25 Yanvar 2024 10:35
4511
Oxucu məktubları
A- A+

Şəhid ailəsi kimi heç zaman unudulmuruq

 

Şanlı tarixi qələbəmizdən 3 ildən artıq bir vaxt keçməsinə baxmayaraq, Azərbaycan xalqı zəfər dolu həmin günləri bu gün də minnətdarlıq hissi ilə xatırlayır. Azərbaycan Ordusunun qazandığı tarixi qələbə təkcə dövlətimizin yox, hər birimizin qürurudur. 
Torpaqlarımızın azadlığı uğrunda döyüşlərə atılan gənclər arasında mənim oğlum Seyfəddin Muradov da var idi. O, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək Azərbaycan Ordusunun giziri kimi qarşısına qoyulmuş vəzifə borcunu şərəflə yerinə yetirdi. Lakin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Ölümündən sonra III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Oğlum şəhid olsa da, onun xatirəsinə dövlətimiz tərəfindən göstərilən hörmət mənə təskinlik verir. Rayon rəhbərliyi tez-tez evimizə gələrək məişət qayğılarımızla maraqlanır. Lazım gəldikdə problemlərimizin həll olunmasına kömək göstərir. Elə bu yaxınlarda yenə də rayon icra hakimiyyətinin başçısı Seymur Orucov qonağımız oldu, qayğılarımızla maraqlandı. Söz yox ki, bütün bu diqqət dövlətin siyasətindən irəli gəlir. Buna görə dövlətimizə minnətdarıq.   

Mahmud MURADOV,
Ağstafa rayon Böyük Kəsik kənd sakini, şəhid atası 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video