12 Noyabr 2025 14:25
397
İQTİSADİYYAT
A- A+
Rusiyalı professor: Azərbaycan Avrasiya logistikasının əsas qovşağına çevrilir MÜSAHİBƏ

Rusiyalı professor: Azərbaycan Avrasiya logistikasının əsas qovşağına çevrilir MÜSAHİBƏ

İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin professoru Valeri Bessel AZƏRTAC-a müsahibəsində “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Marşrutunun perspektivləri, Azərbaycanın yeni Avrasiya logistika arxitekturasının formalaşmasında rolu və regionda əsas marşrutların inkişafına təsir edən geosiyasi amillər barədə fikirlərini bölüşüb.

- “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Marşrutunun cari vəziyyətini necə qiymətləndirirsiniz və hazırda onun inkişafını hansı amillər formalaşdırır?

- Bu layihə müstəsna əhəmiyyət kəsb edir. Onun aktuallığı Şimal dənizi yolunun tədricən buzdan təmizlənməsindən irəli gəlir. Bu, təxminən hər 300 min-400 min ildə bir dəfə baş verən Yer kürəsi qabığının istiləşməsinin təbii prosesidir. Bu, insan fəaliyyəti ilə deyil, planetin yer qabığında baş verən obyektiv dinamik dəyişikliklərlə bağlıdır.

Şimal dənizi yolu Şimal Buzlu okeanı tam açıldıqda, Asiyadan Avropaya, Amerikaya, Şərqə və Qərbə yüklərin daşınması üçün ən qısa yol olacaq. Gec-tez Avropa həyati maraqlarına uyğun olaraq öz inkişaf ideyasına qayıdacaq.

Qeyd etmək lazımdır ki, “Şimal-Cənub” dəhlizi bir neçə istiqamətdə həyata keçirilə bilər. Müxtəlif ölkələr və ittifaqlar onun həyata keçirilməsi üçün fərqli variantlar uğrunda mübarizə aparır, çünki gözlənilən tranzit trafikinin həcmi çox böyük olacaq. Bir çox qlobal aktor da bu axına nəzarət etməyə çalışır. Marşrutlar uğrunda rəqabət labüddür, lakin sonda maraqlar balansının tapılacağına inanmaq üçün əsas var. Bu, Azərbaycan da daxil olmaqla, ölkələr üçün son dərəcə perspektivli və gəlirli bir marşrutdur.

- Layihənin praktiki icrası kontekstində Azərbaycan, İran və Rusiya nümayəndələri arasında bu yaxınlarda Bakıda keçirilən görüş (nəqliyyat, enerji və gömrük əməkdaşlığı üzrə üçtərəfli görüş bu ilin 13 oktyabrında Bakıda keçirilib - red.) nə dərəcədə əhəmiyyətli idi?

- İstənilən görüş heç vaxt görüşməməkdən yaxşıdır. Əldə edilən istənilən danışıqlar və razılaşmalar onların olmamasından daha üstündür. Məsləhətləşmələrin təfərrüatlarını bilmirəm, amma tamamilə əminəm ki, peşəkar diplomatlar heç vaxt danışıqların bütün təfərrüatlarını açıqlamayıb və bu, tamamilə haqlı yanaşmadır.

İlham Heydər oğlu Əliyev ciddi sovet diplomatik məktəbinin nümayəndəsidir və o, həddindən artıq təbliğatın prosesi yalnız çətinləşdirə biləcəyini çox yaxşı başa düşür. Şübhəsiz ki, bu cür görüşlər silsiləsi müsbət nəticələrə gətirib çıxaracaq.

Texnoloji cəhətdən dəhliz layihəsi artıq başa çatmaq üzrədir. İran stansiyasını Azərbaycan sərhədi ilə birləşdirən üç dəmir yolu hissəsindən ikisi artıq tikilib, üçüncüsü isə son mərhələdədir. İnfrastruktur investisiyaları davam edərsə, konteyner daşımaları Cənubdan Şimala və geriyə nəhəng həcmdə yüklərin daşınmasını təmin edəcək. Bu, Pakistan, Hindistan və Çin də daxil olmaqla regiondakı bütün ölkələr üçün faydalıdır, çünki Pakistan Çinin əsas tərəfdaşıdır. Əlbəttə ki, bu prosesdə maraqlı olmayan güclər də var, lakin buna baxmayaraq, müsbət inkişafa ümid etmək üçün hər cür səbəb mövcuddur.

- Azərbaycanın “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri arasında əsas əlaqə nöqtəsinə çevrildiyini və Avrasiya marşrutlarının yeni strateji konfiqurasiyasını formalaşdırdığını söyləmək olarmı? Eyni zamanda, Mərkəzi Asiya, Qafqaz və Avropanı birləşdirən və Azərbaycanın da əsas rol oynadığı yeni bir logistika arxitekturasının formalaşmasından danışmaq mümkündürmü?

- Azərbaycanın coğrafi və geosiyasi mövqeyi onu Avrasiya nəqliyyat proseslərində həqiqətən əsas iştirakçıya çevirir. Bundan əlavə, Azərbaycan xalqı həmişə müdrikliyi, çalışqanlığı və təşəbbüskarlığı ilə seçilib. Azərbaycanda həm Şərqdən Qərbə, həm də Şimaldan Cənuba tranzit axınları üzərində dayanıqlı və səmərəli iqtisadi sistemin qurula biləcəyini çox yaxşı başa düşürlər.

Rusiyanın Qərb qonşularının tranzit yollarının əhəmiyyətli bir hissəsini faktiki olaraq bağladığı hazırkı vəziyyətdə Azərbaycanın rolu həqiqətən strateji xarakter alır. O, Şərqlə Qərb, Orta Asiya, Qafqaz və Avropa ölkələri arasında təbii körpü rolunu oynayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gəncədə beynəlxalq konfrans keçirilib

09:20
17 Mart

Kartofun qiyməti bu sahəyə marağı artırıb

09:17
17 Mart

Ramazan süfrəsində xoş arzular səslənib

09:15
17 Mart

Suya həyat deyiriksə, onun qədrini bilməliyik

09:10
17 Mart

Ağstafalılar "Keşikçidağ"da Novruz şənliyinə toplaşdılar

09:05
17 Mart

SDU şəhid məzunu ilə qürur duyur

09:00
17 Mart

Səyyar qəbul-görüş bu dəfə də sakinlərdə razılıq doğurdu

08:55
17 Mart

Regional və beynəlxalq əməkdaşlığımız genişləndi, neft bahalaşdı, qızıl ucuzlaşdı

08:50
17 Mart

AƏSMA-da innovativ ideyaların reallaşdırılması üçün yeni imkanlar yaradılır

08:45
17 Mart

Yaxın Şərq böhranı Ermənistan iqtisadiyyatını çıxılmaz vəziyyətə salıb

08:40
17 Mart

Enerjinin İpək yolu

08:35
17 Mart

Avropa İttifaqı etiraf edir

08:30
17 Mart

Azərbaycanın sülh modeli beynəlxalq rəğbət qazanır

08:25
17 Mart

Sülhü təşviq edən platforma

08:20
17 Mart

XIII Qlobal Bakı Forumunun çağırışları: dialoq, əməkdaşlıq və təhlükəsizlik

08:15
17 Mart

Naxçıvan türk dünyasının bütövlüyünün rəmzinə çevriləcək

08:10
17 Mart

Şəxsi həyatın toxunulmazlığının qorunması gücləndirilir

08:05
17 Mart

İLHAM ƏLİYEV: «SÜLHDƏN YAXŞI HEÇ NƏ OLA BİLMƏZ»

08:00
17 Mart

Ərdoğan: İslam dünyası həmrəy olmalı, mübahisələri kənara qoymalıdır  

07:53
17 Mart

Ağdərə, Xocavənd və Cəbrayıl rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb

07:51
17 Mart

"Kinematoqrafiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:12
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!