11 Oktyabr 2025 08:15
684
SİYASƏT
A- A+
"Stratfor"un təhlili: Cənubi Qafqazda geosiyasi konfiqurasiyanın yeni cizgiləri

"Stratfor"un təhlili: Cənubi Qafqazda geosiyasi konfiqurasiyanın yeni cizgiləri


Hazırda qlobal miqyasda baş verən proseslərlə bağlı əsaslı proqnozlar vermək olduqca çətindir. Bu, bütövlükdə geosiyasi mənzərənin risklər və qeyri-müəyyənliklərlə müşayiət olunması, həmçinin onların vahid nəzəri çərçivəyə salınmasının getdikcə mürəkkəbləşməsi ilə izah olunur. Bununla belə bir sıra nüfuzlu "beyin mərkəzləri" müəyyən geosiyasi məkanlara dair proqnozlar verə bilirlər. Məhz bu kontekstdə ABŞ-nin "Stratfor" analitik mərkəzi Cənubi Qafqaz regionuna dair bir sıra proqnostik tezislər irəli sürüb. Biz onların üzərində bir qədər geniş dayanmağa ehtiyac gördük.


"Beyin mərkəzi"nin yanaşma özəlliyi


"Stratfor"un regiondakı geosiyasi dinamikanın təhlilinə yanaşması universal xarakter daşımır. Bu "beyin mərkəzi" Azərbaycan, Gürcüstan və Ermənistanla bağlı təhlilini əsasən avqustun 8-də Vaşinqtonda ABŞ-nin iştirakı ilə paraflanmış Azərbaycan-Ermənistan sülh müqaviləsi kontekstində aparıb. Bu da təbii olaraq, təhlil və proqnozun məzmununa əvvəlcədən konkret yön verir və fikirlərin müəyyən bir istiqamətdə fokuslanmasına səbəb olur (bax: What To Make of the U.S.-Brokered Peace Deal Between Armenia and Azerbaijan / "Stratfor", 13 avqust, 2025).

Təhlilin qısa təqdimatından görünür ki, "Stratfor" Cənubi Qafqaz ölkələrinin geosiyasi mövqeyinə və taleyinə Vaşinqtonun gözü ilə baxır. Bu zaman bir neçə prinsipial məsələni önə çəkir.

Birincisi, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüşün nəticələrinin yalnız Cənubi Qafqazda deyil, daha geniş geosiyasi məkanda da proseslərin məzmununu və ümumi mənzərəsini dəyişəcəyinə dair inam ifadə olunur.

İkincisi, bu gedişatın təkcə Cənubi Qafqaz ölkələrinin geosiyasi mövqeyinə deyil, həm də Türkiyə, Rusiya və İran kimi böyük dövlətlərin də Avropa-Qafqaz-Mərkəzi Asiya kontekstində mövqelərinə təsir edəcəyi proqnozlaşdırılır.

Üçüncüsü, Cənubi Qafqaz ölkələrinin və Türkiyə, Rusiya və İranın hər biri üçün fərqli geosiyasi situasiyanın formalaşacağı qeyd olunur.

Vurğulanan prinsiplərin qarşılıqlı əlaqəsi prizmasından "Stratfor", həqiqətən, düşündürücü proqnozlarla çıxış edib.


Azərbaycan regional liderliyini möhkəmləndirəcək


"Stratfor" Azərbaycanın birmənalı olaraq uğurlarını daha da artıraraq regional liderliyini möhkəmləndirəcəyini və bu prosesdə regionun aparıcı dövləti statusunu qoruyub saxlayacağını proqnozlaşdırır. Bunun əsas səbəbləri kimi iki faktor göstərilir - əvvəla, Azərbaycan çox mühüm hərbi qələbəyə nail olub və müharibədən sonrakı mərhələdə fəal əməkdaşlıq və təhlükəsizlik siyasəti yeridir, ikincisi, Azərbaycanın əsas siyasi müttəfiqi olan Türkiyənin mövqeyinin daha da möhkəmlənməsi üçün onun NATO-dakı müttəfiqi ABŞ ciddi səylər göstərir (bax: əvvəlki mənbəyə və Armenia and Azerbaijan: Peace or Pause? // "Clingendael" Niderland Beynəlxalq Münasibətlər İnstitutu, sentyabr, 2025). Bunun fonunda Azərbaycan proseslərin hansı dinamika ilə inkişaf etməsindən asılı olmayaraq iki, aspektdə dividend qazanacaq. Birincisi, regional mövqeyini daha da möhkəmləndirəcək, ikincisi, daha geniş coğrafiyada təsir gücünü artıracaq.

Bu prosesdə Azərbaycan Türkiyə ilə tandemdə hərəkət edəcək. Qəribədir ki, təhlildəki bu məqam Azərbaycanda ekspertlərin diqqətindən kənarda qalıb. Halbuki "Stratfor"un Azərbaycanla bağlı qiymətləndirməsində Türkiyə faktoru mühüm yer tutur. Bu baxımdan geniş geosiyasi məkan üçün ciddi əhəmiyyəti olan bir özəlliyi vurğulamaq lazımdır.


Azərbaycan və Türkiyə Orta dəhliz kontekstində


"Stratfor"un hesabatında türk ticarət və infrastrukturunun inkişafı birbaşa Orta dəhliz kontekstində nəzərdən keçirilir. Azərbaycan da məhz həmin aspektdə enerji və kommunikasiya mərkəzi rolunu gücləndirəcək ölkə olaraq təqdim edilir. "Beyin mərkəzi" bu prosesə bütövlükdə ABŞ ilə Türkiyənin birgə fəaliyyəti rakursundan yanaşır.

Ekspertlərin bu özəlliyi nəzərə almaması (və ya süni şəkildə nəzərdən qaçırması), əslində, Azərbaycanın geosiyasi statusu baxımından olduqca əhəmiyyətli bir faktoru arxa plana atmaq deməkdir. Çünki Azərbaycanın regional funksiyasının Orta dəhliz kontekstində və ABŞ ilə Türkiyə kimi güclü dövlətlərin ortaq fəaliyyətində mühüm yer tutan qüvvə olaraq təqdim edilməsi artıq ölkəmizin qlobal səviyyədə geosiyasi status əldə etdiyini göstərir. Azərbaycan regional lider kimi indi daha geniş məkanlarda söz sahibidir və bu zaman Amerika ilə Türkiyə onun maraqlarını gözləyərək hərəkət edirlər. "Stratfor" kimi nüfuzlu bir "beyin mərkəzi"nin bu özəlliyi vurğulaması, əlbəttə, Azərbaycan rəhbərliyinin böyük uğurlarından biridir.

Əslində, "Stratfor" Ermənistan, Gürcüstan, Rusiya və İran məsələlərini də həmin həqiqəti qəbul edərək qiymətləndirir. Onların hər birinin üzərində ayrı-ayrılıqda dayanmağa çalışaq.


Ermənistanın bəzi siyasi dairələri hələ də reallığı dərk etmir


"Stratfor" bu ölkənin təhlükəsizliyi ilə bağlı yeni balans axtarışında olduğu qənaətini vurğulayır. Konkret olaraq, rəsmi İrəvan Rusiyadan uzaqlaşmağa, İranla müəyyən məsafə saxlamağa və Azərbaycan-Türkiyə tandemi vasitəsilə ABŞ ilə yaxınlaşmağa cəhd edir.

Hələlik bu istiqamətdə qalıcı və konkret nəticə yoxdur, lakin Ermənistanın bundan başqa çıxış yolu qalmayıb. Belə bir vəziyyətin yaranmasına ölkə daxilindəki qeyri-stabil durum da təsir etməkdədir. Ermənistan rəhbərliyi birtəhər həmin aspektdə sabitliyi təmin edə bilir. Ancaq bunun nə qədər davam edəcəyi məlum deyil. Bu barədə ekspertlər də öz fikirlərini bildirirlər.

Lakin qəribədir ki, Ermənistanın ekspert dairələri ölkənin düşdüyü bu vəziyyəti Azərbaycanın mümkün "aqressiyası" ilə izah etməyə çalışır və bu müddəanın qaynağı kimi "Stratfor"a istinad edirlər (bax: Stratfor: Oslablenie svəzey s Rossiey delaet Armeniö uəzvimoy pered aqressiey Azerbaydjana//"Qolos Armenii", 29 sentyabr, 2025).

Belə görünür ki, Ermənistanın siyasi şüurunda və ekspert dairələrində hələ də reallığı adekvat dərk edə bilməyən kəsimlər mövcuddur.


Gürcüstanda qeyri-müəyyənlik var


Son illərdə ilk dəfədir ki, Qərbin "beyin mərkəzləri" Gürcüstan haqqında müsbət proqnozlar vermirlər. "Stratfor" da istisna olmadı. Bu "beyin mərkəzi" Gürcüstanı tərəddüd edən, bir mövqedən digərinə "sürüşə bilən" ölkə kimi xarakterizə edir. Xüsusilə bu ilin oktyabrında keçirilmiş bələdiyyə seçkisindən sonra Gürcüstanın daha qeyri-müəyyən və tərəddüdedici vəziyyətə düşə biləcəyindən bəhs edilir.

Bu qeyri-müəyyənliyin fonunda təbii ki, Tbilisinin Vaşinqton, Ankara, Moskva və Tehran arasında gərgin mübarizə meydanına çevrilə biləcəyi nəticəsini çıxarmaq çətin deyildir.

Əlbəttə, hər bir təhlil və proqnoz tam əhatəli ola bilməz və buna görə də proqnozlar nisbidir. O, müəyyən dairələrin baxışı kimi maraq doğurur. Görünür, "Stratfor" artıq Azərbaycanla Ermənistan arasında Vaşinqtonda əldə edilən razılaşmaları davamlı faktor kimi qəbul edir, bunun fonunda geniş geosiyasi məkanda proseslərin məntiqinə nəzər salır və uyğun nəticələr çıxarır.

Bizim üçün önəmli olan artıq Azərbaycanla bağlı müsbət tezislərin irəli sürülməsinin davamlı xarakter almasıdır. Çünki bu, faktiki olaraq, İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Zəfərin dünya miqyasında ciddi geosiyasi dəyişiklik olmasının qəbul edilməsinin əlamətidir. Öz növbəsində həmin müsbət tendensiya Azərbaycanın regional və qlobal geosiyasi proseslərdə daha yüksək statusa sahib olmasının göstəricisidir. Bu baxımdan "Stratfor"un proqnozları düşndürücü və əhəmiyyətlidir.


Kamal ADIGÖZƏLOV,

beynəlxalq münasibətlər üzrə ekspert

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!