12 Yanvar 2013 04:01
1654
İQTİSADİYYAT
A- A+
«Smart-kart» tipli sayğacları necə istismar etməli?

«Smart-kart» tipli sayğacları necə istismar etməli?

 

Son dövrlər ölkə ərazisində G-4 markalı "Smart-kart" tipli qaz sayğaclarının quraşdırılması geniş vüsət almışdır. Bu sayğacların əsas xüsusiyyəti abonentlərin qazla təminatını öncədən ödəniş etməklə həyata keçirməkdən ibarətdir. "Smart-kart" tipli sayğaclar yalnız müvafiq standartlara cavab verən qaz xətlərinin üzərində quraşdırılır. Odur ki, yeni tipli sayğacların istismar qaydaları istehlakçılar üçün xüsusi maraq kəsb edir.

"Azəriqaz" İstehsalat Birliyinin (İB) mütəxəssisləri bu barədə sualları cavablandıraraq bildirmişlər ki, sayğaclar mənzillərdə quraşdırıldıqdan sonra abonentlər yerli qaz istismarı sahələrinə müraciət edərək ödəmə kartını heç bir ödəniş etmədən alırlar. Ödəmə kartı itirildikdə, zədələndikdə və başqa səbəblərdən yararsız olduqda İB-nin bank hesabına 5 manat ödəməklə yerli qaz istismarı sahəsindən yeni kart əldə etmək olar. Abonentin balansına yüklənmiş vəsait bitdikdə sayğacın ekranında "bağlanmış klapan" simvolu əks olunur və qaz təchizatı dayanır. Lakin bu halda belə, hər bir sayğacda abonentin istifadəsi üçün 10 kubmetr (1 manatlıq) miqdarında kredit olur. Həmin kredit bitdikdə abonent mütləq şəkildə kartına pul yatıraraq sayğaca daxil edir, artıq istifadə edilmiş 1 manat məbləğində kredit avtomatik olaraq abonentin hesabından çıxılır və yenidən kredit şəklində sayğaca yüklənir.

Bir faktı da vurğulamaq lazımdır ki, mexaniki sayğac "Smart-kart" tipli sayğacla əvəz olunduqda təbii qazdan istifadəyə görə qalıq borcu abonent tərəfindən bank (poçt) vasitəsilə onun müvafiq koduna dərhal ödənilməlidir. Vəsaitin tam ödənişi mümkün olmadıqda, yerli qaz istismarı sahəsi ilə abonent arasında təsdiq edilmiş protokol əsasında qalıq borcun ödənilməsi qaydası haqqında abonentin xüsusi səhifəsində qeyd aparılır. Hər dəfə abonentin karta yüklədiyi pulun miqdarından (borcun məbləğindən və yaranma səbəbindən asılı olaraq) 30-50 faizinin çıxılması onun borcunun azalması və sonda borcun tam ödənişinə qədər avtomatik olaraq təmin edilir.

Ehtiyatsız davranma, qaz xəttində sızmanın olması, mənzildə istifadə edilən cihazların sərfiyyatının sayğacın texniki parametrlərinə uyğun gəlməməsi, hər hansı bir müdaxilə, qanunsuz qoşulma kimi hallar baş verdikdə sayğac koda düşür, klapanı dərhal qapanır və bu barədə məlumat müvafiq qaydada bazaya ötürülür. Koda düşərək bağlanan sayğacı abonentin hər hansı bir yolla işə salması mümkün deyil. Bu zaman sayğac işlək vəziyyətə yalnız xüsusi servis kartı vasitəsilə gətirilir. Servis kartı hər bir qaz istismarı sahəsinin ərazi xidmətlərindədir.

Ümumiyyətlə, qaz sayğacı ilə təchizedilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılar (əhali kateqoriyasına aid olan abonent) üçün "Azəriqaz" İB-nin, hüquqi şəxs olan istehlakçılar üçün isə onların öz vəsaitləri hesabına həyata keçirilir. 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!