23 Noyabr 2026 18:00
75
DÜNYA
A- A+
San-Fransiskoda süni intellekt sahəsində sürətli inkişaf yaşanır  

San-Fransiskoda süni intellekt sahəsində sürətli inkişaf yaşanır  


Pandemiya dövründə sakinlərinin bir hissəsini itirən və məsafədən iş rejimi səbəbindən mərkəzi hissəsi zəifləyən ABŞ-nin San-Fransisko şəhəri hazırda süni intellekt sektorunun hesabına yenidən canlanır. 

“BBC”-nin məlumatına görə, “OpenAI” və keçən həftə Nyu-Yorkun “Nasdaq” birjasında səhmlərini satışa çıxaran “Anthropic” kimi nəhəng şirkətlərin, eləcə də minlərlə süni intellekt startapının burada yerləşməsi şəhərin iqtisadiyyatını hərəkətə gətirib. Bu canlanma ev kirayələrinin artmasında, boş ofislərin azalmasında və digər xidmət sahələrinin böyüməsində özünü göstərir.

Bununla belə, sektorda mümkün enişlə bağlı narahatlıqlar da artır. Ötən ay Beynəlxalq Valyuta Fondu süni intellekt səhmlərinin ucuzlaşması və investisiyaların azalması riski barədə xəbərdarlıq edib. Həmçinin “Nvidia” şirkətinin keçmiş rəhbəri Censen Huanq ətrafındakı qalmaqal da bazarlarda müəyyən dalğalanmalara səbəb olub. Şəhərdə çalışan süni intellekt mütəxəssisləri arasında da fikir ayrılığı var. 

2023-2025-ci illərdə ABŞ-də süni intellekt sahəsinə yatırılan riskli sərmayələrin 60 faizi San-Fransisko şirkətlərinin payına düşüb. Buna görə də mümkün böhran Silikon Vadisindən daha çox bu şəhərə təsir edə bilər. Lakin iqtisadçılar indiki vəziyyətin əvvəlki texnologiya böhranları qədər ağır nəticələrə yol açmayacağını gözləyirlər. Bunun əsas səbəbi məşğulluq amilidir. Süni intellekt şirkətləri böyük vəsait cəlb etsələr də, əvvəlki dövrlərlə müqayisədə daha az işçi çalışdırırlar. Xərclərin böyük hissəsi şəhərdən kənarda yerləşən məlumat mərkəzlərinə və hesablama gücünə yönəldilir. Bu səbəbdən mümkün ixtisarların şəhərə təsiri məhdud qala bilər. 

Kaliforniya Universitetinin professoru Enriko Moretti isə əsas zərbənin xidmət sektoruna, yəni restoranlara, pərakəndə satışa və fərdi xidmət sahələrinə dəyəcəyini bildirib. Eyni zamanda ofislərin yenidən boşalması və kirayə qiymətlərinin düşməsi ehtimal olunur. Şəhərin baş iqtisadçısı Ted Eqanın sözlərinə görə, San-Fransiskonun iqtisadi dirçəlişi sadəcə süni intellektdən asılı deyil. Səhiyyə və turizm sahələrindəki sabit artım texnologiya sektorundakı mümkün geriləməni yumşaltmağa kömək edəcək. İqtisadçılar şəhər rəhbərliyinə texnologiyadan kənar sahələri dəstəkləməyi və maliyyə ehtiyatları yaratmağı tövsiyə edirlər. 


Təhminə VERDİYEVA,

“Azərbaycan”



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yeni dövlət proqramı balıqçılıq və sitrusçuluğu inkişaf etdirməyə əlavə imkanlar verir  

18:07
23 Noyabr

San-Fransiskoda süni intellekt sahəsində sürətli inkişaf yaşanır  

18:00
23 Noyabr

Lerikdə yeni dövlət proqramının qəbulundan sonra kənd təsərrüfatında görülən işlərlə tanışlıq olub  

17:49
23 Noyabr

Bu vitaminin çatışmazlığı sinir sisteminin inkişafına mənfi təsir göstərir  

17:47
23 Noyabr

 Kənd təsərrüfatının inkişafında elmin rolu

17:44
23 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:24
23 Noyabr

Zelenski təhlükəsizlik zəmanətləri barədə: Ukraynanı NATO-ya qəbul etmək daha asan olardı  

16:59
23 Noyabr

“Barselona”nın “Sabah”la oyun üçün Bakıya gətirəcəyi heyət bəlli olub

16:49
23 Noyabr

NATO Parlament Assambleyasında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi vurğulanıb  

16:43
23 Noyabr

“AzerGold” Daşkəsəndə növbəti ekoloji aksiya keçirib

16:32
23 Noyabr

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib

16:26
23 Noyabr

Rumıniyalı ekspert: Prezident İlham Əliyevin itkin düşmüş şəxslərlə bağlı təşəbbüsü vaxtında irəli sürülüb 

16:19
23 Noyabr

Rusiyanın Novoşaxtinsk neft emalı zavodu fəaliyyətini dayandırıb  

16:08
23 Noyabr

Masallıda şəhid Niyaməddin Sultanzadənin xatirəsi anılıb  

15:51
23 Noyabr

Qubada “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tarixçi alimlər bir araya gəliblər   

15:45
23 Noyabr

Kreml Liviya sahillərində və Baltik dənizində Rusiya gəmilərinə hücumları şərh edib  

15:44
23 Noyabr

Salyanda da prioritet fəaliyyət sahəsi aqrar sektorun inkişafının sürətləndirilməsidir  

15:42
23 Noyabr

İndoneziyada baş verən yanğında 20-dən çox insan həlak olub  

15:31
23 Noyabr

Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM

15:28
23 Noyabr

Ukrayna Prezidenti: Kiyev vilayətində beşmərtəbəli binaya hücum nəticəsində 11 nəfər ölüb, iki sakin itkin düşüb

15:12
23 Noyabr

Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri dəyərləndirilib

14:53
23 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!