18 İyun 2026 10:58
117
Məktublar
A- A+
“Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına  

“Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına  


Hörmətli Sammit iştirakçıları,

Sizi “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin açılışı münasibətilə salamlayıram.

İnsan hüquqları sahəsində yeni qlobal çağırışlara həsr olunmuş bu Sammitin 18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Günündə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu tarix Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizdə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq etdiyi və insan hüquqlarının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdiyi gündür.

Müasir dövrdə süni intellekt texnologiyalarının sürətlə inkişafı bəşəriyyətin sosial, iqtisadi, hüquqi və etik gündəliyini əsaslı şəkildə dəyişməkdədir. Bu proses yeni imkanlarla yanaşı, bütün sahələrdə, o cümlədən insan hüquqları sahəsində də yeni prioritetləri aktuallaşdırır.

Ölkəmiz texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir. Belə ki, Azərbaycanda innovativ texnologiyaların və süni intellektin məsuliyyətli və balanslaşdırılmış tətbiqi istiqamətində mühüm addımlar atılır. Qeyd olunan sahədə qəbul etdiyimiz hüquqi aktlar, konsepsiya və fəaliyyət planları bu texnologiyaların təhlükəsiz, şəffaf və insan hüquqlarına əsaslanan prinsiplər çərçivəsində tətbiqini təşviq edir, inklüziv inkişafın dəstəklənməsinə və rəqəmsal transformasiyanın sürətləndirilməsinə xidmət edir.

Azərbaycanın yeni rəqəmsal arxitekturası üzrə həyata keçirilən təşəbbüslər, dövlət idarəçiliyində süni intellektin tətbiqinin genişləndirilməsi, informasiya təhlükəsizliyi və milli süni intellekt infrastrukturunun inkişaf etdirilməsi ölkəmizin müasir çağırışlara strateji yanaşmasını nümayiş etdirir.

Xüsusi qeyd olunmalıdır ki, bu yaxınlarda Bakı şəhərində keçirilmiş BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası dayanıqlı inkişaf, rəqəmsal idarəetmə, insanyönümlü şəhər mühitinin formalaşdırılması istiqamətində beynəlxalq əməkdaşlığa və qlobal dialoqa ölkəmizin verdiyi töhfənin mühüm göstəricisi oldu.

Bu kontekstdə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları süni intellekt texnologiyalarının, innovativ həllərin və ekoloji dayanıqlılıq prinsiplərinin insan rifahına, təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına və sosial-iqtisadi reinteqrasiyanın təmin edilməsinə yönəlmiş uğurlu inkişaf modelidir.

Bu inkişaf tendensiyaları insan hüquqlarının müdafiəsi sahəsində institusional mexanizmlərin və beynəlxalq əməkdaşlığın əhəmiyyətini də artırır. Bu baxımdan milli insan hüquqları institutları, o cümlədən ombudsman təsisatı yeni texnoloji çağırışlar dövründə insan hüquq və azadlıqlarının müdafiəsində və hüquq mədəniyyətinin təbliğində mühüm rol oynayır.

Əminəm ki, Ombudsmanların Beynəlxalq Bakı Sammiti bu sahədə beynəlxalq əməkdaşlığın və qabaqcıl təcrübə mübadiləsinin genişləndirilməsinə, insanyönümlü və hüquqa əsaslanan innovativ idarəetmə mexanizmlərinin təşviqinə mühüm töhfə verəcəkdir.

Bir daha sizi salamlayır, Sammitin işinə uğurlar arzu edirəm.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 iyun 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İslam İnkişaf Bankı Qrupunun 51-ci toplantısı çərçivəsində Azərbaycanın süni intellekt strategiyası barədə məlumat verilib  

15:50
18 İyun

Plenar sessiyada süni intellekt və insan hüquqları üzrə qlobal çağırışlar səsləndirilib  

15:49
18 İyun

Neft məhsullarının istehsal dəyəri 2,4 milyard manatı ötüb

15:48
18 İyun

Məhəmməd Süleyman Əl-Casir: Azərbaycan böyük iqtisadi sıçrayışa hazırdır

15:47
18 İyun

Məhəmməd Süleyman Əl-Casir: Bakıda və Azərbaycanda çox böyük pozitiv dəyişikliklər baş verib  

15:46
18 İyun

Sabah dəniz suyunun temperaturu 24 dərəcəyədək isti olacaq

15:38
18 İyun

Ombudsmanların Beynəlxalq Bakı Sammiti süni intellekt dövrünün çağırışlarını gündəmə gətirib YENİLƏNİB

15:27
18 İyun

Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib YENİLƏNİB-2

15:14
18 İyun

İslam İnkişaf Bankı Azərbaycanda layihələrə 1,3 milyard dollar vəsait yatırıb

15:09
18 İyun

Beş ayda külək elektrik stansiyalarından istehsal 67 dəfəyə yaxın artıb 

14:48
18 İyun

Moskva aeroportlarında xaos: 12 mindən çox sərnişin gözləyir

14:43
18 İyun

Ermənistanın KTMT-dəki səsvermə hüququ ləğv edilə bilər

14:42
18 İyun

Mediada İran Prezidentinin imzalanmış memorandumla birgə fotosu yayımlanıb

14:36
18 İyun

Açıq və qapalı hovuzlar üçün sanitar-gigiyenik tələblər hansılardır?

14:29
18 İyun

Bakıda Azərbaycan-Rusiya parlamentlərarası əməkdaşlıq Komissiyasının 24-cü iclası keçirilir 

14:25
18 İyun

Rusiya ABŞ ilə İran arasında əldə edilən razılaşmanı alqışlayıb

14:17
18 İyun

Pit Heqset: Bir neçə Avropa ölkəsi Pentaqonun yoxlamasından keçməyəcək  

14:09
18 İyun

Müdafiə Nazirliyi: Türkiyə regionda davamlı sülh, təhlükəsizlik və sabitliyə ümid edir

14:01
18 İyun

Oman nümayəndəsi: Dövlətlər süni intellekt sahəsində birgə əməkdaşlıq etməlidir

13:58
18 İyun

Moldovanın sabiq ombudsmanı: Bugünkü sammit bir çox müvəkkillər üçün yol xəritəsi rolunu oynayır  

13:55
18 İyun

Vasip Şahin: İlk xarici səfərimin Azərbaycana olması xüsusi əhəmiyyət daşıyır

13:52
18 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!