30 Dekabr 2025 08:35
186
İQTİSADİYYAT
A- A+
TAP-ın ilk yubileyi

TAP-ın ilk yubileyi


Artıq 5 ildir Avropa bu kəmər vasitəsilə Azərbaycandan təbii qaz idxal edir


2025-ci ilin yanvar-noyabr aylarında  Azərbaycanın ixrac etdiyi qazın ümumi həcmi 22,9 milyard kubmetr təşkil edib. Bu,  2024-cü ilin 11 ayına  nisbətdə 1,8 milyard  kubmetr artımla 45,8 milyard kubmetr  qaz  hasilatı  çərçivəsində  reallaşıb.  Azərbaycan qazı  əsasən Türkiyə, Avropa İttifaqı ölkələri (İtaliya, Bolqarıstan, Yunanıstan) və Gürcüstana nəql edilib.  Türkiyə 6,25 milyard  kubmetr, Avropa 9,4 milyard kubmetr  civarında paya sahib olub. 

Avropa 5 ildir yeni mənbədən - Azərbaycanın "Şahdəniz" yatağından və yeni marşrutla - Trans-Adriatik Qaz Boru Kəməri (TAP)  ilə qaz alır. Bu, 2000-ci il dekabrın 31-də  TAP-ın  istifadəyə verilməsi ilə mümkün oldu. 

TAP-ın fəaliyyətə başlaması ilə təşəbbüskarı və aparıcı qüvvəsi Azərbaycan olan "Cənub qaz dəhlizi" layihəsi qələbə çaldı. Sonuncu seqment olduğundan bu kəmər 3500 kilometrlik möhtəşəm layihəni tamamladı. Belə ki, Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı Gürcüstandan keçməklə Türkiyəyə və oradan da Avropaya daşıyan "Cənub qaz dəhlizi" üç kəmərdən - genişləndirilmiş CQBK (Cənubi Qafqaz Boru Kəməri), TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP-dan ibarətdir.

Xatırladaq ki, TAP-ın təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Xəttin çəkilişi bir neçə il davam edib və onun istifadəyə verilməsi ilə "Cənub qaz dəhlizi" tam sistem kimi işə düşüb. TAP-ın səhmdarları BP (20 faiz), SOCAR (20 faiz), "Snam S.p.A." (20 faiz), "Fluxys" (19 faiz), "Enagas" (16 faiz) və "Axpo" (5 faiz) şirkətləridir. 

Kəmər uzun məsafə qət edərək Azərbaycan qazını İtaliyanın cənubuna, bu ölkədən də Qərbi Avropaya çatdırır. Bu, uzunluğu təxminən 878 kilometr olan boru xəttidir. Onun 550 kilometri Yunanıstanın, 210 kilometri Albaniyanın ərazisindən, 105 kilometri Adriatik dənizinin altından keçir. Xəttin bir neçə kilometrlik hissəsi İtaliyada quru sahəyə çıxır. Burada kəmər həmin ölkənin qaz nəqliyyatı şəbəkəsi ilə birləşir. Boru xətti beş ildir fasiləsiz və təhlükəsiz fəaliyyət göstərir.

Yeni çağırışlar qarşısında Avropanın qaza tələbatı getdikcə artır. Odur ki, Azərbaycandan mavi yanacaq idxal etmək istəyən ölkələrin də sayı çoxalır. Yeri gəlmişkən: bu gün Azərbaycan 14 ölkəyə - Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana, İtaliyaya, Rumıniyaya, Macarıstana, Serbiyaya, Sloveniyaya, Xorvatiyaya, Şimali Makedoniyaya və Slovakiyaya, Ukrayna və Suriyaya  qaz ixrac edir. 

İxrac coğrafiyasının genişləndirilməsi üçün ən vacib şərtlərdən biri də müvafiq infrastrukturun olmasıdır. Başqa sözlə, indi TAP-ın genişləndirilməsi məsələsi gündəmə gəlib. TANAP genişləndirilmədən isə bu, mümkün deyil. Eləcə də Avropanın ərazisində əsas kəmərə birləşən yeni interkonnektorlar çəkilməlidir.  

2022-ci il oktyabrın 1-də Sofiya şəhərində Azərbaycan təbii qazını Bolqarıstana nəql edən Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) açılışı bu istiqamətdə atılan mühüm addım oldu. Belə ki, IGB-nin reallaşması TAP-ın inkişafında mühüm bir mərhələnin başlanğıcı, "Cənub qaz dəhlizi"nin yeni qollarla şaxələnməsinin göstəricisi kimi dəyərləndirilir. IGB-nin açılışı Bolqarıstanın, ümumən Cənub-Şərqi Avropanın şaxələndirilmiş enerji təchizatında, istehlakçıların sərfəli və təmiz enerjiyə çıxışında strateji əhəmiyyətli hadisədir. 

2024-cü il dekabrın 10-da isə Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun fəaliyyətə başlaması da göstərdi ki, nəzərdə tutulan işlər uğurla reallaşır. İki ölkə arasında bu yeni xəttin tikintisinə həmin il fevralın 1-də başlanmışdı və tamamlanması da məhz planlaşdırıldığı vaxt - ilin sonunda baş verdi. Bu kəmər Serbiyanın ümumi enerji təhlükəsizliyində mühüm rol oynayacaq.

 Məlum olduğu kimi, 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artırmaq nəzərdə tutulur. Bu məsələ 2022-ci il iyulun 18-də imzalanmış Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığına dair Anlaşma Memorandumunda da öz əksini tapıb. İndi həmin hədəfə doğru uğurlu addımlar atılır. 2027-ci il üçün ixrac  rəqəmini 20 milyard kubmetrə çatdırmaq gözlənilir.

Prezident İlham Əliyev bu il dekabrın 8-də Slovakiyaya rəsmi səfəri çərçivəsində Bratislavada mətbuata bəyanatında  demişdir: "Keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilmişdir və Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edə bilər. Onu da bildirməliyəm ki, bizim zəngin qaz yataqlarımız bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edək. Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb. Biz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır. Hazırda bizim ümumi qaz ixracımız 25 milyard kubmetr səviyyəsindədir, bunun da yarısı Avropa ölkələrinə nəql edilir. Bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur".

8-i Aİ-nin üzvü olmaqla Avropanın 10 ölkəsinə Azərbaycan qazını çatdıran məhz TAP-dır. Onu da qeyd edək ki, sözügedən mənbədən və həmin marşrutla qaz alan ölkələrin sayının daha çox olacağı gözlənilir.  


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Səhiyyə Nazirliyi bayram və istirahət günləri ilə əlaqədar əhaliyə müraciət edib

10:33
30 Dekabr

Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb

09:33
30 Dekabr

BDYPİ bayram günlərində səfərə çıxan vətəndaşlara müraciət edib

09:17
30 Dekabr

İran hər hansı potensial təcavüzə sərt cavab verəcəyinə söz verib

08:55
30 Dekabr

Tədqiqat: Günəş işığı kişilərdə depressiya riskini azaldır

08:46
30 Dekabr

Qarabağ və Şərqi Zəngəzurda görülən işlər daha bir əzəmətli zəfərimizdir

08:45
30 Dekabr

Ukrayna 2026-cı ildə ABŞ yardımı alacaq ölkələrin siyahısına daxil edilib

08:43
30 Dekabr

Tramp: ABŞ Türkiyəyə F-35 təyyarələrinin tədarükünü ciddi şəkildə nəzərdən keçirir

08:41
30 Dekabr

20 il əvvəl “Qərbi Azəri”dən ilk neft hasil olunmuşdur

08:40
30 Dekabr

ABŞ Prezidenti: Türkiyə qoşunlarının Qəzza zolağında yerləşdirilməsinə etiraz etmirəm

08:39
30 Dekabr

TAP-ın ilk yubileyi

08:35
30 Dekabr

Fətəli xan Xoyskinin siyasi baxışları və dövlətçilik fəlsəfəsi

08:30
30 Dekabr

2025-ci il sosial müdafiə sahəsində növbəti uğurlarla yadda qaldı

08:25
30 Dekabr

Zəfərdən dirçəlişə

08:20
30 Dekabr

“Nadir fauna növləri” adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib

08:15
30 Dekabr

195 yaşlı Şuşa qəza məktəbi - ilk dünyəvi təhsil ocağı

08:10
30 Dekabr

Azərbaycanın liderliyi, sülh strategiyası və yeni regional reallıqlar

08:05
30 Dekabr

Azərbaycanın başlatdığı sülh prosesi real nəticələr verir

08:00
30 Dekabr

Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında

03:31
30 Dekabr

“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 292-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə

03:29
30 Dekabr

Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında

03:15
30 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!