacında sürüşmə sahəsində yaranmış vəziyyətlə əlaqədar ərazidə olub

14:57
05 Aprel

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

14:51
05 Aprel

İDMAN Azərbaycan gimnastı qızıl medal qazanıb

14:19
05 Aprel

Gəncədə cüdo üzrə Avropa Kuboku turniri yüksək səviyyədə təşkil olunub

13:31
05 Aprel

Volodimir Zelenski: Bu gün Ukraynanın prioritet olmadığını etiraf etməliyik

13:07
05 Aprel

Azərbaycan dövlətinə və xalqına qarşı ağır cinayətlər törətmiş Zori Balayan ölüb

11:45
05 Aprel

Milli Hidrometeorologiya Xidməti: Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib

11:29
05 Aprel

Media: ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü də xilas edib

09:09
05 Aprel

İranda neft-kimya kompleksinə hava hücumu nəticəsində 5 nəfər ölüb  

09:03
05 Aprel

SEPAH: İran səmasında daha bir pilotsuz təyyarə vurulub

06:41
05 Aprel

Azərbaycanın gənclər və idman nazirinin Türkiyəyə səfəri başa çatıb

23:47
04 Aprel

Buşehr Atom Elektrik Stansiyası yaxınlığına mərmi düşüb, bir nəfər ölüb

21:43
04 Aprel

Prezident Ərdoğan: Türkiyə Rusiya-Ukrayna danışıqlarına dəstəyini davam etdirəcək

21:12
04 Aprel

Rəsmi Kiyev sülh danışıqlarında fasiləni şərh edib

20:45
04 Aprel

İraqla İran arasındakı sərhəd-keçid məntəqəsinə hava zərbəsi endirilib, ölən var

20:17
04 Aprel

Media: İraqın cənubundakı neft yatağına PUA hücumu olub, 3 nəfər yaralanıb

19:42
04 Aprel

Tramp: İrana verilən vaxt bitmək üzrədir

18:29
04 Aprel

Azərbaycanın gənclər və idman naziri Türkiyəyə səfər edib

18:06
04 Aprel

İstanbulda təşkil olunan "Heydər Əliyev Kuboku" uğrunda futbol yarışmasının qalibi müəyyənləşib

17:12
04 Aprel

Azərbaycan yelkənçiləri Sloveniyada mübarizəni davam etdirirlər

16:29
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!