27 Yanvar 2026 14:28
1242
SİYASƏT
A- A+
Rusiyalı politoloq: Çoxvektorlu siyasət Bakıya bir sıra mürəkkəb regional münaqişələrdə vasitəçi olmağa imkan verib

Rusiyalı politoloq: Çoxvektorlu siyasət Bakıya bir sıra mürəkkəb regional münaqişələrdə vasitəçi olmağa imkan verib

Azərbaycanın həqiqi çoxvektorlu və balanslaşdırılmış xarici siyasəti, habelə ölkənin tarixi əlaqələri və unikal coğrafi mövqeyi Ankara ilə yanaşı, Bakıya da regionda və onun hüdudlarından kənarda bir sıra mürəkkəb münaqişələrdə vasitəçi olmağa imkan verib.

Bu fikri AZƏRTAC-ın müxbiri ilə bölüşən rusiyalı politoloq Vitali Arkov İran xarici işlər nazirinin müavini Vahid Cəlalzadə və İsrail xarici işlər naziri Gideon Saarın Azərbaycana son səfərlərini şərh edib.

Politoloq qeyd edib: “Bilirik ki, müəyyən çətinliklərə rəğmən Azərbaycan və İranı təkcə mehriban qonşuluq əlaqələri deyil, həm də iki ölkə xalqlarının qohumluğu və din birliyi birləşdirir. Bu, bir tərəfdən belədir. Digər tərəfdən, Azərbaycan İsrail ilə konstruktiv münasibətlər yaratmağı, iqtisadi və hərbi-texniki sahələrdə tərəfdaşlıq qurmağı bacarıb. Sirr deyil ki, Bakı hazırda Təl-Əviv ilə dialoqda Ankaranın maraqlarının bir növ səsi kimi çıxış edir, çünki Türkiyə-İsrail birbaşa təmasları Qəzzada vəziyyətlə bağlı fərqli baxışlar səbəbindən mürəkkəbləşib”.

Politoloqun sözlərinə görə, regiondakı demək olar ki, bütün ölkələr kimi, Azərbaycan da İsrail ilə İran arasında həll olunmayan ideoloji münaqişənin tammiqyaslı hərbi əməliyyatlara çevrilməsi potensialından son dərəcə narahatdır.

Xatırladaq ki, Bakıda keçirilən son danışıqlar Azərbaycanın regional diplomatik mərkəz statusunu təsdiqləyib. İran xarici işlər nazirinin müavini Vahid Cəlalzadənin 23-24 yanvar tarixlərində ölkəmizə səfəri etimadın möhkəmləndirilməsi tədbirlərinə və birgə infrastruktur layihələrinin həyata keçirilməsinə yönəlib. Bu arada, İsrail xarici işlər naziri Gideon Saarın Azərbaycana 26 yanvar tarixli səfəri təhlükəsizlik, iqtisadiyyat və texnologiya sahələrində tərəfdaşlığın strateji xarakterini vurğulayıb. Tehran və Təl-Əviv nümayəndələrinin Azərbaycana səfərləri Bakının hər iki tərəflə konstruktiv dialoq aparmaq bacarığını, eyni zamanda, öz milli maraqlarını qorumaq və regionda ümumi gərginliyin azaldılmasına kömək etmək qabiliyyətini açıq şəkildə nümayiş etdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ISO 20121 standartının milli səviyyədə adaptasiyası WUF13-ün ən mühüm irs komponentlərindən biridir  

14:16
03 Aprel

AFFA prezidenti: Legioner limitinin ləğvindən sonra rəqabət və oyun keyfiyyəti artıb  

13:35
03 Aprel

Qırğızıstan İrana 129 tonluq humanitar yardım göndərir

13:26
03 Aprel

Azərbaycan Ordusunda Aprel döyüşlərinin 10-cu ildönümü qeyd olunub  

13:19
03 Aprel

Dövlət ehtiyatlarının idarə olunmasında rəqəmsal monitorinq sistemlərinin tətbiqi hansı mərhələdədir?  

13:12
03 Aprel

TDT ölkələri metrologiya sahəsində daha sıx əməkdaşlıq edəcək  

12:48
03 Aprel

Almaniyada vağzalda partlayışdan sonra 500 nəfər təxliyə edilib  

12:19
03 Aprel

Aİ komissarı: Avropa uzunmüddətli enerji şoku ilə üzləşir

12:17
03 Aprel

İran Küveytin neft zavoduna dronlarla hücum edib

12:17
03 Aprel

BMT-nin Baş katibi Quterreşi vəzifəsində kim əvəz edəcək?

12:14
03 Aprel

“Azərkosmos” və “Viasat” aviasiya üçün uçuşdaxili internet xidmətləri göstərəcək  

12:06
03 Aprel

Aprel döyüşləri ilə başlayan Zəfər yürüşü

11:56
03 Aprel

Hörmüz boğazı konfransı: 41 ölkə bölgəyə hərbi qüvvə göndərməkdən imtina edib

11:52
03 Aprel

FIFA rəsmisi: Biz Azərbaycana böyük etimad göstəririk

11:43
03 Aprel

Ötən il federasiya və akademiyalara 2,8 milyon manat ayrılıb

11:39
03 Aprel

UEFA-dan Azərbaycan klublarına 73 milyon manatdan çox vəsait ayrılıb

11:36
03 Aprel

Tramp ABŞ Baş prokuroru Pem Bondini işdən çıxardı

11:36
03 Aprel

UEFA İtaliyanı Avro 2032-dən məhrum etməklə hədələyir

11:29
03 Aprel

Rövşən Nəcəf: Ayxan Abbasovun gəlişindən sonra milli komandada intizam və inkişaf hiss olunur

11:23
03 Aprel

Ötən il AFFA-ya daxil olan maliyyə vəsaitin həcmi açıqlanıb

11:17
03 Aprel

Ukraynaya raket zərbələri endirilib, ölən və xəsarət alanlar var

11:12
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!