19 May 2022 12:33
1336
CƏMİYYƏT
A- A+
Tanınmış alim Tofiq Məmmədov faciəli şəkildə vəfat edib  

Tanınmış alim Tofiq Məmmədov faciəli şəkildə vəfat edib  

 

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib. Botanika sahəsində tanınmış alim, “Şöhrət” ordenli, AMEA-nın Dendrologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Tofiq Sadıq oğlu Məmmədov mayın 19-da ömrünün 66-cı ilində faciəli şəkildə vəfat edib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Məlumatda bildirilir ki, Məmmədov Tofiq Sadıq oğlu 10 fevral 1957-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndində anadan olub. 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun İnşaatçı-mühəndis fakültəsini bitirib, 1995-1999-cu illərdə AMEA-nın Botanika İnstitutunun dissertantı olub.

T.Məmmədov 2000-ci ildə “Botanika” ixtisası üzrə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyalarını müdafiə edibş, 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib, 2014-cü ildə professor elmi adını alıb.

Azərbaycan SSR EA Botanika İnstitutunun Mərdəkan Dendrarisində baş mühəndis, direktor müavini (1986), direktor vəzifələrində (1996) çalışıb. 2014-cü ildə alimin təşəbbüsü ilə Mərdəkan Dendrarisinin bazasında AMEA-nın Dendrologiya İnstitutu təşkil olunub və T.Məmmədov direktor vəzifəsinə seçilib. 2021-ci ildən həmin institutun baş direktoru olub. O, müxtəlif illərdə Bakı Dövlət Universitetinin Botanika və Odlar Yurdu Universitetinin Tibbi biologiya kafedralarının professoru kimi fəaliyyət göstərib.

T.Məmmədov Azərbaycanın bir çox bölgələrinin, o cümlədən Bakı şəhəri və onun ətraf qəsəbələrinin yaşıllaşdırılması və landşaft arxitekturasının qorunub saxlanılması üçün çox qiymətli tövsiyələr verib. T.Məmmədov 2014-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna ( Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə) kadrların seçilməsi şöbəsinin eksperti oub.

Tanınmış alim yerli və xarici mətbuatda dərc edilən 250-yə yaxın əsərin, 11 patent, 30 kitab, Səhiyyə Nazirliyinin 2 gigiyenik sertifikatının müəllifidir. “Ekologiya” (2004), “Gülçülük ensiklopediyası” (2006), “Qazon və bəzək memarlığı” (2006), “Ekoloji oyunlar” (2007), “Bitkilərin anatomiyası və morfologiyası üzrə izahlı terminlər” (2013), “Bitki ekologiyası” (2013), kitabları ali məktəblərdə dərs vəsaiti kimi istifadə edilir. “Azərbaycan dendroflorası” (2011-2019) 5 cildliyində Böyük və Kiçik Qafqaz ərazilərində genefondun qorunması, biomüxtəlifliyin artırılması, ətrаf mühitin mühafizəsi, təbii еhtiyаtlаrdаn səmərəli istifаdə еdilməsi və оnlаrın bərpаsı üzrə mühüm nəticələr öz əksini tapıb. Bu əsər Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının 2022-ci il üçün elan etdiyi müsabiqəyə təqdim edilib.

T.Məmmədov 50-dən çox beynəlxalq qurultay və konfransda iştirak edib. Onun təşəbbüsü və səyləri ilə AMEA-nın Dendrologiya İnstitutunda Beynəlxalq Botanika Bağları konfransları (2006, 2010, 2013, 2015, 2017) keçirilib, institut 2005-ci ildə Dünya Botanika Bağlarının, 2009-cu ildə Amerika Botanika Cəmiyyətinin üzvü seçilib. İşğaldan azad olunmuş torpaqlarımıza bioloq alimlərin “Böyük Qayıdış”ının nümayəndəsi Tofiq Məmmədov olub, 2020-ci ilin dekabrında Zəngilana ilk ekspedisiyada iştirak edib. 2021 və 2022-ci illərdə onun rəhbərliyi altında Dendrologiya İnstitutunda Böyük tarixi Zəfərə və “Şuşa İli”nə həsr olunmuş ümumrespublika sərgiləri uğurla keçirilib. Alim Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının III nəşrinin hazırlanmasında yaxından iştirak edib.

T.Məmmədov Bolqarıstanın “Paleobotanika” və “Hortus Botanicus” jurnallarının redaksiya şurasının, MDB ölkələri üzrə Botanika Bağlarının, Türkiyə İman Universiteti dərgisinin ekspert şurasının, 2014-2015-ci illərdə AMEA Botanika İnstitutunda Dissertasiya müdafiəsi şurasının üzvü olub, 2013-2016-cı illərdə AMEA Biologiya və Tibb Elmləri Bölməsi akademik-katibinin müavini vəzifəsində çalışıb, 2016-2019-cu illərdə büro üzvü, 2019-cu ildən ömrünün sonunadək Bölmənin Elmi şurasının üzvü olub.

2005-ci ilin ekologiya sahəsində “İlin adamı” adı, 2 dəfə AMEA-nın Fəxri fərmanı, 2015-ci ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilib.

Tofiq Məmmədov məhsuldar elmi fəaliyyəti ilə yanaşı, öz xeyirxahlığı ilə də tanınırdı. O, şəhid və məcburi köçkün ailələrinə, I və II Qarabağ müharibələri zamanı əsgərlərimizə və qazilərimizə, aztəminatlı alimlərə və tələbələrə hər zaman öz yardım əlini uzadıb.

Tanınmış alim, bacarıqlı elm təşkilatçısı və gözəl insan Tofiq Məmmədovun əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DTX rəisi Əli Nağıyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 58-ci iclasında iştirak edib

21:58
27 May

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının idealları müasir, güclü və qalib Azərbaycanda yaşayır

16:55
27 May

Zelenski Rusiya ilə müharibənin bu ilin noyabrınadək davam edəcəyini açıqlayıb

15:58
27 May

Hindistan Respublikasının Prezidenti Draupadi Murmudan

15:44
27 May

Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakisdən

14:43
27 May

Yunanıstan Respublikasının Prezidenti Konstantinos Tasulasdan

14:08
27 May

Sabah hava əsasən yağmursuz olacaq

13:29
27 May

İşğaldan azad olunmuş rayonlarda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir  

13:17
27 May

“AzerGold” qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb

11:47
27 May

Şuşada bayram namazı qılınıb

11:44
27 May

Koreya XİN rəsmisi: Azərbaycan beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrilib  

10:57
27 May

Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb

10:43
27 May

Məscidlərdə bayram namazı qılınıb – YENİLƏNİB

10:41
27 May

Türkmənistanla Xəzər dənizi çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub  

10:34
27 May

Ceyhun Bayramov BMT-nin Baş katibinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verib  

10:27
27 May

Parisdə Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub

10:13
27 May

Azərbaycan və Portuqaliya arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib  

09:54
27 May

Ceyhun Bayramov BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsinin vacibliyini vurğulayıb  

09:43
27 May

Naxçıvanın məscidlərində bayram namazı qılınıb

09:32
27 May

Azərbaycan ilə Bəhreyn arasında regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb  

09:29
27 May

Yaxın Şərqdəki gərginlik bir sıra şirkətlərin gəlirini artırıb

09:10
27 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!