17 May 2024 08:55
1324
SİYASƏT
A- A+
Sağlam nəsil sağlam gələcək deməkdir

Sağlam nəsil sağlam gələcək deməkdir

 

Dövlət müstəqilliyi qazandığı ilk illərdə Azərbaycanın başqa sahələrlə yanaşı, idman və gənclər siyasəti də diqqətdən kənarda qalmışdı. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra idmana və gəncliyə olan münasibət kökündən dəyişdi. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Bununla da idman sahəsində yüksəlişin, zəfərlərin bünövrəsi qoyuldu.
Gəncliyə və idmana olan qayğı qısa müddət ərzində müsbət nəticələr verdi. Azərbaycan bir idman ölkəsi kimi beynəlxalq aləmdə böyük nüfuz qazandı. İdmançılarımız iştirak etdikləri müxtəlif yarışlarda qalib gələrək Azərbaycanın adını zirvələrə qaldırdılar, dünyanın idman arenalarında üçrəngli bayrağımızı dalğalandırdılar. 
Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasını və mötəbər arenalarda bayrağımızın zirvələrdə dalğalanmasını qürur hissi ilə seyr etdikcə qazanılan bütün zəfərlərin bünövrəsində dövlətin uğurlu idman siyasətinin dayandığını hər kəs yaxşı bilir. İdmana olan belə münasibət cəmiyyətin uğurlu sabahlarına təminat yaradır. İdman həm də sülh və sabitlik deməkdir. Müxtəlif idman oyunları, olimpiadalar, yarışlar dünya dövlətləri arasında əlaqələrin, dostluğun, sülhün əsasını təşkil edən amillərdəndir.  
İdman sahəsində qazandığı zəfərləri ilə dünyada şöhrət qazanmış Azərbaycanın bu istiqamətdəki uğurlu fəaliyyəti beynəlxalq idman ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Bu həm də Azərbaycanda idman sahəsindəki inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın və diqqətin təzahürüdür.
Artıq Azərbaycanda keçirilən dünya çempionatları, Avropa oyunları silsilə xarakter daşıyır. Dünyanın idman arenalarında layiqli yerini tutmuş Azərbaycanın bir çox beynəlxalq yarışa evsahibliyi etməsi ölkəmizin təkcə idman sahəsində deyil, digər sahələrdə də uğurla inkişaf etməsindən xəbər verir. Turizimin və mədəniyyətin inkişafı ilə yanaşı, iqtisadi əlaqələrin də genişlənməsinə təkan verən müxtəlif idman yarışlarının təməlində məhz Azərbaycanın iqtisadi cəhətdən  hərtərəfli inkişafı dayanır.
Azərbaycan dövləti tərəfindən idmanın inkişafına göstərilən diqqət və qayğı ölkədə sağlam nəslin formalaşmasına da geniş zəmin yaradır. Daim formalaşmaqda və inkişafda olan gənc nəsil vətənimizin sağlam gələcəyi deməkdir. Gənclik və idman bir-birini tamamlayır. İdmana olan qayğı gəncliyə olan qaygıdır. Gəncliyə olan qayğı isə sabahımıza, dövlətimizin inkişafına olan qayğıdır. Çünki idman həm də sağlamlıq deməkdir. Gənclərimiz sağlamdırsa, ölkəmizin gələcəyi də parlaqdır. Bu gün gənclərimizin hərtərəfli formalaşması, ölkə həyatının müxtəlif sahələrində uğurlar qazanması, vətənpərvər ruhda böyüməsi Azərbaycan dövlətinin uğurlu gənclər siyasətinin nəticəsidir. Gənclərimiz tək idmanda, yarış meydanlarında deyil, başqa sahələrdə də fəallıqları ilə seçilirlər. Onlar idmanla bərabər, ictimai-siyasi, sosial-iqtisadi sahələrdə də mühüm nailiyyətlər qazanırlar. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanların, yüksək diqqət və qayğının nəticəsidir. 
Ölkəmizdə idmanın inkişafı daim dövlət başçısının diqqət mərkəzindədir. Bütün regionlarda gedən uğurlu inkişaf prosesləri göz qabağındadır. Elə bir rayon və şəhərimiz yoxdur ki, orada idman kompleksi, olimpiya mərkəzi olmasın. İstər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə idmançılarımızın qələbələri, qazandıqları saysız-hesabsız medallar həm də mədəniyyətimizin təbliğinə və vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət edir. Prezident İlham Əliyev gənclərin idmana olan marağını və qazandıqları qələbələrlə ölkəmizi dünyada tanıtdıqlarını xüsusi olaraq diqqətə çatdıraraq demişdir: "İdman qələbələri cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıdır, ölkəmizi təbliğ edir". Dövlət başçısının müntəzəm olaraq qalib idmançılarla, komandalarla görüşməsi, məşqçilərə diqqət və qayğı göstərməsi onları növbəti qələbələrə ruhlandırır.
Bu gün gənclərimiz idmana böyük maraq göstərirlər. İdman təkcə yüksək nəticələrin əldə edilməsi vasitəsi deyil. İdman rəqabət funksiyası ilə yanaşı, gənclərin həyatına rəngarəng təsir göstərən sosial-mədəni hadisə kimi funksiyalarını da özündə ehtiva edir. Deməli, o, fiziki məqamlarla yanaşı, mənəvi cəhətdən də gənclərə ciddi təsir göstərir. Əsas məqsəd də gənclərin və yeniyetmələrin idmanla məşğul olmasına hərtərəfli şərait yaratmaqdır. Çünki idman cəmiyyətimizin gələcəyi olan gənclərimizin fiziki və mənəvi cəhətdən inkişaf etməsinə təkan verən olduqca önəmli bir vasitədir. İdmançı gənclərimiz daim yeni zirvələrə can atırlar, həyatda özlərini təsdiq etməyə çalışırlar. Müxtəli idman yarışlarında uğurlar qazanaraq xalqımızın başını uca edirlər. Azərbaycanın idman şöhrətini dünyaya yayırlar.
Azərbaycanın müstəqillik qazandığı illərdən bu günə kimi idmançılarımız müxtəlif yarışlarda ölkəmizin şərəfini layiqincə qoruyublar. Gənc idmançılarımızın arxada qalmış illər ərzində qazandıqları çoxsaylı medallar Azərbaycanın dünyada tanınmasını və  nüfuz qazanmasını təmin edib. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu idman siyasətinin uğurlu nəticələridir. Prezident İlham Əliyevin idmana, idmançılara və bu sahədə çalışan mütəxəssislərə göstərdiyi böyük diqqət və qayğının nəticəsində Azərbaycan idmanı bundan sonra da sürətlə inkişaf edəcək və mötəbər arenalarda bayrağımız həmişə dalğalanacaq. Azərbaycan gəncləri idmanda qazandıqları qələbələri ilə daim xalqımızı sevindirəcəklər.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib

00:51
22 Mart

Türkiyənin ən böyük neft yatağında hasilat həcmi sutkada 80 min barrelə çatır

22:51
21 Mart

ADSEA: Xırdalan şəhərinin su təchizatı dayandırılıb

22:38
21 Mart

Gürcüstanın Baş naziri: Ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın ənənəvi səmimi və mehriban qonşuluq münasibətlərinin təzahürüdür

22:23
21 Mart

Özbəkistan Prezidenti: İkitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi bizi sonsuz sevindirir

22:11
21 Mart

İran Prezidenti: Ümid edirəm ki, yeni il ölkələrimizin dost münasibətlərinə müstəsna transformasiya gətirəcək, xalqlarımızın rifah və firavanlığına xidmət edəcək

22:01
21 Mart

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

21:54
21 Mart

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

21:49
21 Mart

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan

21:46
21 Mart

ABŞ altıncı nəsil döyüş təyyarəsinin istehsalına başlayır

21:27
21 Mart

Lionel Messi "Barselona"ya qayıda bilər

20:49
21 Mart

Si Cinpin: Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir, siyasi qarşılıqlı etimad möhkəmlənir  

19:59
21 Mart

Çin Xalq Respublikasının Sədri Si Cinpindən

19:53
21 Mart

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uşaqlar üçün Novruz şənlikləri keçirir  

18:45
21 Mart

Qar uçqununa düşən hərbi qulluqçuların nəşləri tapılıb – Birgə məlumat

18:00
21 Mart

Martın 21-i Türkiyədə Baharın və Qardaşlığın Bayramı Günü elan edilib 

17:51
21 Mart

Fernandu Santuş: Haiti ilə oyunda qalib gəlmək istəyirik

16:48
21 Mart

Hərbi Prokurorluq işçiləri Novruz bayramı ilə əlaqədar Müdafiə Nazirliyinin hərbi hissələrində olublar  

15:29
21 Mart

Vladimir Putin: Əminəm ki, birgə səylərlə gələcəkdə də dost xalqlarımızın rifahı naminə ikitərəfli əlaqələri fəal şəkildə gücləndirəcəyik  

15:23
21 Mart

Antarktikada dəniz buzunun sahəsi müşahidələr tarixində ən aşağı səviyyəyə çatıb  

15:14
21 Mart

Şimali Kipr Türk Respublikasının XİN rəhbəri: Lefkoşa Türk dünyasının birliyinə inanır

15:03
21 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!