27 Aprel 2025 09:15
697
CƏMİYYƏT
A- A+
"Şahin" hərbi-idman oyunlarının zona birinciliyi keçirilib

"Şahin" hərbi-idman oyunlarının zona birinciliyi keçirilib


Neftçala Olimpiya İdman Kompleksində Şirvan-Salyan regionu üzrə keçirilən zona birinciliyində Şirvan şəhərindən, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonlarının hər birindən 14 nəfər olmaqla 5 komanda iştirak edib.

Açılış mərasimində çıxış edən Neftcala Rayon İcra Hakimiyyətinin başçısı M.Seyidov bildirib ki, müasir dövrdə ölkəmizdə gənc nəslin vətəndaş kimi formalaşması, mənəvi və fiziki cəhətdən hərtərəfli inkişafı və şəxsiyyət kimi kamilləşməsi prosesi cəmiyyətin qarşısında duran əsas vəzifələrdən biridir: "Şahin" hərbi-idman oyunlarının özünəməxsus xüsusiyyətlərə malik olmaqla hər bir gəncin Vətənə xidmətdə öz rolunu və yerini dərindən dərk etməsini, yüksək şəxsi məsuliyyətin, hərbi vəzifəni yerinə yetirmək üçün lazımi keyfiyyət və bacarıqların formalaşdırılmasının zəruriliyi ilə xarakterizə olunduğunu deyən natiq onu da vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan gənci öz vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirmişdir". 

Açılış mərasimindən sonra yarışlara start verilib. Məktəblilər sıra hazırlığı, maneələri dəf etmə, avtomatın sökülüb-yığılması, 100 metr məsafəyə qaçış, turnikdə dartınma, mülki müdafiə hazırlığı, sanitarların yarışı və digər mərhələlər üzrə qüvvələrini sınayıblar. Hərbi-idman oyunlarının sonunda qiymətləndirməyə əsasən ən yüksək bal toplayan Şirvan şəhərini, Neftçala və Hacıqabul rayonlarını təmsil edən komandalar müvafiq olaraq ilk üç yerə layiq görülüblər.

Qeyd edək ki, Gənclər və İdman, Müdafiə, Elm və Təhsil, Fövqəladə Hallar nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təsdiqlədiyi Əsasnaməyə uyğun olaraq respublikanın ümumtəhsil müəssisələrinin şagirdlərinin iştirakı ilə təşkil edilən "Şahin" hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd məktəblilərdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının, eləcə də hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsindən və "Şanlı Zəfər" tarixinin təbliğ edilməsindən ibarətdir. 


"Azərbaycan"

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!