25 Aprel 2024 22:40
117
CƏMİYYƏT
A- A+

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib 

 

Aprelin 25-də Azərbaycan Sərhəd Mühafizəsinin 105 illiyi ərəfəsində Dövlət Sərhəd Xidməti (DSX), Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Lənkəran” sərhəd dəstəsində keçirilən “Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin təntənəli açılış mərasimi olub.

DSX-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin, Elm və Təhsil Nazirliyinin regional idarələrinin nümayəndələrinin də qatıldığı mərasimdə çıxış edənlər belə tədbirlərin məktəblilərin hərbi-fiziki hazırlığının inkişaf etdirilməsi, Vətəninə, xalqına sadiq, sağlam düşüncəli gənclərin yetişdirilməsi, sərhədçi peşəsinə marağın artırılması və onların hərtərəfli formalaşmalarında əhəmiyyətli rolunu qeyd ediblər.

Ölkənin 38 rayonundan 187 məktəbin 875 şagirdinin iştirak etdiyi yarışın 1-ci və 2-ci mərhələləri yekunlaşıb və gərgin mübarizə şəraitində keçən yarışın final mərhələsinə Bakı şəhərindən “Şahinlər”, Beyləqan rayonundan “Bozqurd”, Cəlilabad rayonundan “Ləkin”, Qax rayonundan “Zəfər”, Qazax rayonundan “Şahinlər”, Qusar rayonundan “Zeyxur”, Lənkəran şəhərindən “Gözətçi”, Mingəçevir şəhərindən “Qartal”, Ordubad şəhərindən “Ümid”, Şəki şəhərindən “Şimşək”, Şəmkir rayonundan “Gənclər” komandaları olmaqla, ümumilikdə 11 komanda vəsiqə qazanıb.

Tədbir iştirakçıları və qonaqlar Lənkəran rayon Mədəniyyət evinin kollektivi tərəfindən təşkil olunan konsert proqramını izlədikdən sonra sərhədçilərin xidmət və məişət şəraiti ilə tanış olublar.

“Lənkəran” sərhəd dəstəsində davam edən oyunların final mərhələsi may ayının 1-dək davam edəcək.

Bu müddətdə iştirakçılar sərhədçilərin xidməti fəaliyyəti, məişət şəraiti ilə tanış olacaq, ekskursiyalarda, mədəni-kütləvi tədbirlərdə, hərbi, bilik və idman yarışlarında iştirak edəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video