13 Sentyabr 2025 08:10
888
SİYASƏT
A- A+
Sülhə doğru...

Sülhə doğru...


Ermənistanda revanşistlərin bütün cəhdləri bumeranq effekti verir


Azərbaycan və Ermənistan arasında sülhə doğru atılan addımlar siyasi qələbə kimi dəyərləndirilir. Artıq hər iki tərəfdə hesab edilir ki, bölgədə uzun müddətdir gözlənilən sülh yaxınlaşır. Avqustun 8-də Vaşinqtonda imzalanan sənəd demək olar ki, iki ölkə arasındakı gərginliyə son qoyub.

Bu sənəd iki dövlət arasında diplomatik münasibətlərin qurulmasına və davamlı sülhə əsaslanan əməkdaşlığın inkişafına yol açıb. 

Onu da xüsusi vurğulayaq ki, Azərbaycan və Ermənistan arasında unikal sazişin imzalanması iki ölkənin liderini tam siyasi iradə və strateji uzaqgörənlik nümayiş etdirməyə inandıra bilən ABŞ Prezidenti Donald Trampın enerjili və səmərəli vasitəçilik missiyası sayəsində mümkün oldu.

Son bir ay ərzində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində müxtəlif səviyyələrdə görüşlər keçirilib. Bütün bu danışıqlar, aparılan müzakirələr tərəfləri sülh sazişini imzalamağa bir qədər də yaxınlaşdırır.

Vaşinqtondakı danışıqlar zamanı hər iki tərəf bəzi məsələlərin həllində razılığa gəliblər. Bu görüşlərdən sonra Ermənistanın rəhbərliyi bütün reallıqları etiraf edir və çıxış yolunu Azərbaycanla münasibətlərin normallaşmasında görür. Amma təəssüf ki, bu ölkədəki revanşist qüvvələr, yəni keçmiş hərbi xuntanın tör-töküntüləri sülh prosesini pozmağa cəhd göstərir. Hələ ki, sülh müqaviləsinin imzalanmasını qurtuluş yolu hesab edən Ermənistan rəhbərliyi revanşist qüvvələri prosesdən tam kənarlaşdıra bilmir. 

Bu günlərdə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, parlamentin növbəti çağırışında özlərinə yer tapmaq üçün digər siyasi qüvvələrin sıralarında yer axtaran müəyyən şəxslər var. Onları heç kim dinləmir, küçədə isə yeddi nəfəri belə toplaya bilməzlər. Onun sözlərinə görə, hazırda Ermənistanın siyasi gündəmində olan yalnız sülh gündəliyidir. Yəni Hayastanda sülh gündəliyindən başqa bir gündəlik yoxdur.

Parlamentin son iclasında Baş nazir Nikol Paşinyan da bildirib ki, avqustun 8-də Vaşinqtonda əldə olunan sülhü pozmaq cəhdləri var. Onun sözlərinə görə, 1994-cü ildən Qarabağ münaqişəsinin nizamlanması prosesi davam edir, lakin danışıqlar zamanı heç vaxt masa üzərində bəyanatdan başqa sənəd olmayıb. "Bəyanat mətninə imza atılıb. Bu, bir çoxlarının proqramına daxil deyil. Onlara sülhün pozulması lazımdır. Belə qüvvələr həm Ermənistanda, həm də ona yaxınlıqda və uzaqlıqda mövcuddur", - deyə Paşinyan bildirib.

Ermənistanın Baş naziri həmçinin ATƏT-in Minsk qrupunun fəaliyyətinə də münasibət bildirib. Onun sözlərinə görə, bu qurumun faəliyyətində faydalı heç nə olmayıb: "Mən Minsk qrupunun fəaliyyətində faydalı heç nə görmürəm, orada belə bir şey olmayıb. Bu fəaliyyət münaqişəni dərinləşdirməyə, onu təkcə Ermənistanı deyil, bütün regionu nəzarətdə saxlamaq alətinə çevirməyə yönəlib".

Paşinyan həmçinin bildirib ki, avqustun 8-də Vaşinqtonda imzalanan sənədlərdə Ermənistanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı göstərildiyi üçün Ermənistan hökuməti Azərbaycanla sülh müqaviləsi bağlanana qədər ATƏT-in Minsk qrupunun buraxılmasına razılaşıb.

Baş nazirin "Vaşinqtonda əldə olunan sülhü pozmaq cəhdləri var" fikri isə onu deməyə əsas verir ki, artıq Ermənistan Vaşinqton razılaşmalarından sonra konstruktiv mövqe tutmağa başlayıb. Paşinyanın son bəyanatları göstərir ki, həqiqətən, Ermənistan Azərbaycanın irəli sürdüyü şərtlər əsasında davamlı sülh üçün addım-addım irəliləyir. Amma Ermənistanın daxilində və xaricində Azərbaycanın yaratdığı reallıqla barışmaq, onu qəbul etmək istəməyən qüvvələr hələ də var. Bir tərəfdə kilsə, digər tərəfdə keçmiş hərbi xunta xalqı sülhə yox, yenidən savaşa çağırış edirlər. Ancaq Ermənistan xalqının mütləq əksəriyyəti illər öncə etimad göstərərək hakimiyyətə gətirdiyi Nikol Paşinyana və onun siyasətinə inanırlar. Deməli, xalq sülh gündəliyini dəstəkləyir. 

Bu da təbiidir. Çünki erməni xalqı da görür ki, sülh sazişi imzalanarsa, artıq bölgəmizdə müharibə olmayacaq, xalqlar sülh şəraitində, birgə təhlükəsiz yaşaya biləcəklər. Bu şəraitin memarı isə əlbəttə ki, Prezident İlham Əliyevdir. 44 günlük Vətən müharibəsinin qalibi olan İlham Əliyev həm də sülhün banisidir. Onun qətiyyəti və prinsipiallığı nəticəsində bölgədə təhlükəsizlik bərqərar olur, qarşılıqlı və sərfəli əməkdaşlıq üçün əlverişli mühit formalaşır.

Azərbaycanın regionda təşviq etdiyi sülh gündəliyi yeni geosiyasi reallıqlar fonunda Cənubi Qafqazda sabitlik və əməkdaşlıq üçün mühüm imkanlar açır. Bu, xüsusən də regional nəqliyyat və kommunikasiya layihələri, Zəngəzur dəhlizi (TRIPP) və digər nəqliyyat infrastrukturları region ölkələri arasında iqtisadi əlaqələrin inkişafını sürətləndirə bilər. Bu layihələr hansı ki, Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsini təmin edəcək, Türkiyə, İran, Rusiya və Mərkəzi Asiya ölkələri ilə logistikanı gücləndirəcək. Yəni ümumilikdə götürdükdə regionun tranzit potensialını artıracaq.

Sülh gündəliyinin reallaşması isə, ilk növbədə, iqtisadi inkişaf və əməkdaşlıq imkanlarını genişləndirəcək.  Bununla da xarici sərmayələrin bölgəyə cəlb olunmasına şərait yaranacaq. Bu prosesdən Ermənistan da lazımınca yararlanacaq və uzun illərdir düşdüyü iqtisadi və sosial xaosdan qurtulmuş olacaq. 


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib YENİLƏNİB 2

22:55
24 Oktyabr

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!