18 May 2021 00:37
1627
Mədəniyyət
A- A+
Şuşa azərbaycançılığın mərkəzidir

Şuşa azərbaycançılığın mərkəzidir

 

Qarabağda həyat müxtəlif xalqların nümayəndələrinin dostluğu və həmrəyliyi ilə qaynamağa başlayır

 

Azərbaycan multikultural ölkədir. Burada həmişə müxtəlif millətlərin nümayəndələri birlikdə yaşayıblar. Tariximizdə elə bir dövr yoxdur ki, bu ərazidə yalnız bir xalq yaşasın.

Azərbaycan xalqı deyəndə onun tərkib hissəsinin türklər,  ləzgilər, talışlar, ingloylar, udilər, tatlar, kürdlər, avarlar, saxurlar, molokanlar, qaraçılar, almanlar, ruslar, yəhudilər və başqa etnik qruplar təşkil etdiyini vurğulamağa lüzum olmayıb. Küll halında Azərbaycan xalqı adlanıb. Azərbaycan kimsəni öz ərazisindən qovmayıb, ona təzyiq göstərməyib, ayrı-seçkilik salmayıb. Əksinə, milli azlıqlar qaynayıb-qarışıb, ortaq mədəniyyətli olublar. Bu multikulturallığın nəticəsidir ki, Azərbaycan öz torpaqları uğrunda müharibəyə cəlb ediləndə onun qoynunda yaşayan bütün xalqlar vətənin müdafiəsinə qalxmışdılar.

 

Şəhidlərin xatirəsinə həsr edilmiş festival

 

“Mən burda doğulmuşam, mənim atam, babam bu torpaqda doğulub, yaşayıb, Azərbaycan mənim vətənimdir”, - deyən Milli Qəhrəman, Şuşa döyüşlərində qəhrəmancasına şəhid olan yəhudi əsilli Albert Aqarunov bu sözləri ilə həm də Azərbaycanda yaşayan bütün millətləri təmsil edirdi.

44 günlük Vətən müharibəsində də işğal altında olan torpaqlarımızın azadlığı uğrunda Azərbaycanı vətən bilən bütün millətlərin nümayəndələri döyüşdülər...

Mayın 12-13-də Qarabağın tacı Şuşada keçirilən “Xarıbülbül” festivalında da Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri iştirak etdilər. Şuşanı azad edənlər Şuşada bayram etdilər. 29 illik fasilədən sonra bərpa edilən bu festivalda iştirak etmək Qarabağ uğrunda döyüşən bütün millətlərin nümayəndələrinin mənəvi haqqı idi. 

Prezident İlham Əliyev festivalın açılışında xüsusi vurğuladı ki, uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub: “Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir. Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardı”.

Azərbaycanda yaşayan, 29 illik işğaldan Şuşanı, Qarabağı azad edən millətlərin nümayəndələri Heydər Əliyev Fondunun Şuşada təşkil etdiyi “Xarıbülbül” festivalında da fəal oldular. Bu dəfə mədəniyyətləri ilə. Şuşada “Xarıbülbül” festivalının ənənəsi bərpa edildi. Bu ildən etibarən hər il Cıdır düzündə “Xarıbülbül” festivalı keçiriləcək.

Bu festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə etdi. Uzun fasilədən sonra Cıdır düzündə mədəniyyət tədbiri keçirildi. Azərbaycanda yaşayan bütün xalqların musiqi mədəniyyəti nümayiş olundu. Kədərimizi, faciəmizi birlikdə yaşadığımız kimi, qələbəmizi də birlikdə qeyd etdik.

 Növbəti illərdə isə bu festival bütün dünyanı əhatə edəcək. Beləliklə, Azərbaycan yenə də dünyaya tolerantlıq, multikulturalizm və sülh mesajı verdi. Bu mesaj Vətən müharibəsi ilə də verilmişdi. Azərbaycanda bütün xalqların dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşaması 44 günlük müharibədə özünü göstərdi. Ölkəmiz milli birlik, milli həmrəylik sayəsində qələbə qazandı.  Festivalda həmin milli birlik və həmrəylik bir daha nümayiş olundu.

 

Çoxkonfessiyalılıq inkişafın əsaslarından biridir

 

Azərbaycan dövləti davamlı inkişaf edir, yüksəlişin nümunələrini yaradır. Bu, Prezident İlham Əliyevin düşünülmüş siyasətinin, düzgün idarəetmənin nəticəsidir. Eyni zamanda Azərbaycanın yüksəlişinə çoxkonfessiyalılıq da mühüm töhfələr verir.

Dövlətimiz dünyaya sübut edir ki, multikulturalizm şəraitində nəinki yaşamaq mümkündür, hətta bununla inkişaf etmək olur. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər Azərbaycanın timsalında müxtəlif xalqların birgəyaşayışının mümkünlüyünün təbliğatçısıdır.

 “Xarıbülbül” festivalı dünyaya Cıdır düzündən Kənan Bayramovun ifasında “Bayatı-şiraz”la pərvazlandı. Şuşanın dağlarında Azərbaycan milli musiqisi ilə bərabər Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan talış, ləzgi, tat, molokan musiqiləri də əks-səda verdi. Azərbaycanda yaşayan 100-dən artıq etnosdan bir çoxunun  mədəniyyəti Şuşada festivalda təmsil olundu. 

Tarixboyu Azərbaycanda yaşayan xalqlar arasında münasibətlər ahəngdar olub, etnik münaqişələr və gərginlik üçün zəmin olmayıb. Münasibətlərin axarını pozmağa, gərginlik və milli münaqişə yaratmağa cəhd edənlər istəklərinə nail ola bilməyiblər. Bu birliyi pozmaq istəyənlər həmişə uğursuzluğa düçar olublar.

 

Birlik, qayıdış, ləyaqət bayramı

 

Xalqların inkişafı bütün zamanlarda bir-biri ilə bağlı olub. Bir xalqın dilinin inkişafı onun digər dillərlə mübadiləsi ilə mümkün olduğu kimi, onun  tərəqqisi də digər xalqlarla qaynayıb-qarışması, birlikdə dinc şəraitdə yaşaması ilə mümkündür. Azərbaycan bu baxımdan hər zaman örnək olub. “Xarıbülbül” festivalı da bunun bariz nümunəsidir.  Azərbaycandakı millətlərin ənənəvi məişət və mədəniyyətlərindəki ümumi və spesifik cəhətlər tarixboyu sıx vəhdətdə olub və bir-birini tamamlayıb. Bununla yanaşı, hər bir xalq spesifik, lokal dəyərlərə də malikdir. Respublikamızda fəaliyyət göstərən mədəniyyət mərkəzləri bu xalqların nümayəndələrinin adət-ənənələrinin dirçəlişi, qorunub saxlanması sahəsində böyük rol oynayır. Onlar respublikamızın siyasi-ictimai həyatında da fəal iştirak edirlər. “Xarıbülbül” festivalında bir araya gələn mədəniyyətlər də Şuşada şübhəsiz ki, bir ocaq ətrafında birləşib Qarabağın mədəni həyatına öz töhfələrini verəcəklər. Festival bunu göstərdi, həm də buna zəmin yaratdı.

Azərbaycan xalqı onun üçün əziz olan Cıdır düzündə birlik bayramını, qayıdış bayramını, ləyaqət bayramını qeyd etdi.

“Bayatı-şiraz”la başlayan tədbir Heydər Əliyevin Şuşa haqqında fikrinin səslənməsi, ardınca İlham Əliyevin sözləri ilə başa çatdı. Prezidentlə bərabər iştirakçıların hamısı kövrəlmişdi. Çünki haqq-ədalət qalib gələndə onun təntənəsi insanlığı kövrəldir. Haqqın qələbəsi əbədidir, Azərbaycanın qələbəsi isə haqqın qələbəsidir. 

Şuşada işğal vaxtı suyu qurumuş “Xan qızı” bulağının yenidən çağlaması isə rəmzi məna daşıyır. Qarabağda həyat öz əvvəlki axarı, xaqların birliyi və həmrəyliyi, dostluğu ilə həmin bulaq kimi yenidən qaynamağa başlayır və Şuşa həm də azərbaycançılığın mərkəzi kimi dirçəlir...

 

Ramilə QURBANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib YENİLƏNİB-4  

00:17
20 Fevral

Prezident İlham Əliyevin sosial media hesablarında Sülh Şurasının ilk iclası ilə bağlı paylaşım edilib  

23:51
19 Fevral

Hikmət Hacıyev: 7 milyard ABŞ dolları məbləğində Qəzzaya dair maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur  

22:23
19 Fevral

Saxta kampaniyalarla bağlı vətəndaşlara - Xəbərdarlıq

21:11
19 Fevral

Sülh Şurasının qətnaməsi yekdilliklə qəbul edilib  

20:59
19 Fevral

ABŞ Prezidenti: İranla razılaşma əldə edib-etməyəcəyimizi 10 gün ərzində öyrənəcəksiniz  

20:07
19 Fevral

ABŞ Sülh Şurası üçün 10 milyard dollar ayıracaq

19:59
19 Fevral

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib  

19:55
19 Fevral

ABŞ-nin Vitse-prezidenti: Siz əla liderlik nümayiş etdirdiniz  

19:48
19 Fevral

Tramp: İki çox vacib ölkə arasında sülh əldə etdim və bunu heç vaxt unutmayacağam  

19:07
19 Fevral

DİM-də “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş olub

18:57
19 Fevral

Donald Tramp: Sülh Şurası istənilən ölkəyə açıqdır

18:46
19 Fevral

Xəzər dənizində zəlzələ olub

18:38
19 Fevral

Beynəlxalq axtarışa verilmiş daha iki şəxs ölkəmizə ekstradisiya edilib  

18:33
19 Fevral

Bakıda “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfrans keçirilib-YENİLƏNİB 

18:28
19 Fevral

Yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA  

18:22
19 Fevral

Sabah respublika üzrə pensiyalar yeni artımlarla birgə ödəniləcək  

18:17
19 Fevral

Avropa İttifaqı SEPAH-ı rəsmən terror təşkilatı kimi tanıyıb  

18:13
19 Fevral

Qaya Məmmədov: ATƏT aktual qala bilməsi üçün səhvlərini təhlil etməlidir  

18:11
19 Fevral

Kollegiya: 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 1-nə xəbərdarlıq edilib, 1-i isə cərimələnib  

17:53
19 Fevral

Polis orqanları və daxili qoşunlarda xidmət etmək istəyən gənclərin növbəti sıra baxışı olub  

17:43
19 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!