16 Aprel 2013 12:04
420
Mədəniyyət
A- A+
Sənət zirvəsinin Solmaz ulduzu

Sənət zirvəsinin Solmaz ulduzu

 

Azərbaycan Teatr Xadimləri İttifaqında əməkdar rəssam  Solmaz Musayevanın 85 illik yubileyi keçirildi. Xalq artisti Azər Paşa Nemətov ömrünü gənclik illərindən teatr rəssamlığı sənətinə bağlayan yubilyar haqqında ətraflı danışmaq üçün sözü sənətşünaslıq doktoru, professor Məryəm Əlizadəyə verdi. O, Azərbaycan teatr rəssamlığı sənətində solmaz çiçəyə bənzətdiyi yubilyarın həyat və yaradıcılığının zəngin və şərəfli olduğundan söz açaraq bildirdi ki, tanınmış yazıçı Qılman İlkinin ata ocağında, yəni qardaşı, nasir, pedaqoq Qurban Musayevin ailəsində 1928-ci ilin aprelində dünyaya göz açan Solmaz  ilk sənət təhsilini 1947-1952-ci illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində alıb: "Sonra o, Sank-Peterburqda  məşhur Muxina adına Bədii Dekorativ-Tətbiqi Sənət İnstitutunda ali təhsilini davam etdirsə də, təəssüf ki, ailə vəziyyəti ilə bağlı sənət dərslərini yarımçıq qoymağa məcbur olub. Həyat və fəaliyyətinin əsas  dövrünü A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına bağlayaraq 1965-1981-ci illərdə burada quruluşçu rəssam, 1987-ci ilədək isə baş rəssam  kimi  çalışıb. İstedad və qabiliyyətini sevdiyi sənətdə nümayiş etdirməklə kollektivin və kiçikyaşlı tamaşaçıların sevimlisinə çevrilib".

Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev, Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, yazıçı-dramaturq Əli Əmirli, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının ilk direktoru olmuş əməkdar mədəniyyət işçisi Hüseyn Əhmədov,  hazırkı rəhbəri  Rəşad Əhmədzadə, rəssam Lətifə Quluzadə, kuklaların dili ilə tamaşaçı ovsunlayan Tamella Bünyadova, Rəhman Rəhmanov səhnə  rəssamlığının həmişəcavan Solmazı hesab edilən  yubilyarın keçdiyi ömür və sənət yoluna müxtəlif səmtdən işıq saldıqca onun istedadı, fədailiyi,  intizamı və məsuliyyəti bir daha göz önündə canlandı.

Yeri gəlmişkən deyək ki, Solmaz xanım  1987-ci  ilə kimi A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında 60-a yaxın tamaşaya səhnə tərtibatı verib ki, onların sırasında A.Qaydarın "Malçiş-Kibalçiş", S.Marşakın "Bu ev kimin evidir?", Ü.Hacıbəylinin "O olmasın, bu olsun", Ə.Abbasovun "Şəngülüm, Şüngülüm, Məngülüm", X.Əlibəylinin "Cunquş", Anarın "Qaravəlli", T.Mütəllibovun "Meşə nağılı", F.Sadığın "Yumaq top",  M.Atəşin "Cırtdan", M.Seyidzadənin "Sehrli nar" və s. kimi yaddaqalan, uşaqların sevdiyi tamaşa və filmlər də var.

Daha maraqlı  faktlardan biri də odur ki,  Solmaz Musayevanın 25 kukladan ibarət zəngin koloritli "Azərbaycan qadın toyu" kompozisiyası Rəssamlar İttifaqında nümayiş etdirilən zaman ulu öndər Heydər Əliyevin diqqətini çəkib və rəssamın istedadını yüksək qiymətləndirib. Həmin əsər Avstraliyada  keçirilən spartakiada zamanı da ekspozisiyada olub. Qadın rəssamın yaratdığı kuklalar Şərq ölkələrinin tətbiqi sənət üzrə Pakistanda keçirilən festivalında birinci dərəcəli mükafata layiq görülüb.

Teatrda çalışdığı illərdə Solmaz Musayeva keçmiş SSRİ-də və  bir sıra xarici ölkələrdə keçirilən kukla teatrları festivallarında nəinki iştirak edib, həm də laureat adı qazanıb. O, teatrda çalışmaqla yanaşı, müxtəlif janrlarda unikal dekorativ-tətbiqi sənət nümunələri yaradıb. Onun nağılvari kompozisiyaları, çoxsaylı obrazlardan ibarət kukla ansamblları ölkəmizdən  xeyli uzaqlara "ayaq açıb": Amerika, Fransa, İsrail kimi dövlətlərdə rəssamın kuklalarının "oyunları" canlı aktyorların obrazından seçilməyib. Təkcə onu deyək ki, "Şuşalı qadına Şirvanlı  xanım qonaq gəlib" adlı əsəri  UNESCO-nun mənzil-qərargahının daimi eksponatıdır.

1987-ci ildən fərdi yaradıcılıqla məşğul olan əməkdar rəssamın  yaratdığı 4 mindən artıq milli etnoqrafik kukla nəinki respublikamızın, xarici ölkələrin məşhur muzeylərində, həmçinin şəxsi kolleksiyalarda da saxlanır.

Teatr rəssamlığı ilə yanaşı, Solmaz Musayeva təsviri sənətin digər sahələrində də öz qabiliyyət və istedadını nümayiş etdirib. O, 6 cizgi filminə quruluş verib ki, onlardan "İlham" Özbəkistanın paytaxtı Daşkənddə keçirilən  beynəlxalq festivalda I dərəcəli diploma, "Göyçək Fatma" isə Gürcüstan Rəssamlar İttifaqının mükafatına layiq görülüb. 

 

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

00:57
09 Aprel

"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 2446 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

00:57
09 Aprel

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında

00:57
09 Aprel

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə" 1999-cu il 4 avqust tarixli 176 nömrəli, "Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə" 2000-ci il 6 mart tarixli 291 nömrəli, "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında" 2020-ci il 27 mart tarixli 975 nömrəli, "İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında" 2021-ci il 18 mart tarixli 1304 nömrəli və "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" 2024-cü il 28 sentyabr tarixli 201 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

00:56
09 Aprel

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 2018-ci il 20 dekabr tarixli 418 nömrəli və "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" 2023-cü il 1 may tarixli 2130 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

00:55
09 Aprel

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında

00:55
09 Aprel

Türkiyə Prezidenti Donald Trampa İranla bağlı sülh səylərinə töhfə verməyə hazır olduğunu bildirib  

22:41
08 Aprel

Azərbaycan və Ukrayna xarici işlər nazirləri arasında telefon danışığı olub

21:47
08 Aprel

Litvanın Baş naziri Azərbaycana səfərə gəlib  

20:46
08 Aprel

Abbas Əraqçi: İsrail İran və Livanda atəşkəsi pozub  

20:43
08 Aprel

Azərbaycanın xarici işlər naziri iranlı həmkarı ilə telefon danışığında atəşkəsi alqışlayıb  

20:01
08 Aprel

ƏDL: ABŞ-İran sazişləri Körfəz ölkələrinin maraqlarını nəzərə almalıdır

19:47
08 Aprel

“Reuters”: İran Hörmüz boğazını qismən aça bilər  

19:45
08 Aprel

Media: İranın icazəsi ilə Hörmüz boğazından ilk gəmi keçib  

19:40
08 Aprel

Xəzər dənizində 3,5 bal gücündə zəlzələ olub

19:39
08 Aprel

ABŞ-İran danışıqları aprelin 10-da Pakistanda keçirilə bilər

19:36
08 Aprel

ABŞ Prezidenti NATO-nun Baş katibi ilə görüşür

19:30
08 Aprel

Rəcəb Tayyib Ərdoğan ABŞ ilə İran arasında atəşkəsin əldə olunmasını alqışlayıb  

19:28
08 Aprel

Braziliyada torpaq hüquqları səbəbindən etiraz aksiyası keçirilib

19:28
08 Aprel

Çin təbii qaz ehtiyatlarını necə yaradıb? 

19:20
08 Aprel

Şərqi Asiyada 29 min yeni genetik işarə tapıldı

19:12
08 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!