Həyatda xoş xəbərli günlər yaşamaq, ümidverici
sözlər eşitmək insanın ömrünə ömür calayır. Bu xoşbəxt anlar Sizin sayənizdə bütün
Azərbaycan xalqına nəsib oldu. Dünyanın Sizin dilinizdən eşitdiyi "Ermənistan rəhbərliyinin
gücü varsa, gəlsin təkbətək görüşək. Əgər hünəri varsa, tanısın görüm dırnaqarası
Dağlıq Qarabağ Respublikasını, necə tanıya bilir?!”- ifadəsi qılıncdan kəsərli oldu.
Bu cəsarətli sözlərinizi, təpərli addım səslərinizi
eşidən xalqımız Sizdən bir daha güc aldı və qürur duydu ki, Sizin kimi cəsur, qaməti
əyilməz, dizi qatlanmaz mübariz rəhbəri var! Bütün dünya gördü ki, Siz otuz il müharibəyə
hazırlaşan mənfur düşməni bir yumruğunuzu sıxmaqla darmadağın etdiniz. Ermənilər
qısılmağa qoltuq dibi, yalamağa daban axtardılar.
Cənab Prezident! Siz Ulu Öndərin layiqli
davamçısı, Azərbaycanın igidi kimi Murovdağ zirvəsində, Şuşa qalasında bayrağımızın
ucaldılmasına nail oldunuz.
Sizin "Qarabağ Azərbaycandır!” deyiminizin
sonunda qoyduğunuz nida işarəsi düşmənin ürəyinə batan ox, ucundakı nöqtə isə dünyanın
işğalçı qüvvələrinə "Daha bəsdir, yetər!” sözünün son işarəsidir. Siz həm də dünya
hərb tarixinə yeni adda bir silah təqdim etdiniz - "İtiqovan”. Bəsdir bu ad dünyanın
bütün riyakar qüvvələrinə. Hamı işğalçı düşməni bu adla lənətləyib qovacaq.
Möhtərəm Ali Baş Komandan! Siz böyük SƏRKƏRDƏsiniz.
Bu ad Sizə çox yaraşır.
Çünki Siz Şah İsmayıl Xətainin qılıncı ilə bütövləşib sonradan parçalanan Azərbaycanın
yarasını cəsarət məlhəmi ilə sağaltdınız, işğal qaysağını qopartdınız, onun sərhədinə
polad zəncirli qıfıl vurub, qızıl açarını da ömürlük Azərbaycan xalqına bəxş etdiniz!
Bütün bunlara
görə insan tam varlığıyla Sizə "Böyük Sərkərdə
İlham Heydəroğlu” deyə müraciət edir. Bu ad Sizə XXI əsrin XALQ HƏDİYYƏSİ
olaraq, ana südü kimi halaldır!
Mən əhd etmişəm
ki, üçrəngli bayrağımız Kəlbəcərə taxılan gün bu şərəfli adı, içimdən gələn gur
bir hayqırtıyla Ulu Göyçəyə, Zəngəzura, Böyük
Türk Dünyasına çatdırım. Çünki Siz haqdan gələn çırağın şöləsi kimi Vətənimizə,
bu günümüzə, sabahımıza işıq saçdınız!!!
Allah Sizi
qorusun! Siz var olduqca qələbə hər zaman Azərbaycanladır!
Dərin hörmət
və ehtiramla:
Vəliyəddin
İSMAYILOV,
Kəlbəcər rayonunun
Ağsaqqallar Şurasının üzvü