24 Fevral 2026 18:04
142
CƏMİYYƏT
A- A+
Şəhərlərdə birtərəfli yolların üstünlüyü nədir və necə təşkil olunmalıdır? – AÇIQLAMA

Şəhərlərdə birtərəfli yolların üstünlüyü nədir və necə təşkil olunmalıdır? – AÇIQLAMA


Müasir şəhərlərdə bəzən birtərəfli yollara daha çox üstünlük verilir. Çünki bu zaman təhlükəsiz və münaqişəsiz hərəkət təmin edilir və tıxaclar daha az olur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında hüquqşünas, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib.

Ekspert vurğulayıb ki, hərəkətin təşkili çox həssas məsələdir. Təcrübə göstərir ki, müəyyən kəsişmələrdə, dar boğazlarda üz-üzə gələn nəqliyyat axınlarının bir-birinə maneə olması nəticəsində yol-nəqliyyat hadisələrinin və tıxacların yaranma riski artır.

“Bu baxımdan dar küçələrdə birtərəfli hərəkətin təşkili daha məqsədəuyğun hesab olunur. Şəhərsalma norma və qaydaları da nəzərə alınmaqla yol hərəkətinin təşkili ilə bağlı ümumi prinsiplər mövcuddur və qərarlar məhz həmin prinsiplər əsasında qəbul edilməlidir. Burada əsas nələr nəzərə alınmalıdır? İlk növbədə təhlükəsizlik, yəni yol-nəqliyyat hadisələri olmamalıdır, minimuma endirilməlidir. İkinci yerdə fasiləsizlik, yəni nəqliyyat axınları maksimum tıxacsız hərəkət etməli, mobillik yüksək səviyyədə təmin olunmalıdır. Üçüncü yerdə isə yürüş məsafələrinin qısaldılmasıdır. Çünki sürücülər bir nöqtədən digərinə çatmaq üçün uzaq məsafələri dövr etməməlidir. Əvvəl iki istiqamətli olan yolların birtərəfli təşkili bu prinsiplərə uyğundursa, burada heç bir problem yoxdur. Müasir şəhərdə bunu nəzərə almaq mümkündür”, - deyə Ə.Hüseynov bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda pambıqçılığın inkişafı sahəsində mövcud çağırışlar müzakirə edilib  

18:32
24 Fevral

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin mart ayında vətəndaşların qəbulu CƏDVƏLİ

18:30
24 Fevral

Dünya siyasətinin transformasiyası fonunda ikitərəfli strateji əlaqələr Azərbaycan və Serbiyanın rolunu gücləndirir

18:29
24 Fevral

Azərbaycan və Ermənistan XİN müavinləri etimad quruculuğu məsələlərini müzakirə ediblər  

18:28
24 Fevral

Kubada Xocalı soyqırımı qurbanları anılıb

18:27
24 Fevral

Gürcü deputat: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı qarşılıqlı etimada və ortaq baxışlara əsaslanır  

18:25
24 Fevral

SOCAR və “Wood” bərpaolunan enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib  

18:24
24 Fevral

Misli Premyer Liqası: “Turan Tovuz” Qəbələdə üç xal qazanıb

18:23
24 Fevral

Nikoloz Şamxaradze: Gürcüstan regionda davamlı sülhün təmin olunması üçün töhfə verməyə hazırdır  

18:23
24 Fevral

Ramazanda xurma istehlakının faydaları

18:22
24 Fevral

Fuad Oktay: Münasibətlərimiz getdikcə daha da dərinləşir və genişlənir

18:21
24 Fevral

Səməd Seyidov: Azərbaycan, Türkiyə və Gürcüstan Cənubi Qafqazda və daha geniş coğrafiyada sabitliyin sütunlarıdır  

18:20
24 Fevral

Sudanda silahlıların hücumu nəticəsində 28 nəfər ölüb

18:20
24 Fevral

Səhiyyə Nazirliyi xəbərdarlıq edir: Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin adından qanunsuz yoxlamalar aparılır  

18:19
24 Fevral

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclası keçirilir  

18:18
24 Fevral

Azərbaycan səfiri etimadnaməsini Sinqapur Prezidentinə təqdim edib

18:17
24 Fevral

“Reuters”: İran gəmi əleyhinə səsdən sürətli raketlər əldə etməyə yaxındır  

18:15
24 Fevral

Ombudsmanın Azərbaycanda insan hüquqlarının qorunması haqqında məruzəsi hazırlanıb  

18:15
24 Fevral

WUF13 çərçivəsində yaşıl enerji təminatı üzrə “AzərEnerji” ilə memorandum imzalanıb  

18:14
24 Fevral

Azərbaycan-Türkiyə və Azərbaycan-Gürcüstan münasibətlərinin mövcud vəziyyəti müzakirə olunub  

18:12
24 Fevral

“Trump International Hotel” Avstraliyanın ən hündür göydələni olacaq

18:11
24 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!