16 Mart 2021 01:30
4756
Mədəniyyət
A- A+
Şuşa qalasının Gəncə qapısı

Şuşa qalasının Gəncə qapısı

 

Şuşa qalasının üç əsas qapısından biri Gəncə qapısı və ya Çiləbörd qapısıdır. Bu qapı qalanın şimal tərəfində yerləşir.

Qalanın digər qapıları isə İrəvan və Ağoğlan qapılarıdır. Hər üç qapının adı tarixi mənbələrdə, eləcə də Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd olunub. Hələ XIX əsrin 60-cı illərində bu qapılar Şuşanın ictimai həyatında mühüm rol oynayırdı.

Məlumata görə, Ağoğlan və İrəvan qapıları ali şəxslərin keçişi və yük daşınması üçün, Gəncə qapısı isə arabaların keçməsi üçün nəzərdə tutulmuşdu. Bəzi mənbələrdə qala divarlarının dördüncü divarının da olmasından bəhs edilsə də, onun yeri və adı müəyyənləşdirilməyib.

Hələ qədim dövrlərdən memarlar şəhərlə tanışlığın onun qala divarlarından başladığını, şəhərin memarlığını qala divarlarının müəyyən etdiyini nəzərə alırdılar. Buna görə memarlıq-kompozisiya həlli baxımında Şuşa qalasının əsas - şimal qapısı zəfər tağını xatırladır.

Pənahəli xanın hakimiyyəti dövründə inşa edilmiş qapı XVIII əsrdən etibarən Gəncə və ya Çiləbörd qapısı adlandırılıb. Şuşa qalasının bu qapıdan çıxan yolu bu şəhəri Gəncə şəhəri və Qarabağ xanlığının Çiləbörd mahalı ilə birləşdirirdi.

Qarabağ xanlığının Rusiya imperiyasına biləşdirilməsindən sonra Gəncənin Yelizavetpol adlandırılması (1804) ilə əlaqədar Gəncə qapısı da Yelizavetpol qapısı adlandırılmağa başlayıb.

Şuşa qalasının şimal qapısı qala divarlarının ortasında - Ağoğlan və İrəvan qapılarının arasında yerləşir. Şuşa qalasının digər qapıları ilə müqayisədə Gəncə qapısı dövrümüzədək daha yaxşı vəziyyətdə qalıb.

Şahmatvari və küknar düzülüşlü ağ və qara daşlardan toxunmuş hörgü, qalanın dərin oxvarı tağlı girişini effektiv şəkildə əhatə edir. Giriş üzərində dağılmış yalançı pəncərə çıxışlarının simmetrik izləri var. Onların arasında mazğallar və ya qala bacaları yerləşir. Yalançı və həqiqi pəncərə çıxışlarının sıralanması o dövr memarlığında ictimai binaların fasadlarının həll edilməsi üçün geniş istifadə edilən üsul olmaqla, memarlar tərəfindən mülki memarlıqdan qaynaqlanıb.

Şəhərin qala divarları üzərində ucalan Gəncə qapısının düz səthi, müəyyən şəhərsalma xüsusiyyəti daşımaqla, ona parad görünüşü verir. Düşmənlərin əsas qala qapısına rahat yaxınlaşmasına mane olmaq üçün qapı qarşısında bir tərəfi divarın fasadına dirənən müdafiə divarı inşa edilib. Qala tərəfdən qapıya gözətçilər üçün tikilmiş xüsusi yer birləşir.

Gəncə qapısının ikinci yarusunda silahlar saxlanılırdı. Qərb tərəfdən qapıya üç yaruslu dairəvi qüllə birləşir. Qüllənin müxtəlif yerlərində pərakəndə şəkildə mazğallar yerləşdirilib.

Sovet hakimiyyəti illərində Şuşa qalasının şimal hissəsində, həmçinin Gəncə qapısında bərpa işləri aparılıb.

Şimal qapısı rayonunun memarlıq simasını yaxınlıqda yerləşən, daş çardaq kimi həll edilmiş, daş çadırla örtülmüş bulaq tamamlayır.

 

Z. FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda sənaye istehsalı 13,9 faiz artıb

17:53
13 May

Düşənbədə FAO-nun Regional Konfransının 35-ci sessiyası keçirilir

17:43
13 May

Bərdədə baytar həkim və aqronomlar üçün maarifləndirici seminar keçirilib

17:34
13 May

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:28
13 May

Mərkəzi Bankın nümayəndə heyəti Özbəkistan Mərkəzi Bankında olub

17:08
13 May

WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub  

17:03
13 May

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:01
13 May

Azərbaycanın Bolqarıstanda yeni təyin olunmuş səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

16:53
13 May

Hörmüzün yaratdığı problemlər artmaqdadır

16:48
13 May

Trampın təyyarəsi Çinə eniş edib

16:41
13 May

“EFES-2026” çoxmillətli təlimində snayperlər qarşıya qoyulan vəzifələri yerinə yetiriblər VİDEO

16:39
13 May

Əziz Ələkbərli: Azərbaycan xalqının min illər boyu yaratdığı tarixi abidələrə qarşı genişmiqyaslı vandalizm siyasəti həyata keçirilib  

16:39
13 May

Media: Türkiyədə Suriya liderinin NATO sammitində iştirakı müzakirə olunmur  

16:38
13 May

Ağdərədəki mis yataqlarının istifadəsi üçün yeni istehsal sahələri yaradılacaq

16:33
13 May

Azərbaycan ICESCO Baş Konfransının 15-ci sessiyasında təmsil olunur

16:26
13 May

ADA Universitetində “Xəzər hövzəsi araşdırmaları” proqramı üzrə “Məzun günü” təşkil olunub

16:23
13 May

WUF13 Şəhərsalma Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq

16:19
13 May

Zəngilan sakini: Uşaqlığımın yarım qaldığı torpaqlara qayıtmışam

16:15
13 May

Xankəndinin “gənclər şəhəri” kimi inkişafı planlaşdırılır

16:00
13 May

“ASAN xidmət”in nümayəndə heyəti Venesuelada

15:41
13 May

DÇ-2026: İraq millisinin 5 futbolçusu ABŞ vizası ala bilməyib

15:37
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!