04 İyul 2025 08:00
2047
SİYASƏT
A- A+
Sabitlik adası, qlobal məsələlərin müzakirə məkanı

Sabitlik adası, qlobal məsələlərin müzakirə məkanı


İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni tarixi-siyasi reallıq Azərbaycanın regional mövqeyinin möhkəmləndirilməsini və beynəlxalq münasibtələr sistemindəki rolunun daha da artmasını şərtləndirdi. Hərbi-siyasi qələbə ilə Azərbaycan həm də bölgədəki statusunu bir qədər də möhkəmləndirdi.

Son illərdə Azərbaycan regionda və beynəlxalq aləmdə artan nüfuzu ilə seçilir. Bu nüfuz yalnız coğrafi mövqeyindən və təbii resurslarından qaynaqlanmır - həm də dövlətin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir. Azərbaycanın beynəlxalq aləmdə artan rolu müxtəlif sahələrdə özünü göstərir: enerji təhlükəsizliyi, mədəni diplomatiya, multikulturalizm, nəqliyyat-logistika layihələri və beynəlxalq tədbirlərə evsahibliyi kimi.

Ölkəmizin mühüm geosiyasi uğurlarından biri dünya birliyində güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Hazırda Azərbaycan regionda və dünyada öz mövqelərini sürətlə möhkəmləndirən, sosial-iqtisadi baxımdan inkişaf edərək Avroatlantik məkana inteqrasiya olunan bir ölkədir. 

"Azərbaycan sabitlik adasıdır" ifadəsi son illərdə tez-tez işlədilən bir təsvirə çevrilib. Bu ifadə əsasən regionda baş verən siyasi və iqtisadi böhranlar fonunda Azərbaycanın sabit və təhlükəsiz bir ölkə kimi tanınmasını təsdiqləyir.

Azərbaycan həm də beynəlxalq tədbirlər məkanıdır. Bu da müəyyən əsaslara söykənir. Çünki müstəqillik qazandıqdan sonra Azərbaycan özünü regional və qlobal tədbirlərin ev sahibi kimi təqdim etməyə çalışıb və bu sahədə uğurlu nümunələr ortaya qoyub.

Buna misal nüfuzlu beynəlxalq tədbirlərdən bəzilərini göstərmək yetərlidir:

* BMT və beynəlxalq forumlar - Azərbaycanın bir sıra BMT tədbirlərinə, Mədəniyyətlərarası Dialoq Forumu, Qoşulmama Hərəkatının Zirvə görüşləri və digər beynəlxalq platformalara evsahibliyi;

* COP29 - İqlim dəyişikliklərinə dair BMT-nin COP29 konfransının Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq nüfuzunu daha da artırdı;

* İqtisadi və enerji forumları - Bakı Enerji Həftəsi, Qlobal Bakı Forumu (Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunur), ADA Universitetində keçirilən beynəlxalq təhlükəsizlik və diplomatiya forumları Azərbaycanın dialoq platforması kimi rolunu gücləndirir;

* Şuşada, Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü isə Azərbaycanın qlobal iqtisadiyyatın hazırkı vəziyyətinin müzakirə edildiyi məkan kimi tanındığının növbəti təsdiqidir; 

* İdman sahəsi üzrə - Avropa Oyunları (2015), İslam Həmrəyliyi Oyunları (2017), "Formula 1" Bakı "Qran-pri"si (2016-cı ildən bu günə qədər) Azərbaycanın həm də idman ölkəsi olduğunu təsdiqləyən reallıqlardır.  

Bütün bunlar Azərbaycanın beynəlxalq toplantıların keçirilməsində əlverişli məkan olduğunu bir daha təsdiqləyir. Qlobal təşkilatlar öz konfranslarını, forumlarını rahat, təhlükəsiz şəkildə keçirmək üçün məkanlar müəyyənləşdirirlər. Azərbaycan əksər beynəlxalq qurumların, QHT-lərin siyahılarında ən üst sıralarda yer alır. Bunlar təsdiq edir ki, Asiya və Avropanın kəsişməsində yerləşən Azərbaycanda siyasi sabitlik və təhlükəsizlik yüksək səviyyədədir. Sabitlik isə tədbirlərin rahat keçirilməsi üçün əsas şərtdir. Bununla yanaşı, ölkəmizdə tikilən müasir konfrans mərkəzləri, mehmanxana və nəqliyyat infrastrukturu beynəlxalq tədbirlər üçün əlverişli şərait yaradır. 

Ümumiyyətlə, Azərbaycan dünyasəviyyəli tədbirlərə evsahibliyi edərək beynəlxalq arenada özünün imicini və nüfuzunu artırır. 3-4 iyul tarixlərdə Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü isə ilk dəfə Qarabağda reallaşacaq. Sammitdə 13 dövlət təmsil olunacaq. 

Sammitin Azərbaycanda keçirilməsi həm də onu göstərir ki, ölkəmiz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərini daha da dərinləşdirir. Düzdür, ECO-da Azərbaycanın strateji əməkdaşlıq etdiyi ölkələr mövcuddur. Həmin ölkələrlə əməkdaşlığın daha da dərinləşməsi Azərbaycanın xarici siyasətində prioritet məsələdir. Bu baxımdan Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti bir yandan təşkilata üzv dövlətlər arasında əlaqlələrin dərinləşməsinə, iqtisadi, eləcə də strateji əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə xidmət edəcək. 

Bu sammit həmçinin Azərbaycanın regional inteqrasiya proseslərində fəal iştirakını daha da gücləndirməklə yanaşı, ölkənin beynəlxalq miqyasda diplomatik və iqtisadi mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verəcək. Eyni zamanda Azərbaycanın təklif etdiyi yeni əməkdaşlıq formatlarının və layihələrin ECO məkanında həyata keçirilməsi üçün əlverişli imkanlar formalaşacaq. 

Bir sözlə, bu və başqa forumlara, konfranslara, sammitlərə yüksək səviyyəli evsahibliyi ilə Azərbaycan təşəbbüskar və regional lider statusunu daha da möhkəmləndirir. 


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət vəsaitlərinin bərpası istiqamətində 93,9 milyon manat icra olunub  

12:06
13 Aprel

Hesabat: Sudanda milyonlarla insan gündə bir dəfə qidalanaraq həyatda qalır

12:03
13 Aprel

Bu ilin I rübündə ölkədə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib

11:55
13 Aprel

Hesablama Palatası ötən il aşkarladığı maliyyə uyğunsuzluqlarının məbləğini açıqlayıb

11:49
13 Aprel

“Könüllülər Yurdu – Azərbaycan” layihəsi başa çatıb

11:47
13 Aprel

Avstraliyada ordu komandanı təyin edilən ilk qadın  

11:33
13 Aprel

“Atəşkəs” sona çatdı: Rusiya Ukraynaya dron zərbələri endirib

11:28
13 Aprel

Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar  

11:13
13 Aprel

DİN: Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb

11:08
13 Aprel

COVID-19-un ağciyər xərçəngi riskinə mümkün təsiri araşdırılıb

11:01
13 Aprel

Türkiyə 119 ölkədən 2700-dən çox FETÖ terrorçusunun ekstradisiyasını gözləyir

10:54
13 Aprel

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:43
13 Aprel

Bəzi yerlərdə yağış yağır, Balakən-Şəki bölgəsində yağıntılar intensivdir – FAKTİKİ HAVA

10:38
13 Aprel

Dünya birjalarında neft bahalaşıb

10:32
13 Aprel

Brüssel Macarıstandakı seçkilərin nəticələrini müsbət qiymətləndirib

10:26
13 Aprel

İranın keçmiş vitse-prezidentinin oğlu ABŞ-də saxlanılıb və “yaşıl kart”ı ləğv edilib

09:54
13 Aprel

Tramp: ABŞ NATO daxilində kursunu nəzərdən keçirməyi planlaşdırır  

09:49
13 Aprel

ABŞ Prezidenti Roma Papası XIV Leonu İran və Venesuela ilə bağlı mövqeyinə görə tənqid edib  

09:48
13 Aprel

Media: ABŞ İrana qarşı məhdud hücumları bərpa etməyi düşünür

09:43
13 Aprel

Yer kürəsinə yaxın potensial təhlükəli asteroidlərin sayı açıqlanıb

09:34
13 Aprel

Avstraliya Hörmüz boğazının blokadasında iştirakdan imtina edib

09:31
13 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!